ТОП просматриваемых книг сайта:
Son cənnət. Orhan Aras
Читать онлайн.Barışıqdan sonra qardaşlarım, əmioğlanlarım mənim əvəzimə günlərlə burdan evlərinə saman, ot, buğda daşıdılar. Bir il boyu on-lara işlədik. Sonra get-gəl oldu, dostlaşdıq və aradakı buzlar əridi getdi.
Atamla Məcid dayı söhbət edərkən mən nənəmin danışdıqlarını xatırlayır, daşdan hörülmüş və tavanından qırıq qamışlar sallanan otağının ən qaranlıq küncünə çəkilərək, dar pəncərəsindən tünd qa-ranlığa gözlərimi dikərək atamı düşünürdüm. Məktəbdən qaçıb gəl-diyimdə necə də sarsılmışdı! O an artıq bütün ümidlərinin bitdiyini analmışdım! Özünün, kiçik də olsa bir məmur, ya da baş məmur atası olma xoşbəxtliyini dada bilməyəcəyini anladığını, kiçik gözləri-nə çökən kədərdən oxumuşdum.
Titrək neft lampasının birtəhər işıqlandırdığı dağların yamacın-dakı daş evin içində, gözyaşlarını içinə axıdan igid atamla Məcid da-yı gecəyarısına qədər söhbət etdilər. Bəzən baxışların mənə döndü-yünü, dərin nəfəslərin alınıb verildiyi, başların kədərlə yelləndiyi söhbətlərin məzmununa fikir vermədən, çəkildiyim küncdə öz özü-mü sorğulamaqla vaxt keçirdim.
Bir gün sonra atam məni Məcid dayıya əmanət etdi və kənddən ayrıldı. Gedərkən uzun-uzun sarıldı, öpdü, dəfələrlə, “Özünə diqqət yetir”, – deyə tapşırdı.
Atına minib dağların arxasında itənə qədər onu izlədim. Atının qarınına tez-tez toxunuşundan və arxasına heç baxmadığından, ata-mın ağladığını anlamışdım. Ağlamaq üçün evin arxasına qaçdım. O an bütün ideallarımın coşqunluğu içimdən silinib getmiş, döyüşüm və kapitalist nizamın yıxılması üçün sıxdığım güllə bütün şiddətiylə dönüb öz böyrümə girmişdi. Evdə boyunubükük qoyduğum iki qo-canın dözülməz gözyaşları, peşmanlığımı və özümə olan əsəbimi son həddə çıxarmışdı. Özümə də, həyata da, ideologiyalara da nifrət edirdim artıq!
Yusifin günahsız və əzik baxışları gözlərimin qarşısından get-mirdi. Onun o mehribanlığı və uşaq məsumluğu vicdanımın alınına silinməz bir damğa kimi vurulmuşdu. Kənd küçələrində çiling-ço-maq oynamağımız və yoxsulluğu ən dözülməz nöqtəsinə qədər pay-laşdığımız günlər, yaddaşımın dərinliklərindən bir-bir çıxaraq bü-tün düşüncələrimi alt-üst edirdi. Yusif, günəşdə yanmış üzü, qəmzə-li yanaqları, canlı, incə dodaqları, işıltılı qara gözləriylə, cırıq pencə-yi, yuyunmaqdan rəngini itirmiş köynəyi və kəmərsiz, paçaları yer-də sürünən şalvarıyla, məktəbdəki ilk günlərimizdə “kəndlim” deyə çağıran içdən gələn səsiylə həmişə məni izləyir, xəyallarımda belə məndən əl çəkmirdi.
