Скачать книгу

türk adətincə yerə diz vuraraq salamlamaq istədilər. Ancaq o qədər yorulmuşdular və elə aciz idilər ki, yerə diz vuran kimi gülünc hərəkətlər etdilər. Əsl kötək yeyən- döyülən çinli, yəni keçmiş zabit Kür Şada şikayət etdi. Kür Şad onun sözünü kəsdi:

      − Siz ər kimi döyüşməyi bacarmırsınız. Ər kimi döyüş təkbətək olur. Lap deyəlim ki dördünüz bir adama əvəz olduğunuz üçün hamınınz birdən üstünə gəldiniz. Bəs qılıncsıza nədən qılınc 21

      çəkirsiniz? O ərə ki sizinlə savaşanda istifadə etməsin deyə qılıncını çıxarıb bir tərəfə atmışdı. Onun çıxardığı qılıncı onun özünə qarşı çalmaq, xainlik etmək kişilikdəndirmi?!

      Sonra Çalığa dönərək soruşdu:

      − Sən kimsən?

      Çalıq cavab verdi:

      − Mənə Çalıq deyirlər. Yüzbaşı İşbara Alpın mehtəriyəm.

      Kür Şad İşbara Alp adını eşidincə geri döndü. Seyrini yarıda qoyduğu döyüşü yenidən izləməyə getdi. Çinlilər də həmin an uzaqlaşdılar. Çünki Çalıq qılıncını taxmış, döyüşə hazır vəziyyət almışdı. Amma Çalıq artıq onlara baxmır, Kür Şadın ardınca gedərək döyüşü seyr etmək üçün yer axtarırdı. Kür Şad əvvəlki yerinə gəlincə olanları Tulu xana qısaca danışdı. Sonra Qara Kağanın önündə yerə diz vuraraq belə dedi:

      − Kağan! Bu iki ər bir-birinə bərabərdir. Buyruq ver ayrılsınlar. Yoxsa o biri oyunları keçirə

      bilməyəcəyik.

      Kağan gözlərini döyüşçülərə dikərək cavab verdi:

      − Doğru söyləyirsən, Kür Şad, onları ayır!

      Kür Şad qılıncını siyirərək onların arasına girdi. Qılıncı ilə qılıncları ayıraraq:

      − Kağanın buyruğu var, vuruş bitmişdir! Bir-birinizə tay igidlərsiniz! − dedi.

      İki ər Kağanı salamladı. Kağan İşbara Alpa baxdı:

      − İşbara Alp! Göy Türklərin yenilməz bahadırı Tunqa Təginlə bərabərsən! Səni minbaşı qoyuram! − dedi.

      Ətrafda səs çıxmırdı. Bu sözdən sonra İşbara Alpın onbaşıları gülümsədilər. Kür Şad da sevinirdi. Çünki İşbara Alpın uzaq qohumu idi.

      İndi güləş yarışları başlayırdı. Gur səsli carçı bağırdı:

      − Güləşə seçilmiş ərlər kimlərdirsə, gəlsinlər!

      Səkkiz yerdən səkkiz ər çıxaraq çadıra doğru irəlilədilər. Kağanı salamlayıb, özlərini tanıtdılar:

      − Mən, Ötükənin dəvəsi, qatı dəmir biləkli, qara aslan ürəkli, kürəyi yerə dəyməyən, kimsəyə

      baş əyməyən İnal Tarkanam!

      − Mən, barış olsa hünərli, yoxsul görsə əliaçıq, vursa buğa öldürən, göyə ocaq sovuran Tinəsi Oğluyam!

      − Mən, daşı sıxsa duz edən, az, ancaq yaxşı iş görən, güclü ərlər başçısı, Qara Kağan əsgəri, uca Karluq bəyiyəm! Mənə Ay Dogmuş deyərlər!

      − Mən, Qırğızların aslanı, Göymək Eli qaplanı, tufan olsa at sürən, yer tərpənsə, dik duran, qılınc vursa, daş yaran Alp Bamsıyam!

      − Mən, Doqquz Oğuz güclüsü, yetmiş yağı intiqamçısı, yeddi qızın diləyi, Sələnçinin elçisi, qara yellə yarışan, boz ayı ilə vuruşan, doqquz alpla güləşən Bilgə Tulunam!

      − Mən, Basmıl Eli qartalı, uca əsrlər yamanı, çırtma vursa, qan tökən, hayqırdıqca dağ sökən, qayaların qayası, yenilməz güc sahibi Şalçı Bəyəm!

