Скачать книгу
hesabına pardaxlanırdı. Artıq dünya burjuaziyanın kök atması mərhələsində idi və bizim Dələduz da bütün bu inkişafların qarşısında necə möhkəm dayanacağını düşünüb təkamül edən birisi kimi müxətlif dəyişimlər gerçəkləşdirir, özü-özlüyündə müxtəlif qruplaşmalar, təşkilatlar yaradaraq, həmin adamın zamana uyğun sağ qalma cəhdlərini öz yaşam, daha dəqiq desək burjualara uyumsağlama fəlsəfəsinə tətbiq edir, bu tətbiqetmələrin uğuruna cani-könüldən inanırdı. Düzdür hərdən Cenevrə küçəsində başlayan sərxoşluğunu axşamları konsert olan kazinonun düz ortasında qədər daşıdığı olurdusa da, bütün bunlar incəlik içində baş tutduğundan kimsə onu qınamır, əksinə bu kiçik cəsarətli davranışlar çoxlarında səmimi bir təəssürat yaradırdı. Bəli məhz bu kiçik şıltaqlıqlara görə çoxları Dələduzu sevirdi. Halbuki biz bu hərəkətlərin ilham mənbəyini anlamadan Dələduzu daim balaca bir ağıldankəm uşaq kimi qınamaqla məşğuluq. İstəyirik ki, o bizim nəzarətimizdə qatı bir tərbiyə alaraq, son dərəcə hamar, yontalanmış birinə çevrilsin. Daha düşünmürük ki, bizim bu istəyimiz Dələduza həqiqətən lazımdırmı? Eh, həmişə başqalarının yerinə qərar verməkdə o qədər peşəkarıq ki. Nəysə, qayıdaq onun Batavialı əmisinə. Bəlkə də bu adam Dələduzu verdiyi pullarla ərköyünləşdirməli deyildi. Bunu da keçək. Bəs gündüzün günorta vaxtı Arkadiyada, daha dəqiq desək Kafiq Qülləsinin kəmərləri altında etdiyi hərəkətin mənası nə idi? Onu da deyim ki, bizim şəhərimzdə xeyli sayda portik adlanan yəni üstü kəmərli keçidlər və üstü qapalı səkilər mövcuddur. Və indi belə keçidlərdən birində dayanan Dələduz qarşıdan birisinin tələsmədən ona doğru gəldiyini görür. Birisinin? Kimin? Vandanın! Mavi rəngli qısa bir yubka geyinmiş bu qızı arxasında gəzdirdiyi qucaq iti ilə avara-sərgərdan irəliləyir. Bəs Dələduz neyləyir? Qızın üzərinə atılaraq, gözlənilmədən əlindən tutur və fısıldamağa başlayır. “Nə buyu-rursuz, xanım qız?”. Qız təəccüblənir, nə edəcəyini bilmir, yalnız çaşmış halda Dələduzun ondan nə istədiyini soruşur. Elə bu anda qəhrəmanımızın ağzında atəşli sevgi sözləri yayılmağa başlayır: “Sizin yanınızda, hər an, hər saniyə, təkcə sizin yanınızda olmaq istəyirəm” deyir, səsindəki güc və ölümcül yumşaqlıq, sərtlik və ölümcül xəstəlik bir-birinə qarışaraq ətrafa yayılır. Qızsa artıq təəccübünü itirib, Dələduzu sonsuz bir əda ilə başından eləmək istəyir, anasının yaxınlarda olduğu, Dələduzun onu belə sevməsinin pis xəbər olmadığını eşitdirə-eşitdirə ürkək gözlərlə ətrafı seyr edir. Ah, bu qız uşaqları ürkək-ürkək baxanda insana necə doğma olurlar! Dələduz Vandanı Bernli Yeniyetmə adlandırırdı. Əlbəttə siz Dələduzu yanlış tanımayın, onun qızın üzərinə belə qəfildən atılması ani qərar deyildi, Dələduz bunun üçün düz dörd ay qızın arxasınca kölgə kimi süründüyü halda qızla danışmağa özündə cəsarət tapa bilməmişdi. Siz bilirsiniz dörd ay susqun kölgə olmaq nə deməkdi? İndi isə bu cəsarətli yaxınlaşmadan sonra Dələduz özünü bir Portuqaliyalı dənizçi kimi hiss edirdi. Yəqin ki oxucumuz bir az öncə İuda ağacının yarpaqları rəngində olan bayraqları nə üçün xatırladığımızı anlamışdır. Bəli, Dələduzun ədəb hissi tərəfindən zəncirlənən sakit dənizi xatırladan ruhu indilərdə bir xalça tacirinin dəstəyi ilə yeni qitələri kəşfə yollanırdı. Bəli bu sözləri əbəs yerə işlətmirəm, çünkü Dələduz xalça taciri adlandırdığımız aristokrat qəlbli birindən qızın adını, evlərinin ünvanını öyrənmiş, valideynlərinin şəxsiyyəti haqqında olduqca doğma məlumatlar almışdı. Bu arada onu deyim ki, o aralar hələ Edit Dələduzun həyatında yox idi. Bəli artıq tədricən düzənli, ardıcıl bir