Аннотация

“Quqark” romanı həyat hadisələri ilə zəngindir. Baxmayaraq ki, əsərin qəhrəmanı müəllif özüdür, oxucu romanın bir çox hissələrini oxuduğu zaman müəllifi unutmağa məcbur olur. Romanda epizodik hadisələr, obrazlar, həddindən artıq çoxdur və əsərdə konkret süjet xətti yoxdur. Bir neçə süjet xətti (Sovet İttifaqı dağıldıqdan sonra Qafqazda baş verən ictimai-siyasi hadisələr, müharibə, üçüncü ölkədə yaşayan yazıçının həyatı…) əsərdə bir-birinə qarışır. Ancaq bu dolaşıq hadisələr axınında müəllif vəziyyətdən çıxa bilir. Obrazların hissləri, hadisələrə yanaşmaları, problemləri əsər boyu çox az gözə çarpsa da, dövrün intellegentindən ən axmaq adamına kimi danışdığı bu əsərdə hər kəs haqda müəyyən təsəvvür yaranır.