Аннотация

Azərbaycan-türk şerinin tacidarı Məhəmməd Füzuli Şərq xalqlarının ədəbiyyatına qüvvətli təsir göstərən dahi bir sənətkardır. Xaqani, Nizami, Rumi, Nəsimi, Yunus Əmrə, Nəvai kimi ölməz şairlər sırasında əzəmətlə dayanan Füzulinin şerimizdə yeri ucalardan ucadır. Yaxın və Orta Şərq ölkələrinin heç birində ondan sonra onun səviyyəsində şair yetişməmişdir. Bu gün də şerin dan yerində Füzuli ahından əbədi şam yanır!.. Əsil şairlər hələ də ilham çırağını bu ahın, bu şamın odundan yandırırlar. Füzulinin adı da ilahi haləyə bürünən və Islamda müqəddəs sayılan imzadan götürülübdür – Məhəmməd; hətta doğulduğu yer dünyada ən böyük ziyarət ünvanlarından biridir – Kərbəla. Qəbri də Imam Hüseyn türbəsindədi… Eşq beşiyində paklıqla tərbiyələnən, sözün fəlsəfi mənasında məhəbbət və dinin, dünya miqyasında bənzərsiz bir eşq təliminin banisi – filosofu və şairi olan Füzuli bütün dövrlərin ən böyük “aşiq”idir… Bu kitabda XVI əsrin bütün Yaxın və Orta Şərqində bədii ənənədə təşəkkül tapan ümumi, vahid türk dili məkanının bu böyük müəllifinin azərbaycanca olan qəzəllərindən seçmələr yer almışdır. Füzulinin bu qəzəlləri fəlsəfi-irfani səciyyə daşıyır. İlahi bir ənginlik duyulan bu qəzəllərdə əhli-həqqin Tanrıya məhəbbəti də zaman-zaman öz əksini tapır. Bütövlükdə isə ümumi ruhu ilə Füzuli şerində məhəbbət insanları bir-birinə yaxınlaşdıran, dostluq, mehribanlıq, fədakarlıq, səmimiyyət yaradan müqəddəs bir qüvvədir. O, insana gözəlliyi duymaq, dərk etməyi öyrədir, daxilən təmizliyə, şəxsi varlığından belə keçməyə, qorxmazlığa sövq edir. Bu cəhət Füzuli qəzəllərində o qədər bədii, səmimi və aydın ifadə olunmuşdur ki, xalq hikməti və xalq zəkasının qüdrəti ilə aşılanmış bu könül nəğmələrini oxuyan və ya dinləyən hər kəs qəlbində bir saflıq, xeyirxahlıq, həyata məhəbbət, insana və onun maddi və mənəvi gözəlliyinə hörmət duyğularının qüvvətləndiyini hiss edir…

Аннотация

Klassik ədəbiyyatımızın parlaq və təkrarolunmaz simalarından biri olan Məhəmməd Füzulinin fars dilində qələmə aldığı “Rind və Zahid” mükalimə tərzində yazılmış bir əsərdir. Əsərdə ata və oğul arasında gedən dialoqlar müxtəlif mövzuları əhatə edir. Hər cümləsində Füzuli zirvəsinin qüdsiyyətini, ucalığını əks etdirən bu mövzular insanı bir daha öz həqiqəti haqqında düşünməyə vadar edir. Zahir-batin, ağıl-qəlb, nəfs-ruh qarşıdurmasını Rind və Zahidin dili ilə canlandıran dahi Füzuli, bununla, əslində, insanı öz-özü ilə qarşılaşdırır.

Аннотация

Məhəmməd Füzuli – ana dilimizdə yaranmış şerin ən gözəl nümunələri olan əsərləri ilə ədəbi-bədii dilimizi yüksəkliklərə qaldırmış, klassik Azərbaycan, habelə digər türk xalqlarının poeziyasına misilsiz təsir göstərən ədəbi məktəb yaratmış dahi şair və mütəfəkkirdir. Şairin türkcə əsərlər yaratması və bu dilə xüsusi diqqət yetirməsi onun türk soyundan olduğunun isbatı üçün kifayətdir. Kitabımıza dahi şairin Leyli və Məcnun poeması və qəzəlləri daxil edilmişdir.