Скачать книгу

      “Türkün min illik dərin Ana Yasasının sirrinə hər kəs şahid olacaq”

      Türk Xaqanı Qərbin üstünə qaranlıq kimi çökəcək…

      İddia edirik ki, bu kitabı oxuyanlar, “Əgər Türkiyə hakimiyyətinin başına belə bir lider keçərsə?” düşüncəsinə qapılacaqlar.

      Türkiyə və Asiyanın əvvəlki işıqlı günlərinə qayıt-masını hədəf seçən xarizmatik bir lider. qorxmaz, sui-istifa-dəyə, rüşvətə, Qərbli çıxar qruplarına bulaşmamış biri…

      Əvvəlcə, neçə illərdir ki, kəşf edilməyi gözləyən nefti çıxarmağa başlayır. Türkiyə qısa müddətdə dünyanın ən bö-yük neft istehsalçısı olur. Bunun ardınca bölücülər tərəfin-dən Türkiyədən qopardılan Cənub-Şərqi yenidən qazanır.

      İllərdir Türkiyənin iliyini soran mənafe qruplarının, oğruların və xainlərin bütün etdiklərinin hesabını tək-tək soruşur.

      Amerika və İsrail tərəfindən parçalanmış ərəb ölkə-lərini öz arxasınca aparır. Sonrakı mərhələdə, Rusiya ilə bir masaya oturur. Çin və digər Asiya nəhənglərini yanına alır. Asiya Birliyinin təməllərini atır. Dünya qısa müddətdə öz oxunu dəyişdirir. Güc Qərbdən Şərqə, Asiyaya keçir. Qərb ölkələrində qarışıqlıq və xaos başlayır.

      Bütün bunlar Türk dövlətinin başına milliyyətçi, azadlıq carçısı və yaxşı yetişmiş bir dövlət adamının keç-məsiylə başlayır...

      Görünüşündən, ömrünün 80-cı ilinin ikinci yarısını keçirdiyi təsiri bağışlayan qoca Sapanca gölünün sahilində qarmağını taqətsiz əliylə suya uzatmış, qatlanan stulunda mürgüləyərkən, birdən, başının üstündə duran nəvəsinin səsiylə diksindi:

      – Baba! Bəs mən də gələcəkdim?

      – Sən haradan çıxdın, aslan nəvəm?

      – Eybi yox, nə olar ki! Həmişə məni qoyub gedirsən, hər dəfə…

      – Sən məktəbdəydin. Bu vaxta qədər səni gözləyəy-dim? Balıqlar qaçardı axı.

      – Guya, çox balıq tutubsan?

      – Əlbəttə, tuturam. Bir dənəsini tutmuşdum. Sən gəl-məzdən əvvəl, vedrədən tullanıb qaçdı.

      – Yaxşı, elə olsun.

      Nəvəsiylə söz güləşdirmək, o vaxtların qüdrətli döv-lət adamının kefini açırdı.

      – Baba, siz Mehmet Demirlə ölkəmizi xilas edəndə “Qırmızı Kitab”ı tapdınız?

      – Nə, “Qırmızı Kitab”ı?

      – Deyirlər ki, siz Türk dövlətlərinin gizli şifrlərinin yazıldığı “Qırmızı Kitab”ı tapıb, ondan sonra Türkiyəni xi-las etmisiniz…

      Nəvəsinin bu sözləri yaşlı adamı hədsiz güldürdü. Ara verməyən gülüşlər öskürəyə çevriləndə, yaxınlıqda gözləyən asayiş polislərindən biri qaçaraq gəldi. Dərhal ma-şından su gətirərək əski dövlət adamına təqdim etdi. Qoca, titrəyən əlləri ilə bir neçə qurtum su içdikdən sonra, dərin-dərin nəfəs alaraq özünə gəlməyə çalışdı.

      – Yaxşı, gözəl nəvəm. Madam ki, Qırmızı Kitabdan bəhs edirsən, sənə Mehmet Demir və dostlarının bu ölkəni necə xilas etdiklərini danışacağam. Amma, əvvəlcə evə qaç, dəftərini və həmişə üzümüzə tutduğun o kameranı gətir.

      Babasının danışmağa qərar verdiyini hiss edən uşaq, bir anda ox kimi həvəslə evə yollanmışdı.

      “Ey fani günlər, ey!” – deyə köks ötürərək, gölün parlaq sularına dalıb gedən yaşlı adam:

      – Eh Mehmet. Xaqanım, can yoldaşım. Ölkəni necə qurtardığını danışmaq artıq boynumuzun borcu oldu. Barı danışım ki, gələcək nəsillərə “Qırmızı Kitab” olsun, – deyə içindən səsləndi.

      Ahmet Bedinin gözlərindən süzülən iki damla göz-yaşı, bir müddət əvvəl itirdiyi böyük dövlət adamına hiss etdiyi həsrəti, üzünə nəqş edirdi.

