ТОП просматриваемых книг сайта:
Fərdi effektiv sürətli oxu. Реха Огуз Тюрккан
Читать онлайн.Название Fərdi effektiv sürətli oxu
Год выпуска 0
isbn
Автор произведения Реха Огуз Тюрккан
Издательство Hadaf Neshrleri
istənilən məsələdə dəstəyini bizdən əsirgəməyən, başda Əmrə Şahinər olmaqla, Sərdar Süvariərol, Alpar Cəng Aslan, Barış Nargiləçi və tövsiyə, eləcə də məsləhətləriylə bizə
çox köməyi toxunan Tunc Çəlik və Yaşar Atilla İlmana şük-ran borcluyuq.
Reha Oğuz Türkkan
Toğrul Türkkan
7
BİRİNCİ FƏSİL
BAŞLANĞIC SÜRƏT VƏ
ANLAMA TƏYİNATI
8
9
Effektiv Sürətli Oxuma Sistemini öyrənməyə başlamazdan öncə sürətinizi və qavrama səviyyənizi təyin etmək üçün iki dəfə yoxlama mütaliəsi edəcəyik. Beləcə, iyirmi günlük tədris kursunun sonunda yetişdiyiniz sürət və qavrama səviyyəniz ilə başlanğıcdakı vəziyyətinizi müqayisə
edə biləcəksiniz.
Bir deyil, iki mətn oxuyacağıq. Çünki insanın təkcə
bir oxu sürəti yoxdur. Oxucu önünə gələn hər mətni eyni sürətlə oxumur.
Oxuma sürəti oxunan mətnin xüsusiyyəti – yəni çətinlik/asanlıq dərəcəsiylə və oxucunun mövzuya duyduğu maraqla yaxından əlaqəlidir. Normal oxucu maraqlandığı, məsələn, futbol haqqında, bir yazını dəqiqədə 200 kəlmə
sürətlə oxuduğu halda fəlsəfi məqalədə sürəti 100 kəlməyə
(və təbii ki, qavrama səviyyəsi də) düşür. Bu səbəbdən dolayı biri asan, digəri qarmaşıq olmaqla iki fərqli mətn oxuyacaqsınız. Bu iki mətnin oxunmasının orta sürəti sizin Effektiv Sürətli Oxuma Sistemi tədrisinə başlamazdan öncəki sürət və qavrama nəticənizlə qarşılaşdırılacaq.
“Vərdiş” mətnini önünüzə qoyun. Mətni vaxtı ölç-məklə normalda oxuduğunuz sürətlə oxuyun. Məqsəd sadəcə başlanğıc səviyyənizi təyin etməkdir. Mütaliəni bitirdikdə nə qədər vaxtda oxuduğunuzu qeyd edin (məsələn 150 saniyə).
10
Vərdiş
Vərdiş psixologiyada çox az düşünmə tələb edən, ya da heç düşünməyə gərək qalmadan nizamlı olaraq təkrarlanan və doğuşdan olmayıb, öyrənilən bir davranış kimi səciyyələndirilir. Vərdiş qidalanmaq və yatmaqdan, düşünmək və reaksiya göstərməyə qədər hər fəaliyyətin parçasını təşkil edə bilir. Gücləndirmə, reaksiyaya səbəb olan xəbərdarlığın hər ortaya çıxmasında reaksiyanın və ya davranışın təkrarlanmasını təmin edir. Hər təkrarla davranış da-ha da avtomatikləşir. Beyin şüursuz olaraq hərəkəti yönlən-dirir. Şəxs düşünmədən komandanı yerinə yetirir. Düşünmədən qalstukunu bağlayır, ayaqqabısının iplərini ilikləyir və sair.
Paralel olaraq bəzi vərdişlər, xüsusən də coşğunun yer aldığı anlarda bircə təcrübə ilə də meydana gələ bilər.
Bu mövzu ilə bağlı köklü araşdırmalar aparan filosof və
psixoloq Uilyam Ceymsin “Psixologiyanın prinsipləri”
(1890, Principles of Psychology) adlı kitabında apardığı araşdırmadan görünür ki, vərdişlər yüksək zehni proseslərin daha əhəmiyyətli və təcili işlər üçün saxlanma vasitələri olaraq faydalıdırlar; amma az təkrarlanan davranışların kodlaşmasına da səbəb olurlar. Şəxs alışmış olduğu vəziyyətin əksi olan hərəkəti etməkdə çətinlik çəkir. İki barmaqla yazı maşınında yazmağı öyrənən bir insanın on barmaqla yazması bu maşından heç istifadə etməmiş birindən daha çətindir.
Arzuedilməz vərdişlərdən azad olmanın ümumilikdə
4 üsulu var:
11
1. Əvvəlki reaksiyanın yerinə yenisinin qoyulması –
məsələn, dözülməz şəkər yemə istəyinin qarşısını almaq üçün konfet əvəzinə meyvə yemək, ya da effektsiz, yavaş
oxuma vərdişinin yerinə sürətli oxunu qoymaq.
2. Bezginlik, yaxud xoş olmayan digər reaksiya yara-nana qədər o davranışı təkrarlamaq – məsələn, siqaret alu-dəçiliyinin yerini siqaretdən iyrənmənin alması məqsədiylə
ürəyi bulanana qədər həmin şəxsi siqaret çəkməyə vadar etmək.
3. Fərdi reaksiyanı doğuran xəbərdaredicidən tədric etmək məqsədilə mühit dəyişdirmək, ya da o davranışı doğuran simulyatoru yavaş-yavaş həyata keçirmək – məsələn, yetkin insandakı uşaqlıqdan qalma it qorxusunu ona bir küçük verərək yenmək;
4. Cəzalandırmaq; Bu sonuncu üsul bəlkə də ən az effektiv olanıdır.
Saatınıza baxın. Neçə saniyədə bitirdiyinizi qeyd edin.
Bu mətnin söz sayını göstərən 283-ü sərf etdiyiniz saniyə sayına bölüb, 60-a vurun. Məsələn, 90 saniyəyə bitirmisinizsə, aparacağınız əməliyyat:
(283/90)x60 =189.
Ümumiləşdirmə lazım olarsa (söz sayı / bitirmə müddəti)x 60 hesablamasının sonu mətnləri dəqiqədə neçə kəlmə sürətiylə oxuduğunuzu göstərir.
İndisə mətn haqqındakı aşağıdakı sualları cavablayın: 1. Psixoloqlar vərdişə necə tərif verirlər (bir cümlə ilə
yazın)?
...............................................................................
...............................................................................
12
2. Mətndə avtomatik vərdişlərə hansı misallar göstərilib?
...............................................................................
...............................................................................
3. Uilyam Ceyms vərdiş haqqında hansı önəmli nüan-sı vurğulayıb?
...............................................................................
...............................................................................
4. Arzuedilməz vərdişlərdən azad olmanın yollarını bəndlər şəklində yazın.
...............................................................................
...............................................................................
Cavablarınızın doğruluğunu yoxlayın.
1. Vərdiş psixologiyada çox az düşüncəyə yer qoyan, yaxud heç düşünməyə gərək qalmadan nizamlı olaraq təkrarlanan və anadangəlmə olmayıb, sonradan qazanılan davranış kimi təsvir edilir.
2. Qalstuk və ayaqqabını bağlamaq.
3. Vərdişlər yüksək zehni proseslərin daha əhəmiyyətli və təcili işlər üçün saxlanma vasitələri olaraq faydalıdırlar; amma az təkrarlanan davranışların kodlaşmasına