ТОП просматриваемых книг сайта:
Dirilən adam . Мир Джалал Пашаев
.Информация о книге
Название Dirilən adam
Год выпуска 0
isbn
Автор произведения Мир Джалал Пашаев
Издательство Аудиокитаб ООО
Аннотация
Mir Cəlalın «Dirilən adam» romanı Azərbaycan zəhmətkeşlərinin Sovet hakimiyyəti uğrunda qəhrəman mübarizəsinə həsr olunmuşdur. Yoxsul kəndli Qədirin şəxsi həyatı və ailəsinin taleyi əsərdə görkəmli yer tutur. Onun ictimai haqsızlığı tədricən dərk etməsi, şəhərdə mənəvi cəhətdən yetkinləşməsi, daha sonra «kəndin harayına» gəlməsi – belə bir həyat və mübarizə yolu təsvir olunmuşdur. Bir parça çörək üçün öz evindən, ailəsindən didərgin düşən Qədirin faciəsini göstərmək üçün yazıçı onu kənd yüzbaşısı Bəbirbəylə üz-üzə gətirir, şəhər həyatı içərisində, zülmdən, əsarətdən cana doymuş yoxsullar arasında təsvir edir, bununla da müsavat özbaşınalığı dövründə kəndlinin narazılılığını, məhrumiyyətini, qüssə və peşimançılığını, arzu və xəyallarını göstərməyə çalışır. Bəbirbəy Qumruya təsəlli verərkən Qədirin qətlini «millət yolunda ölən şəhid» kimi qələmə verir, möhtəkir Hacı Hüseyn evi müzayidəyə qoyulan Qumruya verdiyi neçə günlük möhləti özünün «millətə olan ehtiramı» adlandırır. Avazlı Qənbər kişi evdən didərgin düşən arvadını vəhşicəsinə öldürən «müsəlman qardaşına» razılığını bildirir, onun hərəkətini «millətin namusunu qorumaq» kimi qiymətləndirir. Əslində xalqın, millətin həyati ehtiyacları ilə heç bir əlaqəsi olmayan bu sözlər ancaq gözlərdən pərdə asmaq, istismarçıların qara niyyətlərini pərdələmək üçün idi.