Аннотация

Kitaba Səfər Alışarlının müxtəlif vaxtlarda yazdığı hekayələr daxil edilib. Mövzu rəngarəngliyilə seçilən bu hekayələrdə müəllifin həyata fərqli baxış prizması və reallığın təzahürlərinə özü nəməxsus münasibəti aydın görünür. Dərin psixologizm, lakoniklik, predmetin mahiyyətinin parlaq metaforalarla ifadəsi və fraza ritminin bir an belə unudulmayan döyüntüsü S.Alışarlı nəsrinin önəmli cəhətlərindəndir.