Скачать книгу

da, bu qısa sürdü. Hamısı yerbəyerdən:

      “Başqa yolmu var? Bizim də istədiyimiz budur!”, – deyincə gözlərini təkrar qaçaqların üzərində dolaşdıran Doktor:

      “Təşəkkür edirəm. Cənabi Allah sizi xalqımıza çox görməsin!” – şəklində məmnuniyyətini dilə gətirdikdən sonra: "Təfərrüata keçmədən öncə ikram edilən çaylarımızı içək", – dedi.

      Hotel xidmətçisinin boş stəkanları yığışdırıb getməsindən sonra iclas yenidən başlayacaqdı. Təcrübəli qartallar bu işdə özlərinə necə bir vəzifə düşəcəyinin marağı içindəydi. Qaçaqlar arasında öncəlikli olaraq bir vəzifə paylaşımı ediləcək, təşkilat içində kimin hansı işi öhdəsinə götürəcəyi qətiləşəcəkdi.

      Sultanov:

      “Arkadaşlar, öncəliklə sahələr üzrə məsul şəxslərimizi təsbit edək: Uyğun görürsünüzsə, təşkilatımızın böyükləri ilə rabitəni mən öhdəmə götürüm”, – dedikdə Qaçaq Nuru və İsmayıl Baladan:

      “Uygundur!” – sözləri yüksəldi.

      Bir müddət qaçaqlardan başqa fikir eşidiləcəkmi deyə gözləyən Doktor sözlərinə belə davam etdi:

      “Silah və sursat işlərindən Xozeyin məsul olsun. Düşərgə idarəçiliyi və təlim işlərini Qaçaq Nuru yürütsün. Pul-para işlərinə də Quruş baxsın, deyə düşünürəm.”

      Söz alan Qaçaq Nuru:

      “Təşkilat demək xəbərləşmə deməkdir. Güvənli bir xəbərləşmə olmazsa, dəstəmiz pis vəziyyətə düşər. Qərarlarımızı, kimdən nə alacağımızı, kimə nə verəcəyimizi necə təqib edəcəyik?” – deyə soruşdu. Bunun üzərinə Sultanov:

      “Xəbərləşmədə istifadə olunacaq məktub və teleqramların Kazım Paşa Caddəsinin arxa küçəsindəki Qafqaz muhaciri Baqqal Mustafanın adresinə göndərilməsinin uygun olacağını düşünürəm”.

* * *

      Vəzifə paylaşımı məmnuniyyətlə qəbul edilmiş, ən önəmli xüsus olan düşərgə yerinin təsbitinə keçilmişdi. Doktor Sultanov:

      “Düşərgə yeri olaraq haranı düşünürsünüz?” – deyə soruşdu.

      İlk öncə fikrini ifadə edən Borluklu oldu.

      “Qarsın güneyindəki Borluk yaylası, Kiçik Yusuf dağı və Farmason Karakale köyü civarı bu iş üçün məncə çox ideal yerdir. Bir zamanlar amerikalıların himayəsindəki protestant ermənilər buralardan mərkəz olaraq istifadə etmişlər.”

      Əlini qaldıran Zavodlu:

      “Borluk yaylası Qarsa çox yaxın və çılpaq bir ərazidir. Yaxınında lazım gəldikdə sığınılacaq orman-filan yoxdur. Məncə Şavşat Birbilan yaylası daha uygundur. Gürcüstan və Sovet sınırına yaxın olması da işimizi asanlaşdırar”, – dedi.

      “Birbilan yaylası çox yağışlı və qapalı bir yerdir. Hər tərəfi ormandır. Bizim Qazax-Borçalı insanı üçün sıxıcı olar. Ayrıca ormanın giriş-çıxışı dövlətin ciddi nəzarəti altındadır”, – deyən Qaçaq Nuru, Zavodlunun təklifinə müsbət baxmadığını ortaya qoymuş olurdu. Qaçaq Nuru ilə yanaşı oturan Xozeyin əlini qaldırdı.

      “Sırtını İlqar dağına söykəmiş Hanak-Damal yaylası daha yaxşı olmazmı? Həm sınıra yaxın, həm də ormanla qoyun qoyuna.”

