ТОП просматриваемых книг сайта:
İsa Muğanna
Список книг автора İsa MuğannaАннотация
Povestdəki hadisələr II Dünya Müharibəsi illərində Azərbaycan kəndlərinin birində gərgin zəhmət, ümumxalq birliyi, eyni zamanda mürəkkəb insan münasibətləri mühitində cərəyan edir. Bu kənddə hər bir evdə müharibənin nəfəsi duyulur. Qadınlar və uşaqlar cəbhəyə getmiş ərlərin, ataların, oğulların yerinə çöl işlərini görürlər.Yazıçı burada müharibə illərinə nəzər salır və insan amilinə geniş yer ayırır, insanın yaşamaq arzusu ac qalmamaq, ölməmək fikri ilə təhdid edilir. Əsərin məhz belə bir qorxunc təhkiyə ilə başlaması sujetin sonrakı mərhələlərində də insanın mövcudluq uğrunda aparacağı mübarizəyə işarə edir: «_ Əppək… əppə-ək.. əp-pəək… – aradan uzun illər keçməsinə baxmayaraq, bu uşaq səsi qulaqlarımdan getmir. Bu mənim qardaşımın səsidir. Onu dinləyə-dinləyə mən illəri adlayıb keçmişə qayıdıram 1942-ci ilin hələ əsgərlik yaşı çatmamış vətəndaşı oluram» Lakin yazıçının məqsədi heç də müharibə dəhşətlərini göstərmək olmamışdır, onun insanların mənəvi aləminə gətirdiyi bəlaları, kataklizmləri təsvir etməyə çalışmışdır. Yazıçı iki oğul anası Söylünün müharibəyə gedən ərinin ölüm kağızını aldıqdan sonra Cəbrayılla evləndikdən sonra ailəyə gətirdiyi faciəni əks etdirir. Tapdıqla Cümrü işdən evə gələrkən qapının bağlı olduğunu görürlər. Rəngi ağaran Cümrü «yəqin anam özünü öldürüb» deyə fikirləşir, lakin baş vermiş hadisəni dərk etdikdə qardaşlar baltanı götürüb evə hücuma keçirlər: «Mən Məlikin sözünü kəsib xəbər aldım ki, – Bəs bu qapı-baca niyə bu kökdədi? Cümrü eləyib? – Bə kim eliyəcəydi? Baltanı götürdü, cumdu qapıya. Bu yandan da Tapdıq gəldi, bir balta da o götürdü. Bax o qıraqdakı Stavnya qopub düşəndə mən lap birtəhər oldmuşdum, Nuru. Bu yandan ataları belə getdi, bu yandan da indii girib içəridə analarının meyitini görəcəklər». Beləliklə, mühitin yaratdığı vəziyyət insana münasibəti dəyişir, yazıçı müharibəni başlayan alman faşistləri ilə kənardan kəndə girib kolxoz sədri olan Cəbrayılı eyni tutur....
Аннотация
Yazıçı öz əsərini “fantastikasız fantastika” kimi xarakterizə edir. O, bu əsərində varlığı elm adamları tərəfindən hələ də sübuta yetirilməyən, sadəcə mif olaraq bilinən “Cəhənnəm” məfhumuna yazıçı ustalığı ilə yanaşır və o, öz qəhrəmanlarını Kosmosa səyahət etdirir. Bu əsərdə OdƏrlərin əsrlərlə yaşayan irsindən, onların qoruyub-saxladığı sistemdən də söz açılır.
Аннотация
İsa Muğannanın 2009-cu ildə yazdığı, lakin sağlığnda işıq üzü görməyən “Türfə” romanı SafAğ elmi silsiləsində yazılan əsərlərin sonuncusudur. Dini-fəlsəfi mövzuda olan bu əsərdə İslam dinində olan təhriflərdən və Nəqşibəndlikdən bəhs edilir.