yazı üslubuna keçirik. Qəzetlərdə yazılan bənzətmələri keçsək deyə bilərik ki, balta dəyməmiş cəngəlliklərin içindən sıyrılan kəşf yolçularının önündə nəhəng abidələr ucalır. Bəli, Dələduzun daxili aləmindəki dirilişin binası da qəlb gözlərinin qarşısında bax belə ucalmağa başlamışdı. Özünü tamam unutmuş birisini düşünün, durmadan rəqs etmək istəyən birisi. Məktəbli kimi görsənən Vandanın qohum əqrabasının evinin önündə ağaca çevrilən Dələduzu düşünün sonra. Bu ağac olmağın hər gün davam etdiyini düşünün. Yenə də hərdən Cenevrə küçəsini yad edən, amma bu səfərlərdə də körpünün altından axan gömgöy sulara baxaraq bütün şəhərin ibtidai ruhlarının, şəhərin bütün kobudluğunun bir eşqin yatağına girərək tamam gözəlləşdiyini zənn edən birisini düşünün. Siz tamamilə aşiq birisini düşünün, ikicə dəfə Vandanı əlində əl ağacı ilə görmüş və qızın əl ağacını daşımasına böyük heyrətlə baxmış, ağırlığın asıldığı bu zəhmətkeş əli dərin bir duyğu ilə incələmişdi. Bu heyranlıq ibadət dərəcəsində idi. Sonra qızın iki kiçik qara muncuğa bənzəyən gözlərini düşünün. Sonra da Vanda haqqında Dələduzu məlumatlandırmağı özünə borc bilən şərqli bir tipi. Düzdür onun Dələduza məsləhəti qızdan uzaqlaşmasıyla bağlı olmuşdu. Hərçənd Dələduz sevənlərə məxsus axmaqlıq və riyakarlıqla, bəlkə də riyakarlıq deməklə sevən insanlara qarşı kobudluq edirəm, amma bu həqiqətdir, sizdən bayaqkı həqiqətimə, riyakar sözündəki həqiqətimə görə növbəti dəfə üzr istəyəcəm, çalışacam ki, bundan sonra əlavə sözlərə yer verməyim, sözləri bacardığım qədər cilovlayım və bir o qədər də sözün ilahi gücünə boyun əyim, bəli sevənlərə məxsus həmin riyakarlıqla şərqlinin qızı ondan qısqandığını, onu qızdan ayırmaq istədiyini düşünmüşdü. Düzdür bu hadisələrdən sonra Dələduzun ünvanına bir xeyli məktub gəlmişdi və yazanlar Dələduzun kiçik sərsərilikləri üçün darıxdıqlarını etiraf edirdilər. Dələduza dəyər verən bu insanlar Dələduzdan həqiqətən bir Dələduz kimi davranmasını tələb edirdilər, Ah, mənim zavallı sərsəriliyi məsləkə çevirmiş Dələduzum. Bu məktublar qarşısında necə qürurlu və cılız idin. Bilirəm məktubları oxuduqca bütün sözlər sanki qarnından çıxırdı, bütün sözlər elə uğultulu, elə uzaqdan gəlirdi ki. Bəli sən bu sözləri duymur, önəmsəmirdin. Vandanı tanımadan öncə hafizənə yazdığın sonsuz sayda mənzərələri bir-bir nəzərdən keçirirdin, bütün bu mənzərələrə qarışan səni geri qaytarmaq istəyənlərin cəhdləri də indi sənin sərxoşluq cəngəlliyindən bir yaddaş abidəsi kimi ucalırdı. Hələ səni elm və ürfan yiyəsi adlandırdıqları birisinin yeməyə çağırmasını demirəm. Yadındadırmı, quru lobya ilə yemək öynəsi yola verən o pak adamlar? Yadındadırmı onların üzv olduğu Mədəniyyəti Qoruma birliyi və birliyin qida məsələsində çox sərt qayda-qanunları? Bahalı yeməklərə nifrət edirlərmiş. Heyhat.
Sənə nə demişdilər onda? Onlardan qaçmağının, soyumağının, onlara laqeydləşmənin üzüntülərinə səbəb olduqlarını xatırlatmışdılar sənə. Dediyinə görə hamısı üzülmüşdü bu uzaqlaşmağa. Sənsə qayıdıb kobud bir cavab vermişdin. Kimin sənə isindiyini soruşmuşdun. Hamının sənə mehriban olacağını düşünə bilmirdin. Nəzakətlə sən olmadan da onların işlərinin müvəffəqiyyətlə davam edəcəyini bildirmiş, özünün daxili aləminlə müqəddəs çillə həftəsinə qədəm qoyduğunu demişdin və sənin bu sözlərinə, xüsusən daxili aləmin müqəddəs çilləsi sözlərinə, sağlam zehni qidalanmanın kütləviləşdirilməsini qarşısına məqsəd qoyan birliyin üzvlərindən biri doyunca yayıla-yayıla gülməyə başlasa da sən onun gülüşünü yarıda qoyaraq köynəyinin yaxasını açaraq həmin üzvə heç zaman görəcəyini düşünmədiyi bir
Скачать книгу