ТОП просматриваемых книг сайта:
Avtoritar şəxsiyyətin necəliyi. Теодор В. Адорно
Читать онлайн.Название Avtoritar şəxsiyyətin necəliyi
Год выпуска 0
isbn 978-9953-8066-2-5
Автор произведения Теодор В. Адорно
Издательство Alatoran yayınları
–Siz hesab edirsiniz ki, hər irqi qrup hansısa bir xüsusi tipik fərqləndirici əlamətlərə malikdir?
–Əlbəttə, xeyr. Bioloji əlamətlər var, məsələn, burunun arxasının hündürlüyü və ya dərinin rəngi.
Bu fikrə yaxın digər müsahibə 5030, dörd il hərbi dəniz donanmasının qoşunlarında xidmət etmiş və leytenant rütbəsi almış 33 yaşlı Stenford Universiteti məzunudur. O, bütün şkalalarda aşağı bal alıb. Müsahibə alan onu çox ağıllı və müvəffəqiyyətli insan kimi xarakterizə edir.
“Qaradərililər, yəhudilər və azlıqların bütün qrupları üçün çətin zəmanə gəldi. Düşünürəm, çoxları onları onların psixi xüsusiyyətlərinə görə sevmirlər. Həqiqətdə bu pisdir. Çoxları boyunlarına almaq istəmirlər ki, qaradərililərin çoxu ziyalı, ba carıqlı və hətta nədəsə onlardan üstün olan insanlardır. Şərait onlara tam ölçüdə irq kimi özünü reallaşdırmaq imkanını vermədi. Və onlarla ünsiyyət nəticəsində məndə bu qrupların nümayəndələri haqqında yaxşı və pis fikirlər yarandı, ancaq mən heç vaxt onlara müəyyən irqə və ya dinə mənsubluqla əlaqədar baxmırdım. Mən onları həmişə fərdlər kimi qəbul edirdim. Dünən bir xoş hadisə baş vermişdi. Mənim siniflərimdən birində qaradərili metis qız oxuyur. Çox bacarıqlı, əlaçı qızdır, əminəm ki, sinifdə ən ağıllı odur. Məndə tez-tez onunla qeyri-rəsmi vəziyyətdə danışmaq fikri yaranırdı, ancaq heç vaxt münasib imkan yaranmadı. Dünən, mən tərəddüdlə, onu bir fincan qəhvəyə dəvət etdim. Onun bu dəvəti qəbul etməsi görüşün özündən daha xoş idi və biz əla vaxt keçirdik. Düşünürəm ki, mənim tərəddüdlərimə səbəb yalnız qorxudur, bəs başqaları bu haqda nə düşünə bilərlər. Mənə yəhudi ilə bir otaqda kirayə qalmalı olmuşam və o mənim birlikdə yaşadığım insanlardan ən yaxşısı idi”.
