ТОП просматриваемых книг сайта:
Bozqurdlar. Piter Kouter
Читать онлайн.yuxarıdan aşağı baxıb sonra:
− Ey, çinli! bax ha, bizə verdiyin kımıza da zəhər qatmayasan, − dedi. Sonra ona əyri-əyri baxan çinliyə boşaltdığı çamçağı15 geri qaytararkən əlavə etməyi unutmadı: “İyirmi çamçaq içmişəm, deməli iyirmi dəfə ölməliydim, eləmi? Amma bu bir dəfə ölməyə bənzəməz!..”
Çinli uşaq çəkilib gedərkən Pars Yamtarı dürtmələyib yavaşca:
− Bax, bax! Yaxşı bax! Çuluq Kağanın oğulları gör bir Katuna necə sərt-sərt baxırlar, − dedi.
Yamtar başını otağa tərəf çevirdi.
− Qara Kağan usulluca hərəkət etdi. Çuluq Kağanın böyük oğlu Təkini Tulu Xan etdi. Onu şərqə
tunquzlarla tatarların üstunə xan göndərəcək.
− Beləliklə onu başından eləməkmi istəyir?
− Kim bilir.
− Bəs kiçik oğlu?
− O hələ kiçikdir. Kağan onun da könlünü aldı. Onu Kür Şad etdi.
− Onda bizim yüzbaşı nədən bu qədər kədərlidir?
− Yaxşı bilmirəm, amma dünən yenə bir qızı doğulub. Yüzbaşının indiyədək dörd uşağı olub, hamısı da qız. Bəlkə buna görə kədərlidir.
15 İçki qabı
18
Yamtarın bu sözlərindən sonra onbaşı Pars birdən-birə sustalıb qaldı.
***
Yeni kağanın otağının önündə toplanan bu minlərcə adam bol-bol kımız içib sərxoş olsalar belə
böyük bir səssizlik içində idilər. Hətta kağandan ən uzaqda dayananlar da yavaş səslə danışırdılar.
Yalnız nağara, boru, zəng səsləri Ötükəni başına götürmüşdü. Axşam düşənə qədər əyləncə davam edəcəkdi. Bu gün pəhləvanlar güləşəcək, bahadırlar döyüşəcək, nişançılar ox atacaq, atlılar ötüşəcəkdi.
Kağanın işarəsindən sonra nağaralar, borular susdu. Kağan, solundakı bəylərə dönərək, Tunqa Təginə dedi:
− Tunqa Təgin! Bu gün qılınc oyununu sən təşkil edəcəksən! Görək səndən qeyri bahadırlar varmı? Bu alpların içində sənə bərabər bir ər çıxarsa, onu yüksəldəcəm. Yox, hamısına qalib gəlsən, sənə öz əlimlə seçəcəyim ən yaxşı atlarımdan doqquzunu verəcəyəm.
Tunqa Təgin, yerə diz vurub:
− Buyruq kağanındır, − dedi.
Qara Kağan bu dəfə irəliyə baxdı. Gülümsədi. Hayqırdı.
− Ötükənin yenilməz igidi, Bozqurd ailəsinin qolubükülməz bahadırı, Göy Türklərin böyük bəyi Tunqa Təginlə yarışmaq istəyən varsa, ortaya çıxsın!
Bir an ortalıqdan səs çıxmadı. Tunqa Təginlə rəqabətə girmək istəmədikləri bəlli idi. Sonra dörd yerdən dörd kişi çıxaraq kağana doğru irəlilədilər. Diz vurub özlərini təqdim etdilər:
− Mən, Çuluq Kağanın savaşda yoldaşı, bilikdə dostu Apa Tarkanam!
− Mən qılıncı şimşəkdən kəskin, savaşda yağıya qənim, ağacsökən Kül Çuran!
− Mən qırx dəfə Çinə hücum etmiş, üç qardaşı savaşda, ataları döyüşdə, dədələri vuruşmada ölmüş, minbaşı Makaraç Alpam!
− Mən, yüzbaşı İşbara Alpam!
İçinq Katun İşbara Alpın özünü belə təqdim etdiyini gördükdə Qara Kağana doğru əyildi: “Bu Alp nə üçün özünü öyüb daha ətraflı tanıtmır ” − deyə soruşdu. Kağan İşbara Alpa sarı döndü:
− Böyük Katun, sənin də digər ərlər kimi özünü daha əhatəli təqdim etməyini istəyir, − dedi.
