ТОП просматриваемых книг сайта:
Bozqurdlar. Piter Kouter
Читать онлайн.Dan sökülürdü. Düzənlik ağarmağa başlayarkən könüllərdəki qaranlığı da aparan kimi oldu.
Bağatur Şad bütün gecəni yatmamışdı və buna görə də onun çinli mehtərləri də oyaq qalmaq məcburiyyətində idilər. Bu mehtərlərdən ikisi kənara çəkilib çincə nə barədəsə danışırdılar. Birisi
“Çuluq Kağanın zəhərlənməsi yaxşı oldu, yoxsa Çini alt-üst edəcəkdi” – deyir, digəri:
− Bu İçinq Katunun heykəlini düzəldib məbədlərə qoymaq lazımdır, − deyə cavab verirdi.
Sonra yenə kağanın kim olacağı barədə mübahisə etməyə başladılar.
− Çuluq Kağanın iki oğlu var. Yaşar Şad, Şu Təgin. Şu Təgin hələ on səkkiz yaşındadır, uşaq sayılır. Yaşar Şad isə iyirmi iki yaşındadır, bənizi sapsarı donuq bir adamdır. Təbii ki, böyük oğul olduğu üçün o, kağan olacaq. O, kağan olan kimi də Çinə gün doğacaq. Bu da səbəbsiz deyil. Çünki onun savaşacaq halı yoxdur.
Çinli mehtərlər belə lüzumsuz söhbətləri edərkən bir az aralıda onları dinləyən bir nəfərin olduğunu sezməmişdilər. Onların söhbətini dinləmək üçün oraya xəlvəti uzanmış əsgərin kim olduğunu alaqaranlıqda aydınlaşdırmaq çətindir. Çinliləri dinləyərkən qalxıb qılıncına əl atdı. Sonra fikrindən vaz keçdi və yavaşca oradan uzaqlaşdı. Çinlilər hələ də danışırdılar.
Bu zaman uzaqdan iki atlı yavaşca yaxınlaşırdı. İki yüz addım aralıda dayandılar. Biri o birisinə
əli ilə çinliləri göstərdi. Qaranlıqda iki yuz addım uzaqdan bu iki çinli ancaq qara bir çevrə kimi gorünürdü. İkinci atlı sadağından iki ox çıxartdı. Görünməmiş bir cəldliklə ikisini də ataraq hər iki çinlini vurdu. Sonra iki atlı durduqlari yerdən uzaqlaşdılar. Bu işlər o qədər tez baş verdi, kimsə xəbər tutmadı.
Ölmüş çinliləri ətraf işıqlandıqdan sonra tapdılar. Bağatur Şad, atlılarından ikisinin öldürüldüyünü görüncə qaşlarını çatdı. Artıq toplanış şeypuru çalınmış, Bağatur Şadın bayrağı qalxmış, Şad ata minmişdi. Göndərdiyi carçılar çinli mehtərləri öldürəni görən olub-olmadığını 11 Sayrı – xəstə
12 Əyri – doğru olmayan, yalan
13 Əm − əlac, dərman
16
soruşurdular. Bir neçə dəqiqədən sonra iyirmi min əsgər Bağatur Şadın iki mehtərinin öldürüldüyünü öyrənmişdilər. Carçılar bağırıb, çığırıb bir şey öyrənməyib geri qayıdınca İşbara Alp atını dördnala çaparaq Bağatur Şadın önünə gəldi. Atından düşüb diz vuraraq onu salamladı. Bağatur Şad soruşdu:
− Yüzbaşı İşbara Alp! Mehtərlərimi kimin öldürdüyünü bilirsənmi?
− Bilirəm, Şad.
− De görüm kimdir?
− Mən!
Bağatur Şadın sifəti dəyişdi:
− Nə səbəbə belə etdin?
İşbara Alp ağır, kobud və soyuq danışırdı:
− Onlar Çuluq Kağanın ölümünə sevinirdilər.
Bağatur Şad başını aşağı əydi, bir az düşündü. Sonra İşbara Alpdan soruşdu:
− Sevindiklərini hardan bildin? Sən Çin dilini bilirsən ki?
− Çin dilini bilmirəm. Amma mehtər Çalıq yaxşı bilir. Çində üç il əsir olanda öyrənib. Çinli mehtələrin də danışdığını o mənə dedi.
