ТОП просматриваемых книг сайта:
Рашид-бек Исмаил оглы Эфендиев
Список книг автора Рашид-бек Исмаил оглы ЭфендиевАннотация
Rəşid bəy Əfəndizadənin «Məktəbə dəvət» kitabında maarifçi ədibin şeirləri, təmsilləri, hekayələri və pyesləri toplanıb. XX əsrin əvvəllərində Azərbaycanda təhsilə yenilik gətirmiş və Qərb maarifpərvərlərinin əsərlərindən bəhrələnərək yeni tədris üsulunun əsasını qoymuş pedaqoq bütün ömrünü savadlı nəslin yetişdirilməsinə, cəhalət və savadsızlıqla mübarizəyə həsr edib. R.Əfəndizadə Azərbaycan Cümhuriyyəti dövründə təhsil sahəsində islahatlar keçirilməsində yaxından iştirak etmişdi. Sonradan, sovet işğalından sonra o, doğulduğu Şəki şəhərinə qayıdaraq yenə də pedaqoji fəaliyyətlə məşğul olub, ömrünün sonuna qədər əhalinin maariflənməsinə, uşaqların təhsil almasına xidmət göstərib. Onun bütün şeirlərində, pyeslərində cahillik ifşa olunur, elmin əhəmiyyəti təbliğ edilir. Öz əsərlərində zəhmətkeşliyə, bilik dalınca getməyə, Vətənə xidmətə səsləyən ədibin ən böyük arzusu dini təhsilin dünyəvi təhsillə əvəz olunması, mollaxanaların əvəzinə bəşər elmini tədris edən, dünya ilə ayaqlaşaqn kütləvi məktəblərin fəaliyyət göstərməsi idi.
Аннотация
Rəşid bəy Əfəndizadənin zəngin yaradıcılığından məktəblilər üçün seçilmiş bu kitabda onun uşaqlar üçün yazılmış təmsilləri toplanıb. Bütün həyatını tədrisə, təhsilə və maariflənməyə həsr etmiş ədibin kitabları uzun illər Azərbaycan məktəblərində dərslik kimi istifadə olunub. Rəşid bəy Əfəndizadənin hər dövr üçün aktual olan ibrətamiz əsərlərindən ibarət bu kitab TEAS Press Nəşriyyat evində nəşrə hazırlanıb. Kitabın nəşri hüququ TEAS Press Nəşriyyat evinə məxsusdur.
Аннотация
Rəşid bəy Əfəndizadənin zəngin yaradıcılığından məktəblilər üçün seçilmiş bu kitabda onun uşaqlar üçün yazılmış şeirləri toplanıb. Bütün həyatını tədrisə, təhsilə və maariflənməyə həsr etmiş ədibin kitabları uzun illər Azərbaycan məktəblərində dərslik kimi istifadə olunub. Rəşid bəy Əfəndizadənin hər dövr üçün aktual olan ibrətamiz əsərlərindən ibarət bu kitab TEAS Press Nəşriyyat evində nəşrə hazırlanıb. Kitabın nəşri hüququ TEAS Press Nəşriyyat evinə məxsusdur.