Скачать книгу

Güman ki, bu, Bəkir bəyin təhlükəsizliyini təmin etmək üçün idi. İtalyanlar kamalçılar ilə yaxşı əlaqədə idilər. Konstantinopola yola düşən kolonel Bodrero bizimlə birlikdə gəlir.

      Dəniz gözəldir, təlatüm yoxdur.

      30 dekabr 1920-ci il.

      Səhər tezdən Trapezunda çatdıq. Saat 12 radələrində Bəkir Sami bəyin oğlu Temir Bulat ilə qayıqlarla şəhərə getdik. Sahildə fəxri qarovul düzülüb. Əsgərlər cəsarətli görünürlər, yaxşıca geyiniblər, çoxlarının ayaqları çarıqlıdır. Faytonla diviziya başçısının yanına getdik. Orada yarım saat qaldıq. Bizi qəhvəyə qonaq etdilər. Sonra isə mülki qubernatorun sarayına getdik. Bolşeviklərin nümayəndəsi utancaq gənc elə oraya gəldi. Böyük ictimaiyyəti görən kimi özünü itirdi. Hər tərəfə baş əyərək salam verdi və bir yanda oturdu. Onun kim olduğunu bizə demədilər. Mən elə düşündüm ki, kimsə kiçik məmurdur. Quberniyadan nəsə bir iş üçün gəlib. Və yad ictimaiyyətlə rastlaşanda diksinir. Hər halda, onun sovet Rusiyasının nümayəndəsi olduğunu düşünmürdüm. Sonra o qubernatorun yanına getdi və onu Türkiyənin yeni dövlətinin yaradılmasının ildönümü münasibəti ilə təbrik etdi.İki dəqiqə oturdu, sonra hamıya təzim edərək, “yoldaşları” barədə nəsə donquldandı. Və öz tərcüməçisi ilə birlikdə çıxıb getdi. O, gedəndən sonra hamı gülümsədi və zarafata başladı.

      Beş dəqiqədən sonra sarayın həyətinə çıxdıq. Bayrama görə camaat buraya toplaşmışdı. Oğlan və qız məktəblərinin şagirdləri, əsgərlər və ictimai təşkilatlar da burada idi. Qadın müəllimələr avropasayağı geyiniblər, lakin çadralar ilə. Bir neçə gənc qədim milli türk geyimləri ilə bəzənib. Hazırda şəhərdə olanTrapezunddan Milli Məclisin üzvü Türkiyənin müasir vəziyyəti, Türkiyə ilə İngiltərənin gərginləşmiş düşmən münasibətləri haqqında nitq söyləyirdi. Onun geniş nitqindən sonra, bir nəfər şagird qız çıxış edərək, yeni Türkiyəni salamladı. Hərbi orkestrin müşayiəti ilə camaat şəhərə doğru hərəkət etdi. Biz də diviziya başçısının nahara dəvət olunduğumuz sarayınadək onlarla getdik. Sultan Süleymanın qəbrini görmək istəyirdik, lakin buna vaxtımız çatmadı. Gəmi tezliklə tərpənirdi. Mən hamıdan çox cəhd edən B.Rostomaşvilidən sosialist dövlətinin nümayəndələrinin sultanın qəbrinə əklil qoymağa gedəcəkləri haqda soruşdum. O mənə dedi ki, “Sultan Süleyman ilk inqilabçı hesab olunur”. B.Rostomaşvili keçmiş anarxistdir. O, inqilabdan sonra vətənə qayıtmış, ölkənin durumu ilə tanış olmuş vəanlamışdı ki, anarxistlik ölkəyə zərər yetirir. dan sonra o, sosialistlərə söykənmişdi. Digər anarxistlər də bu cür hərəkət etmişdilər. Lakin onların bir qismi milli demokratlara birləşmişdilər. İndi o, Tədarük nazirliyinin tapşırığı ilə Konstantinopola yollanırdı. Trapezundda Fransadaaviasiya məktəbini bitirən gənc türk zabiti –təyyarəçi ilə tanış olduq.

      Gəmi yükləndi və saat 20 radələrində tərpəndi.

      31 dekabr 1920-ci il.

      Səhər gəmi kiçik şəhər olan Giresun limanına yan aldı. Bəkir Sami bəy, oğlu, Svimon Mdivani və mən şəhərə çıxdıq. Limanda fəxri qaravul dayanıb. Yerli idaretməyə qonaq olduq. Orada bizi qəhvəyə qonaq etdilər. Şəhərin mouravı(bələdiyyə sədri – M.M.) onunla nahara qalmağı xahiş etdi. Lakin gəmi tezliklə tərpənməli olduğundan, imtina etməli olduq. Yerli əhalinin nümayəndələri, o cümlədən molla və yunan keşişi də orada idilər. Şəhəri fırlandıq və gəmiyə qayıtdıq. Gəmiyə bu tərəfdə məşhur olan balaca qoz yükləyirdilər. Axşamüstü çox gözəl mənzərəli Ordu şəhərinə yaxınlaşdıq. Sahilə çıxmadıq.