Bağatur Şad:
− İşbara Alp! Bu işin sonunun nə olacağını bilirsənmi?
− Çuluq Kağana küfr edənləri yox etdiyim üçün minbaşı olmaq, sənin adamlarını öldürdüyüm üçün isə zopa yeməkdir.
Bağatur Şad yenə dilləndi:
− İşbara Alp! Yanılırsan. De görüm, çinli mehtərləri mənə demədən öldürmək üçün sənə göstəriş
verən olubmu?
İşbara Alp bu suala cavab verməmiş, yavaş-yavaş aralığa soxulub danışıqlara qulaq asan bir gənc sözə qarışdı:
− Çox güman ki, olub, Bağatur Şad!
Bağatur Şad, İşbara Alp, bəylər və əsgərlər səs gələn səmtə üz çevirdilər. Bu sözləri söyləyən Çuluq Kağanın kiçik oğlu Şu Təgin idi. Orada həmin an bir canlanma baş verdi. Bəylər və əsgərlər yerə diz vuraraq Təgini salamladılar. Bağatur Şad atdan enərək Təginə tərəf getdi. O da bir sıçrayışa atından enərək Şada doğru irəlilədi. Bağatur Şad gülümsəyərək:
− Xoş gəldin, yigənim,14 − dedi.
Hamı İşbara Alpa çinliləri öldürmək əmri verənin Şu Təgin olduğunu sanmışdı. Çuluq Kağanın ordusundan Bağatur Şadın yanına gələn Şu Təgin əvvəlcə ətrafına boylandı. İşbara Alpı süzdü, bəylərə baxdı. Bir ara gözləri Bağatur Şadın çinli mehtərlərinə dəydi. Baxışları sərt idi. Hələ on səkkiz yaşı təzəcə tamam olmuşdu. Sonra Bağatur Şada yönəldi:
− Şad, mübarək olsun. Qurultay səni seçdi. Kağan oldun, − dedi.
Bu soz ildırım kimi adamların arasında dolaşdı. Sevindilərmi, kədərləndilərmi, şaşırdılarmı − bəlli deyildi. Bağatur Şadın üzü birdən ciddiləşdi. Yanındakılardan bir neçəsi qeyri-müəyyən, müəmmalı halda gülümsədilər. Şu Təginlə İşbara Alp bir-birilərinin könüllərini gözlərindən oxuyurmuş kimi gülümsədilər, göz-gözə gəlib baxışdılar. Sonra Şu Təginin bir əmri ətrafdakıları yerindən tərpətdi:
− Təbillər çalınsın! Bağatur kağan oldu!
Bu sözlər ağızdan-ağıza keçərək bütün orduya yayıldı. Qısa bir müddətdə iyirmi min atlı Bağatur Şadın kağan seçildiyini öyrənmişdi.
14 Yigən − qohum, qardaşoğlu, bacıoğlu.
17
QARA KAĞAN
On gün sonra Ötükəndə Bağatur Şadın kağan seçilməsi bayram edilirdi. Bağatur Şad artıq Qara Kağan adını almışdı. Onun böyuk otağı bəzədilmiş süslü bir taxt qurulmuşdu. Bir ucdan təbillər çalınır, borular ötur, kımız paylanırdı. Qara Kağanın bu səliqə-səhmansız otağı, içində yüzlərcə
adamın yerləşə biləcəyi qədər böyük idi. Kağan taxtın mötəbər sayılan sol tərəfində oturmuşdu, sağında da bir Katun. Taxtdan bir az aşağıda solda-sağda şadlar, təginlər, buyruqlar, tarkanlar dayanmışdı. Bir az uzaqda isə alplar, minbaşılar, onbaşılar, yüzbaşılar sıralanır, uşaqlar durmadan kımız paylayırdılar. Çuluq Kağanın böyuk oğlu Yaşar Şada Qara Kağan tərəfindən Tulu xan Şu Təginə isə Kür Şad adı verilmişdi. Bununla bərabər Tulu xanın solğun üzündə sonsuz bir qəlb sıxıntısının izləri vardı. Çunki əmisi Qara Kağanın yanında oturan Katun, atası Çuluq Kağanı zəhərləyən ögey anası İçinq Katun idi. Qara kağan qardaşını zəhərləyən bu qadını sorğu-suala çəkmək əvəzinə, hamını çaş-baş salan bir