Аннотация
Öz əsərləri ilə müasirlərindən fərqlənən İsa Muğannanın çoxşaxəli yaradıcılığı, ədəbiyyatın bir çox janrlarında qələmə aldığı dəyərli nümunələr müəllifin yaradıcılıq potensialının, təhkiyə areasının xeyli zəngin olduğunu göstərir. Özünəməxsus maraqlı təhkiyə üslubu olan yazıçının qəhrəmanları əsasən kiçik, gözdən uzaq Azərbaycan kəndinin problemlər içərisində itib-batan sakinləri və ən qədim Bağ nəslinin nümayəndələri – Əmirlilərdir. Bu problem onun əsərlərində bir xətt üzrə inkişaf edərək, müxtəlif məkanlarda, müxtəlif rollarda əks olunur və zaman-zaman öz aktuallığını artırır. Yazıçının “Faciə” povestində də bu aktuallıqlar özünü qoruyub saxlayıb. “Faciə” də ekoloji aləmin, ətraf mühitin qorunması mənəvi ekologiyanın təmizliyi ilə əlaqələndirilir. Bakıda yaşayan jurnalist Zəlimxan qardaşı Qaraxandan atasının xəstə olması ilə bağlı teleqram alır. Zəlimxan kəndə gələndə tamam fərqli bir mənzərə ilə qarşılaşır: Atası Sabit Mayılov xəstə deyil, Zəlimxanı əvvəllər sevib-ayrıldığı raykom katibi Əziz Mayılovun gözünün ağı-qarası bircə qızı Zümrüdlə evlənməyə çağırıblar. Belə bir yalan da uydurulur ki, Zəlimxan Zümrüdlə evlənməsə, Əziz Mayılov altı qız atası Qaraxanı həbs etdirəcək. Zəlimxan meşəni gəzdikcə çox dəhşətli hadisələrə şahid olur: O, əvvəllər yamyaşıl, sıx ağaclarla örtülü olan meşənin günü-gündən məhv edildiyini görür. Meşəni məhv edən Zəlimxanın doğma ailəsidir. Zəlimxan maddi-mənəvi ekologiyanın harmoniyasını tənzimləməyə çalışır. O düşünür ki, uşaqkən etdiyi faciəvi əmələ (1942-ci ildə Zəlimxanın əlində açılan beşaçılan Qaraxanın 3 yaşlı oğlunu ölümünə səbəb olur) rəğmən sevilib-əzizlənməsi, adına qoç qurbanlar kəsilməsi, ali məktəbdə oxudulması ona görə idi ki, ""bugünkü gün yetişdikdə qaqaşın (Zəlimxanın), etirazı, üsyanı yenə qırx ikinci ili xatırlatsın?!” Zəlimxan Zümrüdə haram pulla qazanılmış zinət əşyalarını çıxarmasını məsləhət görür. Həyatın dəbdəbəsinə, komfortuna alışmış Zümrüd deyir: ""Tək mənəm?! Hamı geyinmir?! Səriyyə bacının, Məryəmin geyindikləri bəs hardandır?!” Halbuki, Zəlimxan Zümrüdün onu anlaycağını fikirləşir. Bütün ailə xirtdəyəcən rüşvətin içindədir. Bir vaxtlar Zəlimxanın təhsil ala bilməsi üçün həmin doğma adamlar yad əməllərə əl atmışdılar… Əsərin sonunda Zəlimxan ona təhsil verən, əlinə qələm verən əziz, yad adamlar haqqında nə yazacağını düşünməsi, Zümrüdü fikirləşməsi İsa Muğannanın həyatı tədqiq edə bilmə ehtiras və bacarığından xəbər verir: ""Zəlimxan Zümrüdün yanında özünü günahkar hiss edirdi. Çünki onun Zümrüdünü dəyişdirib əvəzində başqa Zümrüd gətirən səbəbləri vaxtında görə bilməmiş, Zümrüdü vaxtında xilas edə bilməmişdi. İndi isə… Əfsanədən doğulmuş Dəli pəri əfsanəyə çevrilib Qarasuyun dumanı ilə birgə ələgəlməz, tutulmaz olmuşdu. Zümrüdlə birgə baba da, Qaraxan da, Böyüktalanın sakit-epik həyatı da, hətta təkqol direktorla müəllimlər də əfsanəyə dönmüşdü. Elə isə, bəs Zəlimxanı bu yol ayrıcında dayanmağa məcbur edən nə idi? O, bloknotu çıxarıb dizinin üstündə açmışdı. Amma qələm başlanğıcda ilişib dururdu. Hardan başlasın, necə yazsın, meşənin, təbiətin, insan gözəlliklərinin, doğruluğun, saflığın düşmənləri haqqında necə yazsın, bütün qəzetləri, jurnalları öz patetik nitqləri ilə dolduran ”Qarğıdalı”nın, əziz, can-ciyər ""Əziz müəllimlə yoldaşlıq məhkəməsi”nin haqqında necə yazsın ki, dərdinin böyüklüyü, qəzəbinin, kininin dərinliyi bütün aydınlığı ilə görünsün?”
Аннотация
İsa Muğannanın 2009-cu ildə yazdığı, lakin sağlığnda işıq üzü görməyən “Türfə” romanı SafAğ elmi silsiləsində yazılan əsərlərin sonuncusudur. Dini-fəlsəfi mövzuda olan bu əsərdə İslam dinində olan təhriflərdən və Nəqşibəndlikdən bəhs edilir.