İlk günlər kəndin boş küçələrində dolaşar, tərk edilmiş evlərin saman, ot, qoyun peyini dolu həyətlərindən içəriyə baxardım. Bir dost, bir yoldaş axtarmaq üçün, evlərə girmək, otaqlardan otaqlara keçmək, səssiz künclərə doğru, “Mən buradayam!” deyə qışqırmaq arzusu ilə dolaşardım. Kəndin səssizliyindən və yaşlıların boyat söhbətlərindən sıxıldığım anlarda özümü dəli kimi dağlara vurar-dım. Yorulana qədər qayadan qayaya atlar, çəmənlərdə göz görə bil-dikcə yayılmış, sarı, ağ, qırmızı, bənövşəyi tarla çiçəklərin içində sa-ğa-sola diyirlənər, beynimdəki zəhəri çölə axıtmağa çalışardım. Bəzi günlər kəndə axşam qaranlığında dönərdim. Məcid dayı hər geci-kəndə maraqlanar, soruşardı:
– Bacıoğlu, haralara gedirsən belə?
Susar, cavab verməzdim. O isə cavab almaq üçün israr edər, mənim onlara bir əmanət olduğumu vurğulayar, başımın yenidən bəlaya girməməsi üçün təcrübələrini dilə gətirər, öyüd nəsihət ve-rərdi. Mən onu səssizcə dinləməklə kifayətlənərdim. O, şahidi oldu-ğu Ağrı üsyanından danışar, günlərlə soyuq və kimsəsiz mağaralar-da silahına sarılaraq qorxudan və soyuqdan necə tir-tir titrəyərək ölümü gözlədiyini, eyni günləri yenidən yaşayırmışcasına izah edər-di.
– Oğul, qaçmağın sonu yoxdur, deyirdi.
Çəliyilə Böyük Ağrını, Kiçik Ağrını göstərərdi.
– Bu gördüyün dağlarda nə qədər igidlər can verdilər. Qaçanın qovanı çox olar, deyərdi.
Onun nə demək istədiyini anlayırdım. Mənim sonumun nə ola-cağını öz-özümə soruşmağımı gözləyirdi. O gözləntilərin içində qorxunun da böyük bir yerə sahib olduğunu bilirdim. Amma çox vaxt ona cavab verəcək gücü özümdə tapa bilmirdim. Danışdıqlarını anlamazlıqdan gəlməyi seçirdim. Çünki özüm də sonumun nə ola-cağını düşünmək istəmirdim. Onun yanından qaçaraq uzaqlaşıb yaylaqlara gedir, çobanlarla qoyunlar, quzular, keçilər, itlər haqqın-da söhbət edirdim. Südün çobanlar tərəfindən necə sağıldığına, ya-ğın, pendirin necə hazırlandığına baxırdım.
Çobanlarla atlara minib yarışardıq. Sonra onlardan öyrəndiyim “Dirədöymə” oyununu oynayardım. Çəkilmiş dairənin içində saga-sola kəmər yelləyən çobana məndən başqa heç biri asanca yaxınlaşa bilməzdi. Çünki mən kəmərin bədənimdə şaqqıldamağını haqq edil-miş bir cəza olaraq görər, bədənimdən içimə doğru yayılan ağrını önəmli hesab etməzdim. Çobanlar bu halıma çox çaşardılar.
– Bu oğlan ağrıdan zövq alır, deyərdilər.
Vəhşi və heybətli dağların ortasında təkliyim və qorxularım art-dıqca artırdı. Heç bir şey məni sakitləşdirmirdi. Onlarla gözəlliyin və dincliyin içində ürək ağrılarımın və peşmanlıqlarımın iztirabıyla yanırdım.
Ölkədə baş verən hadisələr, gün keçdikcə artan təzyiq hekayə-ləri, ən ucqar kəndlərə qədər yayılmış ideoloji savaşlar, ictimai dəli-lik halını almış qarşılıqlı qətllər, hər gün fərqli gündəm tutmağa çalı-şan boşboğaz siyasətçilər artıq məni heç maraqlandırmırdı. İçimdəki yanğını dolanıb dayandığım dərələrə, təpələrə daşımaqla məşğul-dum və hər gün yeni bir peşmanlıqla geriyə dönməyi, yatağımı