Аннотация

Bu kitabda tanınmış yazıçı-jurnalist Xalid Kazımlının müxtəlif illərdə yazdığı hekayələr toplanıb. Həmin hekayələr həyatiliyi ilə seçilir və müəllifin dediyinə görə, hamısı real hadisələr əsasında qələmə alınıb. Müəllifin bu kitabda yer alan “Pəncşir aslanıın bənzəri” adlı hekayəsi isə Azərbaycan yazıçılarının ingilis dilində hazırlanan kitabına salınıb. Kitabdakı “Arabaçı” hekayəsində müəllif gəncliyində atasının hesabına kefcil həyat sürən bir gəncin yaşlı vaxtında həyatın dibinə yuvarlanmasından, öz indiki durumundan xəcalət çəkərək özünü danmasından söz açır.