      Artıq nəvəsi yenidən başının üstündə peyda olmuş, kameranı ayaqları üstündə quraraq, babasının yanında oturmuşdu.

      Beləcə, bir millətin küllərindən necə təkrar doğaraq, dünya dövlətləri sırasına qoşulduğu müdhiş hekayəni da-nışmağa və böyük vasvasılıqla nəvəsinə qeydə aldırmağa başlamışdı.

      ***

      – Alçaq adam, rəzil kələkbaz!..

      Bir dəstə çap kağızını divanın üstünə ataraq, qeyri-ixtiyari belə qışqırmışdı. Əli arxasında otaqda sürətli ad-dımlarla oyana-buyana gedir, orada olan üzləri sərt, müm-kün olduqca ciddi görünməyə çalışan iki adamın önünə gəl-dikcə, kəskin baxışlarla onlara baxırdı.

      – Budurmu Təşəbbüskar İnkişaf Partiyasının sədri? Yəni, gələn il keçiriləcək seçkilərdə iqtidara gəlməsi gözlə-nilən partiyanın başında, bu adam durur? Dostlar, bu nə qə-dər alçaq adamdır belə?

      Elə soruşmuşdu ki, adamların ikisi də eyni anda ud-qundu. Az qaldı ki, sualın şiddətindən onlar özlərində gü-nahkarlıq hiss etsinlər.

      – Çox heyf ki, elədir, əfəndim. Ölkə gerçəkləri… – adamlardan biri dedi.

      Bu cavabı eşidəndə, hələ otağın o biri tərəfinə get-məkdə olan əsəbi adam birdən dayandı.

      – Əşiii, bu şərəfsizin necə yüz milyonlarla dollar mal-dövləti ola bilər? Universitet oxumaq üçün ailəsinin bir-cə inəyini satmağa məcbur olan tələbə bu deyil? Oğurladıq-ları bir yana qalsın, əclaf, məclisdəki rus katibəsinə ayrı-ayrı yerlərdə ev tutub. Hələ bunlar azmış kimi, hamının tanıdığı bu Fikrinin də xətirli müştəriləri arasında yer alır. Hər həftə Antalyada poker oyununda bir yerdə olduğu adamlar, Ru-siyanın və Türkiyənin ən azğın mafiya başçılarıdır. Budur-mu İYH-nin yerinə, iqtidara gələcək partiyanın başındakı adam? İnanılası deyil. Zərrə qədər inanılası deyil.

      Bunları deyərkən otaqda gəzişməkdən əl çəkib, hirsli və əldən düşmüş halda yumşaq divanın üstündə oturdu. Bir-iki saniyə başını aşağı salaraq gözlədikdən sonra, gül-məyə başladı. Onun bu halı qarşısında oturan iki adamın üzündəki qaşqabağı da bir anda dağıtmışdı.

      Xarizmasının şiddəti, ətrafındakı insanları bir anda gərgin bir atmosferə salırdı. Ciddi olduğu zaman, qaşqa-baqlı görünürdü. Ancaq güləndə, ətrafına müsbət ab-hava yayırdı.

      Mehmet Demir 49 yaşında ölkədə tanınmış qəzet ya-zarı idi. Fərqli üslubu ilə, hələ 30 yaşlarından etibarən diq-qəti özünə çəkmiş, çox sayda jurnal və qəzetdə yazarlıq və idarəçilik etmişdi. Digər həmkarlarından fərqli olduğunu hər yazısında hiss etdirirdi.

      Həmkarları arasında “Dərin Dövlətin mətbuat spi-keri” olaraq xatırlanırdı. Hər kitabında, hər yazısında Tür-kiyənin yenidən lider bir dövlət olacağını vurğulayır, bunun üçün görüləcək işləri, sanki partiya proqramı təqdim edir-miş kimi sıralayırdı.

      Hər kəs neçə ildir ki, onun siyasətə addım atmasını gözləyirdi. O isə tələsmir, partiyalardan gələn təklifləri, "hə-lə vaxtı deyil" – deyərək, nəzakətlə istəmədiyini bildirərdi. Ancaq neçə illərdir ki, ölkənin ağzına düşdüyü məngənədən necə qurtulacağı haqqında dayanmadan düşünür, araşdırır, proyektlər hazırlayırdı. Bir yandan da, strateji mövqelərdə olan bir neçə adamla “özək bir heyət” yaratmışdı. Onlar il-mək kimi, ölkənin yenidən şahə qalxması üçün tətbiq olu-nacaq planları hörürdülər.

      Üzündə yaranan təbəssümlə:

      – Adam damazlıq öküz kimidir. Zarafat bir yana, o rus xatun inanılmaz dərəcədə gözəl deyilmi? Adam belə bir xatuna nələr verməz ki? – dedi.

      Ahmet Zahit otağa yayılan müsbət ab-havanı güc-ləndirmək üçün, "iki ev və bol sıfırlı bank hesabları əfən-dim", – deyə güldü. Bu sözdən sonra, birdən otaqdakı

Скачать книгу