Аннотация

Аннотация

Аннотация

Dramaturqun mənzum faciələrindən biri də beş pərdədən ibarət “Səyavuş”dur. Müəllifin 1932-ci ildə tamamladığı möhtəşəm dram əsərinin mövzusu şərqin mütəfəkkir şairi Əbülqasim Firdovsinin “Şahnamə” mənzum epopeyasındakı “Dastani-Səyavuş” poemasının məşhur süjetindən götürülüb.

Аннотация

Hüseyn Cavid 1935-ci ildə yenə Şərq klassik poeziyasının dahilərindən birinə müraciət edib. Bu dəfə o, mütəfəkkir fars şairi Ömər Xəyyamın həyatına müraciət edərək “Xəyyam” adlı dramını yazıb. Dram 1935-ci ildə keçirilən pyeslər müsabiqəsində üçüncü mükafata layiq görülüb. Filosof mütəfəkkir Xəyyamın yaradıcılığı və keşməkeşli həyatı Hüseyn Cavidi gənc yaşlarından maraqlandırıb. Dramaturq rübai ustasının on altı müxtəlif poetik nümunəsini farscadan əruzun müxtəlif bəhrlərində dilimizə çevirərək öz əsərinə daxil edib. Əsərdə müəllif ideyanın mahiyyətinə uyğun olaraq, müxtəlif psixoloji hadisələrin təsvirində Xəyyamın poetik nümunələrindən iğtibaslar edib. Həmin iğtibaslar Xəyyamın həyat, insanlıq, məhəbbət, xeyirxahlıq fəlsəfi düşüncələri ilə səsləşir, dramatizjmi gücləndirir. İlk dəfə 1963-cü ildə çap edilmiş dramda Xəyyamla yanaşı, dövrünün böyük diplomatı Xacə Nizam (Nizamülmülk Əbu Əli Həsən ibn Əli), ismaililər hakimiyyətinin banisi Həsən Sabbah, İran Səlcuqlar sülaləsinin ikinci hökmdarı Alp Arslan, Alp Arslanın oğlu, səlcuqların üçüncü hakimi Məlikşah Cəlaləddin, Abbasiyə xilafətinin iyirmi yeddinci xəlifəsi Müqtədbillahın (Abdulla ibn Əhməd) maraqlı bədii surətlərini yaradıb. Eyni zamanda bədii təfəkkürün məhsulu olan Sevdanın (Xəyyamın sevgilisi) canlı xarakterini qələmə alıb.

Аннотация

“Knyaz” mənzum faciəsi Hüseyn Cavidin inqilabi mövzuda yazdığı dramlar cərgəsinə daxildir. Əsər ədəbiyyatda və Akademik Milli Dram Teatrının bəzi afişa və proqramlarında “Dəli knyaz” adı ilə də verilib. Pyesin mövzusu 1920-ci illərin əvvəllərində Gürcüstan həyatından götürülüb.

Аннотация

“İblisin intiqamı” beşpərdəli dramını Hüseyn Cavid 1937-ci ilin martında bitirib. Bu əsər müəyyən mənada dramaturqun “İblis” faciəsinin davamıdır. “İblis” faciəsində olan Iblis, Arif, Rəna obrazları “İblisin intiqamı”nda da verilib. Dram əsəri Cavidin həyat yoldaşı Müşkünaz xanımın köçürdüyü əlyazması əsasında ilk dəfə Hüseyn Cavidin seçilmiş əsərlərinin dördüncü cildində (1985) çap olunub.-Əsəri oxu. Dahi dramaturqun təxminən 1930-1932-ci illərdə yazdığı “Telli saz” dramı itib. Dramaturqun qızı Turan Cavidin köməkliyi ilə əsərin süjetini bərpa etmək mümkün olub. Onun “Xəyyam” faciəsi ilə bir dövrdə yazdığı “Şəhla” pyesi də hələlik tapılmayıb.

Аннотация

“Ana” əsəri azərbaycanca yazılmış ilk mənzum dram əsəri sayılır. Şair-dramaturq həmin səhnə əsərini 1910-cu ildə tamamlayıb. Mövzusu Dağıstan həyatından alınıb. Dramın qəhrəmanı Səlma ana obrazının timsalında mərdlik, mənəvi nəciblik, insani sədaqət duyğuları tərənnüm olunub. “Ana” dramı ilk dəfə 1913-cü ildə Tiflisdə çap edilib.

Аннотация

Kitaba Azərbaycan ədəbiyyatının söz və fikir zadəganı, yazıçı və dramaturq, Azərbaycan Şekspiri, gözəllik və sevgi şairi Hüseyn Cavidin (tam adı Hüseyn Abdulla oğlu Rasizadə : 1882–1941) “Peyğəmbər”, “Topal Teymur”, “İblis”, “Şeyx Sənan”, “Knyaz”, “Səyavuş” dramları və şeirləri daxil edilmişdir.

Аннотация

Böyük dramaturq Hüseyn Cavidin «Azər» poeması Azərbaycan ədəbiyyatında xüsusi yer tutur. İstər məna və məzmununa, istər ideya tutumuna, istərsə də həcminə görə ən görkəmli poemalardandır. Poema geniş epik vüsətə malikdir. Bununla belə, poemada maraqlı lirik ricətlərdən də istifadə edilmişdir. Müəllif əsərdə iki fərqli həyat və düşüncə görüşü tərzi kimi, Şərq və Qərbi qarşılaşdırmış, son nəticədə üstünlüyü yenə də insanlığa vermişdir.