Аннотация

Аннотация

Аннотация

Azərbaycanın müsəlman şərqində nail olduğu bir çox ilklər, o cümlədən ilk konstitusiya Nəriman Nərimanovun adıyla bağlıdır. Nərimanov hakimiyyəti dövründə Azərbaycan xalqının adət və ənənələrinə dərin hörmət verilmiş, bütün dini və ənənəvi bayramlar rəsmi olaraq qeyri-iş günü hesab olunmuşdur. O, siyasətçidən əlavə bir maarifpərvər və dramaturq-yazıçı kimi Azərbaycan tarixində mühüm rol oynamış, ilk qiraətxananı açmışdır. Ədəbiyyatçı kimi Azərbaycan milli romanının («Bahadır və Sona») və ilk tarixi faciənin («Nadir şah») banisi kimi qalır. Onun hakimiyyəti dövründə bütün qonşu respublikalarla dostluq münasibəti saxlanılmışdır. Məsələn Türkiyədəki Qurtuluş Savaşına böyük dəstək vermiş və nəticədə Türkiyənin xəritədən silinməsinə qarşı verilən mücadələdə onlara böyük dəstək vermişdir. Daha sonralar Atatürk ona bu köməkliklərinin əvəzini verməyi təklif etdiyində isə N.Nərimanov ona «Paşam, Türk millətində bir ənənə vardır, qardaş qardaşa borc verməz, qardaş hər durumda qardaşının əlindən tutar.» deyə cavab göndərmişdir.

Аннотация

N.Nərimanov dramaturgiyasının ən kamil və yetkin əsəri, şübhəsiz kı, onun «Nadir şah» faciəsidir. Bu əsər Azərbaycarı ədəbiyyatında tarixi faciənin ilk nümunəsidır. Əsərin mövzusu XVIII əsrin birinci yarısında İranda hökmdarlıq etmiş Nadir şah Əfşarın həyatından götürülmüşdür. Yazıçı bu əsərlə Şərq dövlət quruluşunun xalq mənafeyinə zidd olan mahiyyətini açıb göstərmək istəmiş, tarixi hadisələri müasır vəzifələr nöqteyi-nəzərindən mənalandırmağa çalışmışdır. Faciənin mərkəzi surəti Nadir şahdır. Nadir şah sülaləsindən çıxan, taxt-tacı bir varis kimi qəbul edən şahlardan deyildir. O, eşq içərisindən gələn, quldurluqda ad çıxaran bir adamdır. Əsrin əvvəlində biz Nadiri məhz bir quldur kimi, bir qaçaq kimi görürük. Lakin onda mərd sifətlər də az deyildir və Nadirin həqiqi siması dayısı Cavadla söhbətindən sonra üzə çıxır. O, dayısı ilə söhbətindən sonra dövlət və vətən uğrunda vuruşa başlayaraq qəhrəmanlıqları olan şah bir xalq sərkərdəsinə çevrilir. Sərkərdələr dövründə Nadir xalqı və vətəni düşmənlərdən qoruyur, xalqın və qoşunun böyük məhəbbətini qazanır. Nadirin bu nüfuzundan qorxuya düşən Təhmas şah onu aradan götürmək istəyir, lakin Nadir daha ağıllı və qoçaq tərpənərək Təhmas şahı məğlub edərək hakimiyyəti əlinə alır. Hakimiyyət başına keçdikdən sonra Nadir şah dövlətin mənafeyi, çiçəklənməsi və siyasi nüfuzunun artması naminə işlərə başlayır. O, hər şeydən əvvəl, iki düşməni – sünni və şiə məzhəblərini barışdırmaq, ölkə daxilindəki müxtəlif əqidəli tayfaları birləşdirmək, «qeyri tayfanın dinini bilmək və onunla dininə müvafiq rəftar» etmək üçün onlann müqəddəs dini kitabı olan İncili öz dillərinə tərcümə etdirmək istəyir. Onun həyata keçirmək istədiyi islahatlardan biri yoxsulluq və səfalətin aradan qaldırılması ilə bağlıdır. Nadir şah deyir: «Bir dövlətin ki, fəqiri, saili çox oldu, o dövlətin tez puç olmasına ehtimal var…» Nadir şahın xalqın xeyrinə həyata keçirmək istədiyi fikirlər çoxdur. Lakin sarayda xain və yalançı vəzirlər, yaltaq və ikiüzlü saray məmurları onu hər tərəfdən əhatə edərək xalqla əlaqəsini kəsir və kütlədən uzaqlaşdırırlar. Həmişə dövlətin və xalqın xeyrinə çalışan, dövlətin daxili və xarici qüdrətinin yüksəlməsi uğrunda yorulmadan çalışan Nadir şah nəticədə saray xainlərinə inanır, özü də bilmədən onların mənfur niyyətlərinin həyata keçirilməsinə köməklik göstərir. O, ədalətli dövlət başçısı olmaq istərkən ədalətsiz bir hökmdara və əzazil bir adama çevrilir. Ədalətli bir hökmdar kimi Nadir şah despotizmi aradan götürmək istəyir, ancaq özü ən böyük despot olur. Əsərin əvvəlində «qanlı yaşlar tökənlər məndən cavab gözləsinlər» deyən, yalnız vətən və millət yolunda qılınc çalacağına, xalqa xoşbəxtlik gətirəcəyinə and içən Nadir şahlıq taxtına çıxandan sonra öz ailəsini də xoşbəxt edə bilmir. O, dövlət və xalq mənafeyini əldə əsas tutaraq öz yeganə övladını da məqsədi yolunda qurban verir. Lakin özü də bilmədən alətə çevrilən Nadir şah nümunəvi hökmdar və nümunəvi vətəndaş səviyyəsinə yüksələ bilmir. Nadir şahın əsl faciəsi aldandığını başa düşdükdən, oğlunun gözlərini nahaqdan çıxartdırdığını biləndən sonra başlayır və bu mənəvi faciə onun cismani ölümü ilə sona çatır. Nərimanov Nadir şahın faciəsini mütləq monarxiya quruluşunda ixtiyar sahibinin faciəsi kimi şərtləndirir, bu faciəni feodal-ictimai münasibətlərin doğurduğu bir fəlakət kimi qiymətləndirir. «Nadir şah» faciəsi özünün yüksək ideya dəyərinə və sənətkarlıq xüsusiyyətlərinə görə kamil bir sənət əsəri kimi diqqəti cəlb edir. Bu əsər uzun müddət Azərbaycan teatrının repertuarında mühüm yer tutmuş, oxucu kütləsinin diqqət mərkəzində olmuşdur. «Nadir şah» mütləqiyyət quruluşunu ifşa edən, siyasi problemləri maarifçilik mövqeyindən həll edən bir əsər kimi bu gün də aktuallığını saxlayır və oxucular tərəfindən maraqla qarşılanır.