ТОП просматриваемых книг сайта:
Yosxul insanlar. Федор Достоевский
Читать онлайн.Название Yosxul insanlar
Год выпуска 0
isbn
Автор произведения Федор Достоевский
Издательство Köhlən Nəşriyyatı
Bu gün bir az xəstəyəm. Qızdırmam var, titrədirəm. Fedora çox narahatdır. Nahaq yerə bizə gəlməyə utanırsınız, Makar Alekseyeviç. Başqalarının nəyinə lazım? Biz tanışıq, bu qədər!.. Sağ olun, Makar Alekseyeviç. Daha çox yaza bilməyəcəyəm, kefim yoxdur; həm də başqa nə yazasan? Bir də xahiş edirəm, mənə hirslənməyin və sizə bəslədiyim hisslərin ülviliyindən əmin olun.
Sizin Varvara Dobroselova.
5-ci məktub – 12 aprel
Çox hörmətli xanım Varvara Alekseyevna!
Ah, anam, sizə nə olub? Hər dəfə məni qorxudursunuz. Hər dəfə sizə yazıram ki, ehtiyatlı olun, özünüzü qoruyun, pis havalarda bayıra çıxmayın, – amma, mələyim mənim, mənə qulaq asmırsınız. Özünüzü uşaq kimi aparırsınız, mələyim mənim! Siz axı saman çöpü qədər incəsiniz. Xəfif meh əsən kimi titrəyirsiniz. Buna görə də özünüzü qorumalı və sizi sevən dostlarınızı kədərləndirməməlisiniz.
Necə yaşadığım və ətrafımda olanlar haqda hər şeyi bilmək istəyirsiniz. İstəyinizi məmnuniyyətlə yerinə yetirirəm. Əvvəldən başlayım, anam: belə daha səliqəli olar. Əvvəla bunu deyim ki, binamızın girişi çox təmizdir, böyükdür, işıqlıdır, pilləkanlar da yaxşıdır; burda hər şey çuqundan və qırmızı ağacdan düzəldilib. Amma arxa girişi heç soruşmayın: nəmişlik və çirk içindədir, pilləkanlar sınıq-sınıq, divarlar yağ içindədir, əlinizi qoysanız yapışar. Hər meydançada sandıqlar, sınıq stullar və şkaflar yığılıb, pəncərə şüşələri sınıq-sınıqdır, zibil vedrələri dolub-daşır, yumurta qabığından tutmuş balıq tıxınacan hər şeylə doludur; pis iy gəlir… bir sözlə, pis vəziyyətdədir.
Keçən dəfə otaqlar haqqında yazmışdım; düzdür, evin quruluşu rahatdır, amma içəri havasızlıqdır, necə deyim, bir az turşumuş və qaxsımış iy gəlir. Birinci dəfədən adama xoş gəlmir, amma iki dəqiqədən sonra öyrəşirsən, çünki iy sənə də hopur, özündən də iy gəlir, əllərindən də, paltarından da, – öyrəşirsən. Amma quşlar bu havaya öyrəşə bilmir. Miçman artıq beşinci quşu alıb, – bizim havamızda yaşaya bilmirlər, ölürlər. Mətbəximiz böyükdür, genişdir, işıqlıdır. Düzdür, səhərlər balıq və ət qızartdıqları üçün bir az duman olur, həm də hər yerə su sıçradırlar, amma axşamlar cənnət kimidir. Mətbəxdəki zivədə həmişə alt paltarları asırlar; otağım mətbəxin yanında olduğu üçün paltarların iyi məni bir az narahat edir; amma yaşaya-yaşaya öyrəşmişəm artıq.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.