Аннотация

Аннотация

Müasir Azərbaycan ədəbiyyatının tanınmış simalarından olan Azərbaycanın xalq yazıçısı, əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Hüseyn Abbaszadə bədii yaradıcılığa müharibə illərində cəbhə qəzetlərində dərc etdirdiyi vətənpərvərlik mövzusunda şeirlərlə başlamış və bu mövzuya daim sadiq qalmışdır. O, altmış ildən artıq bir dövrü əhatə edən səmərəli ədəbi fəaliyyətinin məhsulu olan çox sayda əsərləri ilə ədəbiyyatımızın inkişafına öz töhfəsini vermişdir. Yazıçının iki dəfə Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanova həsr olunmuş “General” romanı müharibə illərində Azərbaycan oğullarının qəhrəmanlığını bütün dolğunluğu ilə əks etdirən parlaq nəsr nümunəsidir. Həzi Aslanov bu romanda geniş və əhatəli planda təsvir olunmuşdur. Müharibədə iştirak etdiyi üçün romanda müharibə ilə bağlı səhnələrin təbiiliyi və inandırıcılığı diqqəti cəlb edir.

Аннотация

H.Abbaszadənin nəsrindən vətənpərvərlik bir xətt kimi keçir. Bunu onun «Şokolad paylayan qız», «Hardansınız, müsyö Abel», «Uzaqdan gələn qonaq» povestləri də sübut edir.

Аннотация

Аннотация

Hüseyn Abbaszadə həm də gözəl hekayə ustası idi. Povestlərinə və romanlarına xas olan həyatilik, bədii ümumiləşdirmə yazıçının «Zəmanət», «Xeybər əminin gülləri», «Ana və oğul», «Axşam şöbəsinin tələbəsi», «Çəmbərəkənd əhvalatı», «Vəzifə», Operasiya və hədiyyə əhvalatı», «Körpüdə bir qadın dayanmışdı», «Əminə», «Çəhrayı mürəkkəbqabı və yaşıl „Jiquli“, „Köhnə məhəllədə“, „Toy, od, teleqram“, „Qısa məzuniyyət“ və s. hekayələrində də bariz nəzərə çarpır.Yazıçı bu hekayələrdə müasirlərinin həyatından tipik lövhələr seçir, yaddaqalan, bədii təsir gücünə malik obrazlar yaradırdı.

Аннотация

Müasir Azərbaycan ədəbiyyatının tanınmış simalarından olan Azərbaycanın xalq yazıçısı, əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Hüseyn Abbaszadə bədii yaradıcılığa müharibə illərində cəbhə qəzetlərində dərc etdirdiyi vətənpərvərlik mövzusunda şeirlərlə başlamış və bu mövzuya daim sadiq qalmışdır. O, altmış ildən artıq bir dövrü əhatə edən səmərəli ədəbi fəaliyyətinin məhsulu olan çox sayda əsərləri ilə ədəbiyyatımızın inkişafına öz töhfəsini vermişdir. Yazıçının iki dəfə Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanova həsr olunmuş “General” romanı müharibə illərində Azərbaycan oğullarının qəhrəmanlığını bütün dolğunluğu ilə əks etdirən parlaq nəsr nümunəsidir. Həzi Aslanov bu romanda geniş və əhatəli planda təsvir olunmuşdur. Müharibədə iştirak etdiyi üçün romanda müharibə ilə bağlı səhnələrin təbiiliyi və inandırıcılığı diqqəti cəlb edir.

Аннотация

Azərbaycanın Xalq Yazıçısı, Azərbaycan Dövlət mükafatı laureatı Hüseyn Abbaszadənin “Haradansınız, müsyö Abel?” romanı İkinci Dünya Müharibəsində almanlara əsir düşən, amma möcüzə nəticəsində sağ qalan və anlaşılmazlıq üzündən vətənə qayıda bilməyib, Fransada qalmağa məcbur olan Əbil Xeybərovun acınacaqlı hekayəsindən bəhs edir. “Haradansınız, müsyö Abel?” romanı 2018-ci ildə Fransada fransızca nəşr olunub və tezliklə ən çox oxunanlar siyahısında yer alıb. Kitab ilk dəfə olaraq latın qrafikası ilə Azərbaycan oxucusuna təqdim edilir.