Аннотация

“Tərsanə” romanını oxuduqdan sonra müəyyən etmək çətin deyil ki, müəllif fəhlə mövzusu ilə qəlbən, ürəkdən bağlı olan bir sənətkar olmuşdur. Fəhlə obrazını yazıçı geniş miqyasda mənalandırırdı. “Tərsanə” romanında 1970-ci illər həyatının bir sıra zahiri tərəfləri otağın mebelindən başlamış, intellektual söhbətlərə qədər bütün təfərrüatı ilə canlandırılır. Romanı oxuduqca bəzi qaranlıq, anlaşılmayan təsvirlərə də rast gəlinir. Əsərin yazılmasından 50 ildən çox çox vaxt keçdiyinə baxmayaraq, aktuallığını və estetik dəyərini bu gün də qoruyub saxlayan, hətta bu gün də insanları düşündürən, özünə cəlb edən yaradıcılıq nümunəsidir.

Аннотация

Аннотация

Bu detektiv romanda faşizmə qarşı müharibə illərindən bəhs edilir. Cəbhədən yarımçıq qayıdan Teymurun Bakıdakı sonrakı həyatı oxucunun gözləri qarşısında canlanır. Dövlət təhlükəsizlik orqanlarında işə girən Teymur dəfələrlə cinayətkarlarla üz-üzə dayanır və qalib gəlir. Əsərin fonunda Teymurun Ləman ilə məhəbbəti əsas planda verilib.

Аннотация

Yazıçı İmran Qasımov və Həsən Seyidbəylinin “Uzaq sahillərdə” romanı Azərbaycan xalqının igid oğlu, Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin – “Mixaylonun” mübarizəsinə, çətin sınaqlardan keçərək hitlerçilərin arxasında göstərdiyi xariqüladə qəhrəmanlıqlarına həsr edilib. Oxucu bu kitabda mərd azərbaycanlı oğlunun igidliklərlə dolu həyatı ilə tanış olacaq.