İşbara Alp yerə diz vurub qalxdı. Sonra Katuna sarı dönüb özünü belə tanıtdı:
− Mən atdığı ox sərrast dəyən, atdan yerə düşməyən, Çinə hücum etdikdə on min mal daşıyan , Çuluq Kağan ölənə qədər çinliyə qan uddurub yaşayan yüzbaşı İşbara Alpam!
Bu sözlər ildırım kimi səsləndi. Kür Şad və Tulu xan, Katuna baxdılar. Katun qızarmış dodaqlarını çeynəyir özünə gəlməyə çalışırdı. Qara Kağanın üzündə heç bir dəyişiklik yox idi. Tunqa Təginə tərəf döndü:
− Bu ərlərin hansı ilə boy ölçmək istəyirsən?– deyə soruşdu.
Tunqa Təgin baxışlarını död ərin üstünə gəzdirdi. ətrafdakılar nəfəs çəkmədən dayanmışdılar.
Ağır-ağır belə söylədi:
− Tunqa Təgin! İşbara Alpla vuruşacaqsan!..
Eyni zamanda onbaşı Pars, Yamtarın çiyninə əl atıb:
− Qorxuram, bizim yüzbaşıya bir şey olsun? − dedi.
Tunqa Təgin irəliləyib İşbara Alpın qarşısında durdu. Əynində yeni, gözəl bir qoruyucu döşlük vardı. Dəbilqəsində gümüş bir ay parlayırdı. Boyu İşbara Alpdan uzun, gövdəsi daha iri idi. Qıyıq, yaşıl gözləri sərt baxırdı. Kağan: “Hazırsınızmı?” − deyə soruşdu. Sonra üç dəfə əl çaldı. Bir-birindən on addım uzaqda dayanan iki igid qılınc çəkərək bir- birlərinə hücum etdilər. Bütün gözlər onlara zillənmişdi. Arxada qalanlar atlara minib ordan baxırdılar. İki bahadır böyük bir ustalıqla qılınc oynadırdı. Endirilən qılıncları ya öz qılıncı ilə geri qaytarır, ya da qalxanla dəf edirdilər.
Ortalıqda qılınc şaqqıltısından başqa heç bir şey eşidilmirdi. Katun həyəcanlanmışdı. İşbara Alpın məğlub olmasını, hətta ölməsini istəyirdi. Tulu Xanla Kür Şad yaxın qohumları Tunqa Təginin qalib gəlməsini istəməklə bərabər İşbara Alpın məğlubiyyətinə də razı ola bilmirdilər. Çünki o da uzaq qohumları idi. İşbara Alpın tabeçiliyindəki onbaşılar göz qırpmadan bu çarpışmaya baxır, kağan isə
donuqluğunu hələ də saxlamışdı. Savaş güclənir, sərtləşir, çevik addımlarla sıçrayan iki bahadır kağanın önündəki sahədə irəli-geri gedərək döyüşürdülər.
19
Bir ara ikisi də bir-birinin sağına dönərək sol əlləri ilə tutduqları qalxanlarla qorxunc, amma son dərəcə gözəl və maraqlı bir qılınc oyununa başladılar ki, ikisi də bir addım irəliləyib geri çəkilmədən çarpışmalarını beləcə xeyli davam etdirdilər. Onlar bu güclü zərbələri bir-birinin dəbilqələrinə doğru endirirdi. Zərbələr eyni vaxtda, eyni surətlə endirildiyindən qılınclar sanki havada donmuş kimi görünürdü. Kür Şad göz qırpmadan bu oyuna baxırdı. Doğrusu, bu döyüşdən doymaq olmazdı. Qara Kağan döyüşəcək iki igidi yaxşı seçmişdi. Birdən ikisi də irəli bir addım ataraq bir- birlərinə
yaxınlaşdılar. Qılıncları bir-birinə taxılı qalmışdı. Göz-gözə gəldilər. Tunqa Təgin:
− İşbara Alp! Səninlə döyüşdüyüm üçün öyünürəm, − dedi.
Yüzbaşı:
−