      Qaçaq Nuru:

      “Oraları mən yaxşı bilirəm. Ərdahan-Posof yolu ormanın içindən keçərək İlqar dağından aşır. Giriş və çıxışları çox da güvənli deyil”, – deyə eitiraz etdi. “Məncə düşərgə yeri olmağa ən uygun yer Buğatəpə yaylasıdır. Həm Gölə ormanına yaxındır, həm də təminat mənbəyi və sığınaqları çoxdur. Yaylanın bir çox giriş və çıxışı var. Qaranlıq dərə və Çulludan gələn Kür çayının boyunca gedib Buğatəpəyə çıxıla bilər. Qaratavuk köyündən aşağı endikdə Lələvərginis köyünün ətəyindən ormana yetişmək mümkündür. Ərdahana, dolayısıyla sınıra da uzaq deyil. Bir xüsus da var, civar köylərin əksərində bizim Qazax-Borçalı Qarapapaqları məskundur. O yörədə kimsə bizi satmaq fikrinə düşməz, ağzıbirə saldırmaz”.

      Qaçaq Nurunun ortaya qoyduğu bu təklifə etiraz edən olmadı.

      Buğatəpə yaylasının düşərgə yeri seçilməsinin ardından Həmzə Qarabağlı:

      “Hörmətli Sultanov, para və silah məsələsi necə həll olunacaq?” – deyə soruşdu.

      “İndilik bir miqdar para gətirmişəm. Quruş təhvil alacaq. Lazım olduqca para Almaniyanın İstanbul Səfirliyi vasitəsilə çatdırılacaq. Xüsusi kuryer ilə Quruşa veriləcək. Almanlardan alınacaq silah və sursat gəmiylə İskəndərun limanına, oradan da yük maşınlarında Karakösəyə göndəriləcək. Xozeyin silah və sursatı təslim alıb Buğatəpə yaylasına çatdıracaq. Əndişəniz olmasın. Gərəkli bilgiləri zamanında məsul arkadaşlara bildirəcəyik.”

      Ondan bir şey soruşulmadıqca o qədər də sözə qarışmayan Nağının əl qaldırdığını görən Doktor ona sözünü deməsi üçün işarət etdi. Bir neçə dil bilən bu aydın adam:

      “Hər şey yaxşı, xoş, amma ən önəmli xüsusun üstündən keçdik”, – deyə başını yelləyəndə qaçaqlar: “Əcəba, nəyin üstündən keçdik ki?” – deyə düşünməyə başladılar. Nağı:

      “İsimsiz təşkilatmı olar?” – deyə sual etdi.

      Ömrünün neçə illərini dağlarda keçirmiş qəhrəman Məhəmməd Matos:

      “Nağı qardaş haqlıdır!” – deyərək Nağının fikrini bəyənən Matos:

      “Uyğun görürsünüzsə, təşkilatımızın adı “Qafqaz İntiqam Qartalları” olsun təklifində bulundu.

      Yan-yana oturan Koxalı Hacıxəlil və İsmayıl Bala, ikisi birdən:

      “Çox uyğun bir isim”, – deyərək salondakıları gözləriylə süzən Sultanov, hər hansı bir etiraz edilmədiyini görüb:

      “Mənə görə də “Qafqaz İntiqam Qartalları” ismi çox uyğundur. Könlümüzdən keçəni çox yaxşı ifadə edən bir isimdir. İnşallah zülmə uğrayan millətimizin acısı bizim acımız olacaq və QİQ də məzlumların ahının təqibçisi olacaqdır. Dəyərli Qafqaz İntiqam Qartalları, yəminimizin ardından çalışmalarınıza başlaya bilərsiniz. Allah cümləmizin yardımçısı olsun”, – deyərək sözlərini bitirdi.

* * *

      Doktor Sultanov ünlü qaçaqlardan Qiyas Şıxlinskini də İstanbula dəvət etmişdi. Fərqli bir gündə İstanbula gələn Qiyas Bəy Çarlıq və Azərbaycan Cümhuriyyəti dönəmlərində polis orqanlarıda çalışmış, sovet dönəmində bir müddət Qazax qəzasının Şıxlı, Salahlı, İncə Dərəsi kəndlərini əhatə edən Salahlı Dairəsində milis rəisi olmuşdur. Daha sonra da Nuxa və Zaqatalada siyasi idarənin xüsusi xəfiyyəsi olarkən bir bəhanəylə onun da öldürüləcəyini anlamış və bir neçə yaxın adamıyla dağdakı qaçaqların sırasına daxil olmuşdu. Şəraitin ağırlaşdığını görüb Türkiyəyə keçmişdilər. Sultanovun bilgisi daxilində Naxçıvan sınırından giriş-çıxışları təqib edir; Karakösə, İğdır və Aralıq civarındakı muhacirlərin fəaliyyətlərini

Скачать книгу