Ekstremal hal kimi, şüurlu olaraq antistereotip nöqteyi-nəzərləri 5046 (bütün şkalalarda aşağı bal yığmış fəhlə hərəkatında fəal iştirak edən bir kinostudiyadan 40 yaşlı katibə) təqdim edir. Hətta əgər onun qısa fikirlərindən bəziləri onu da ümumi fikirlərə qapıldığını göstərsələr də, nəzərinizə çatdırırıq ki, stereotipləri qəbul etməməsi onu yəhudilər haqda klişenin avtomatik formalaşmasından qoruyur. O, “yəhudilərin tərəfdarı” deyil, ancaq fərdlər kimi insanları qiymətləndirərək səmimi təqdim edir. Əslində, o yaxın vaxtlarda bir yəhudi ilə münasibətləri kəsib. Müsahibə alınan yəhudi problemi üzrə suallara cavab verəndə dərhal aşkar oldu ki, o “bütün cavabları bilir”. O bildirdi: “Bəli, problem mövcuddur… amma mən düşünürəm ki, yəhudilərin problemini onunku adlandırmaq lazım deyil. Həqiqətdə bu – xaçpərəstlərin problemidir… antisemitizmi təcrübədən keçirən qeyri-yəhudilərin nəsihət məsələsi”. Tipik əlamətlərin siyahısını alıb, o güldü və dedi: “Ümumiləşdirmək olmaz… antisemitlər bu klişedən yəhudiləri müəyyən səhvlərdə günahlandırmaq üçün istifadə edirlər … Mən hesab edirəm ki, hər hansı qrupa belə etiket yapışdırmaq lazım deyil… bu təhlükəlidir, xüsusilə yəhudilər barəsində, çünki fərdi şəxsi keyfiyyətləri əsasında qiymətləndirmək lazımdır”. Növbəti suallara cavablarda da antisemitizmə heç bir işarə hiss edilmirdi. Onun cavabları antisemitizmə qarşı sabit, demək olar ki, davakar çıxış idi. O hesab edir ki, antisemitizm bu ölkədə ən təhlükəli istiqamətlərdən biridir və vəziyyətdən tək çıxış yolu liberal prinsiplər əsasında hərtərəfli maarif və qarışdırılmış nikahların sayının artımı ola bilər. Keçmiş illər ərzində antisemitizmin artması onda narahatlığa səbəb olsa da, o, assimilyasiya prosesinə optimizmlə reaksiya verir. Hitlerin irqi nəzəriyyəsinə və yəhudilərin təqiblərinə qarşı olan qarşıdurmalara nə formada olursa-olsun, bütün vasitələrdən istifadə edərək, mübarizə aparmaq lazımdır. O dedi: “Mən bəzi yəhudiləri tanıyırdım ki, mənim qətiyyən xoşuma gəlmirdilər, onlardan bəziləri təcavüzkarlıqla fərqlənirdilər, amma mən heç vaxt buna əsaslanaraq, bütün yəhudiləri təcavüzkar kimi ümumiləşdirməzdim … Kaş ki, biz insanları inandırmağı bacaraydıq ki, təcavüzkarlıq bəzilərinin özünə olan inamsızlığı ilə bağlıdır və yəhudilər sadəcə yəhudi olduqlarına görə təcavüzkar deyillər”.
Artıq müsahibənin materialının spesifikasının analizinə həsr edilmiş fəsillərdə təfərrüatı ilə izah edildiyi kimi, aşağı bal yığanların təsəvvürlərinin səmərəliliyi, əks etdirmə funksiyaların və avtomatlaşdırılmış qiymətləndirmələrin onların qəbul etməməsi heç də həmişə onların hissizliyini və laqeydliyini göstərmir. Hərçənd fikirləri və qiymətləndirmələri daha az sıxışdırılmış şüursuz amillərdən asılı olduğundan onlar yuxarı bal yığanlardan daha rasional olsalar da, ancaq eyni zamanda pozitiv kontekstdə və onun ifadəsində onlar daha az sıxılıblar. Bu yalnız onların psixikasının ümumi meylinə deyil, həmçinin azlıqlar barəsində xüsusi nöqteyi-nəzərə aiddir. Qərəzlə köklənmiş fərd yəhudilərə “obyekt” kimi münasibət bəsləyir, həqiqətdə isə o onlara nifrət edir. Qiymətləndirmələrin obyektivliyinə iddia etməsinə baxmayaraq, obyektiv köklənərək, o onlara olan simpatiyasını ifadə edir. Bəzi fərdlərdə demək olar ki, instinktiv olaraq baş verən ədalət ideyası simpatiyanın və qiymətləndirmələrin səmərəliliyinin arasında bağlayıcı vasitə olur. Aşağı bal yığanlar irqi diskriminasiyanı insanların bərabərliyinin əsas prinsipinin pozulması hesab edir. İnsan hüquqlarının ideyasına əsaslanaraq, bu qrupun nümayəndələri özlərini diskriminasiyaya məruz qalanlarla müəyyən etməyə meyllidir, çünki sıxışdırılmışlara qarşı öz daxili səbəblərdən törəyən həmrəyliyin hissinə görə apelyasiya verirlər.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.