Аннотация

Kitab Azərbaycan Cümhuriyyətinin qurucularından biri, müxtəlif vaxtlarda baş nazir və maarif naziri vəzifələrini tutmuş Nəsib bəy Yusifbəylinin (1881-1920) şəxsi həyatına, ailə münasibətlərinə həsr edilib. Nəsib bəyin həyat yoldaşı Şəfiqə xanım (1886-1971) türk dünyasının böyük fikir adamı, “Tərcüman” qəzetinin naşiri və redaktoru İsmayıl bəy Qaspralının qızı idi. O, yaxın tarixə həm də Rusiya imperiyasında müsəlman qadın hərəkatının liderlərindən və müstəqil Krım dövləti uğrunda mübarizənin öncüllərindən biri kimi daxil olub. Nəsib bəylə Şəfi­qə xanımın yalnız məhəbbət deyil, həm də ideya üzərində qurulmuş ailə həyatı, onların birgə mübarizəsi, ömür yolunda üzləşdikləri çətinlik və ziddiyyətlər kitabda əksəriyyəti Azərbaycan oxucusu üçün yeni olan fakt və sənədlər vasitəsi ilə təqdim olunur. Ədəbi-tarixi esse kimi qələmə alınmış “Baş nazirin xanımı” yalnız Azərbaycan Cümhuriyyətinin tarixi ilə məşğul olanlar üçün deyil, geniş oxucu kütlələri üçün də maraq doğurur.

Аннотация

Kitabda Yeni Türkiyənin qurucusu Mustafa Kamal Ata­türklə türkçülük fikir axınının öncül nümayəndələrindən biri kimi tanınan böyük soydaşımız Əhməd Ağaoğlu arasındakı münasibətlər nəzərdən keçirilir. Kifayət qədər mürəkkəb xarak­ter daşıyan, bəzən gərgin mübahisə və fikir toqquşmalarına meydan açan bu münasibətlər Qurtuluş Savaşının geniş vüsət aldığı 1921-ci ildən Atatürkün həyatının sonuna qədər davam etmişdir. Əhməd bəy Atatürkün simasında türk millətinin və dövlətinin xilaskarını, Atatürk isə onun şəxsində Cümhuriyyətin, laik və demokratik düşüncənin, türk milli idealının ən atəşin tərəfdarlarından birini görmüşdü. Kitab tarixçilər, politoloqlar, türkoloqlar, ümumən geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.

Аннотация