      Yeni il münasibəti ilə bir-birimizi təbrik edirik. Missiyamıza Ermənistandan gələn bir neçə kan qadın və kişi daxil idi. Ermənistan onların heç xoşuna gəlməyib. Şübhəsiz, Bəkir bəy, Sami bəy, Şevkət bəy, Bodrero və bir də pianoda ifa etmək üçün dəvət etdiyimiz iki nəfər italyan da var idi. Onlardan biri gəminin bərbəri imiş. Amma ikisi də özlərini yaxşı aparırdılar.

      Kolonel Bodrero qədəhi doldurdu. İtaliya kralının, sonra isə Türkiyənin və Gürcüstanın şərəfinə içdi. Bəkir bəy bizim hamımızı dəvət edərək dedi: “Növbəti yeni il mənim evimdə olacaq. Bir-birimizlə Konstantinopolda görüşək”. General Eristavi, Rostomaşvili və mən saat üç radələrinədək tənbəki çəkilən otaqda qaldıq. Rostomaşvili Sibirdəki həbsxanasının tənha kamerasına necə düşdüyünü, kameranın divarlarının səsi yox etmək üçün yapıncı ilə örtüldüyünü, yalnız 8 aydan sonra Dünya Müharibəsinin başlaması xəbərini eşitdiyini bizə nəql edirdi.

      1 yanvar 1921-ci il.

      Saat 10 radələrində Samsuna çatdıq. Mehmanxanadan kolonel Bodrero ilə İtaliyanın qeyri-rəsmi nümayəndəsi qraf Semekrin yanına getdim. Mən onan Batumidən avtomobillərin göndərilməsini sürətləndirmək üçün, İtaliya Miqrasiya Cəmiyyətinə teleqram göndərməsini xahiş etdim. Elə həmin mehmanxanada Ankaraya gedən bolşevik missiyası vardı. Onun başçısı milliyyətcə abxaz Eşbadır. Qəribə vəziyyətdir: bolşeviklər kamalçıların müttəfiqidirlər, lakin türklər onlara hörmətlə yanaşmırlar. Xəbər çıxdı ki, onların avtomobillərini əllərindən almaq istəyirlər. Lakin Bəkir bəyin gəlişi onları xilas etdi. Bolşeviklərə hər yerdə əngəllər törədirdilər. Bəkir Sami bəy yalnız ya onun, ya da bizim camaatın buraxıldığı salonda həmişə bizimlə birlikdə oturur. Bizim mühitimizdə əhval-ruhiyyəsi çox yaxşıdır. Bolşeviklər öz otaqlarında otururlar və yalnız nahar etmək üçün ümumi salona gəlirlər. Hamı bluz və köhnə üslubda frenç geyinib,yanlarından mauzer və ya başqa hər hansı böyük bir revolver asıblar.

      Onlarla bizim aramızda əlaqə yaratmaq leytenant Səfər bəyə tapşırıldı.

      Nahar edən general Eristavi və mən şəhəri dolandıq. Reji (dövlət monopoliyasının) tütün fabrikinə daxil olduq. Fabrikin direktoru Türkiyə Milli Məclisinin üzvüdür. Lakin Ankaranın sərt iqliminə uyğunlaşa bilmədiyindən, burada vəzifəyə təyin olunub. Gündüz Emuxvari Eşbadan məktub aldı. O, öz otağında görüş xahiş edir. Onlar uzun müddət söhbət apardılar. Eşba Emuxvarinin qardaşının qətlində iştirak edib. Güman ki, özünü təmizə çıxarırdı. Otaqlar çatışmadığından, Karsivadze, Emuxvari və mən qəbul otağında, tarla çarpayılarında yatırıq.

      2 yanvar 1921-ci il.

      Səhər mülki qubernatorun görüşündə idik. Ankaraya doğru yolu öyrənmək üçün evdə qaldım. Nahar edən Svimon Mdivani ilə birlikdə diviziya başçısının görüşünə getdik. Yaxşı görüş idi. O, Avropa təhsili almış bir insandır. Maraqlı mühakimələri var. Qafqazda zabitlər və əsgərlər çiyinlərində yalnız qumaşzolaqlar gəzdirdiyi bir vaxtda, burada hərbi şəxslərin hələ də paqonları var. Trapezundda, Girəsunda jandarmalar və polislər paqonlarla gəzirdidi. Hərbçilərdən fərqli olaraq, heç bir əlamətləri yox idi. Yeni forma qaydaya salırlar. Bununla da silahın keyfiyyəti və növü yaxalıqda qeydə alınacaq.

      Diviziya başçısından sonra şəhərin mouravına baş çəkdik. Orada alayarımçıq mədəni türklər vardır. Onlar arasında biri fransız dilində çox qıra-qıra danışır. Vaxtilə şəhər işləri üzrəişləmiş Svimon Mdi-vani şəhər təsərrüfatı barədə mübahisəni çox uzatdı. Və dedi: “Mənim üzərimə təkcə siyasi missiya deyil, həm də Türkiyəni hərtərəfli öyrənmək işi düşür”.

      Səhər

Скачать книгу