      − Mən, İşbara Alp yoldaşı, on dörd ərin qardaşı, qalın qayaya yaslanan, coşqun suda islanan, iyirmi ər daşıyan onbaşı Yamtaram!

      − Mən, süngülənsə, ağrıtmaz, kımız içsə, əsriməz, boru çalsa, nəfəsli, köksü qılınc dəlikli, iyirmi yağı əskildən, dörd çinlini yatırdan Gümüş oğlu Çalığam!

      İçinq Katun, Çalığın sözlərini duysaydı, yenə hirslənəcəkdi. Amma o bunu eşitmədi. Bilgə

      Tuduna baxırdı. Yeddi qızın diləyi olan Doqquz Oğuz bəyi, İçinq Katunun indiyədək gördüyü ərlərin ən yaraşıqlısı idi.

      Bu arada arxada bir qaynayıb-qarışma oldu. Qara Kağanın bəylərindən biri önə keçərək kağanın qarşısına gəldi. Əyilərək nə isə söylədi. Kağan, Katuna dönərək onunla bir az pıçıldaşdı. İçinq Katunun üzü gülürdü. Kağandan buyruq alan bəy tez geri dönərək adamları aralayıb gəldiyi yerə

      getdi. Bir az sonra arxasında bir neçə çinli eyni yoldan geri döndü. Bunlardan biri o birilərin önündə gedir və görkəmindən bir çinli bəy olduğu anlaşılırdı. Çinli bəy kağanın qarşısına gəlincə diz çöküb əvvəlcə onu, sonra da Katunu salamladı. Katun yerindən qalxaraq əlindən tutub onu qaldırdı.

      Yanında oturtdu. Qara Kağan isə heç qımıldanmadı. Üzündə bir cizgi belə dəyişmədi. Bir az sonra 22

      carçılar Qara Kağanın əziz qonağı, İçinq Katunun qardaşı Şen-kinq gəldiyi üçün güləş yarışının sabaha qaldığını bildirdilər.

      * * *

      Gecə vaxtı bir-birindən ayrılmaz iki can yoldaşı: onbaşı Parsla onbaşı Yamtar oturub dərdləşirdilər. söz o günkü güləş yarışları üstünə gəlincə Yamtar dözmədi.

      − Çinli gəldi deyə güləş sabaha saxlandı. Çinli bəydəmi güləşəcək? Dincəlib quvvə toplaması üçünmü belə edildi? O, güləşəcəksə, onunla özüm qarşılaşmaq istəyirəm.

      Pars cavab verdi:

      − Çin bəyləri güləşməz. Katun, qardaşı ilə danışıb kağana tərcümə etsin deyə güləşlər dayandırıldı. Çünki Çin bəyi Şen-kinq Çindən qaçıb gəlmişdi. Kağan Çindəki vəziyyəti öyrənmək istəyir. Amma Tanrı səbəb sala, onlar kağanı pis yola sürükləməyələr!

      − Çinli bəyin yanında üç kişi də vardı. Onlar mehtərlərdi.

      − Onlar da Çin zabitləridir. Çinlilər zatən ilana bənzər. Bu çinli bəyin üzü heç xoşuma gəlmədi.

      − Elə isə hərifin üzünə doyunca bax. İştahan azalar, az yeyərsən. Qoyunumuz, davarımız azalarkən ən munasib çıxış yolu az yeməkdir. Mənim iyirmi dənə qoyunum qaldı. Atlarımın ikisini qurd parçaladı. Bir inəyim vardı, uçuruma yuvarlandı. Yaxında Çinə hücum etməsək, halımız fəna olacaq.

      ÖTÜKƏNİN MAHİR OXATANI

      Ertəsi gün günortadan sonra ox atma yarışları keçirildi. Günortadan öncə güləşlər bitmişdi.

      İnal Tarkan və Doqquz Oğuz bəyi Bilgə Tudun digər güləşçilərin hamısını yenəndən sonra bir-birləri ilə tutaşmış, qalib gələ bilməyərək, bərabərə qalmışdılar. Onbaşı Yamtar isə ilk güləşdə Bilgə

      Tuduna məğlub olmuşdu. Bilgə Tudun cox güclü bir pəhləvan idi, amma onbaşı Yamtarın ona tezliklə məğlub olması onbaşı Parsın qanını qaraltmışdı. Guləşdən

Скачать книгу