Скачать книгу

ən yaxşı xakerlərdən biri sayılırdı. Peynter Ralf Laurendən kostyum geyinmiş bu arıq insanın dosyesi ilə tanış olub ona hörmət bəsləməyə başladı. Çjan son üç ildə Amerika ərazisində kompüter casusluğu üzrə bir neçə əməliyyatını uğurla həyata keçirmişdi. Onun son qəniməti Los-Alamos laboratoriyasından oğurlanmış plazmalı silahın istehsalı texnologiyası idi.

      Nəhayət, Peynterin ovlamaq istədiyi ov quşu stolun arxasından qalxdı.

      Doktor Çjan, siz oyunu bitirmək istəyirsinizmi? – stolun başında gəminin burnundakı kapitan kimi dayanmış kart paylayan oyunçu nəzakətlə soruşdu.

      Səhər saat yeddidə çinli kompüterçi onun mühafizəçisi istisna olmaqla zalda qalan yeganə oyunçu idi. Adam azlığı Peynteri öz ovunu uzaqdan izləməyə vadar edirdi. Heç bir halda şübhə yaratmaq olmazdı. Xüsusilə belə bir vaxtda.

      Çjan bir topa qara jetonu darıxan kassirin qabağına qoydu. Kassir pulu sayana qədər, Peynter öz hədəfini tədqiq etdi.

      Çzin Çjan öz zahiri görkəmi ilə qərbdə təşəkkül tapmış çinli stereotipinə büsbütün uyğun gəlirdi. O, gözəgörünməz idi. Onun soyuqqanlı simasında əlində yaxşı və pis kartların olduğunu bildirən nə bir hiss, nə də bir emosiya əks olunmuşdı. Çjan sadəcə olaraq öz oyununu oynayırdı, vəssalam.

      Ona baxanda heç kim şübhələnməzdi ki, o, on beş ölkənin ədliyyə orqanlarının ələ keçirməyə çalışdığı mahir cinayətkardır. Çjan qərb biznesmeləri kimi geyinmişdi – güclə görünən zolaqla hazırlanmış kostyum, ipək qalstuk, platin korpuslu “Roleks” saatı. Bununla belə, onun üzündə sərt bir estetika duyulurdu. Onun parıldayan qara saçları qulaqlarının kənarından və boynunun ardından elə vurulmuşdu, təpəsində sərt fırça şəkilli saç düzümü əmələ gəlmişdi. Metal haşiyəli, dəyirmi və azacıq tündləşmiş şüşələri olan eynək onun üzünə dalğın bir ifadə verirdi.

      Kassir nəhayət fişka yığınının üstündən əlini yelləyərək öz boş ovcunu və barmaqlarını tavanın altında güzgülü gümbəzlərin içində gizlənmiş videomüşahidə kameralarına nümayiş elədi.

      Düz əlli min dollar, – o, yekun məbləği söylədi.

      Kart paylayan oyunçu başını yellədi. Kassir əlli min dollarlıq əskinası hesablayıb ayırdı.

      –Qoy uğur sizinlə olsun, cənab, – kartpaylayan oyunçu Çjana arzuladı.

      Çjan hətta başını belə tərpətmədən, iki mühafizəçinin müşayiəti ilə uzaqlaşıb getdi. O, bütün gecəni oyun stolunun arxasında keçirmişdi. Pəncərələrdən sübhün şəfəqləri saçılırdı.

      Üç saatdan sonra kibernetik cinayətlər forumu öz işinə davam edəcəkdi. Orada kompüter informasiyalarının oğurluğu, daxili strukturların müdafiəsi və təhlükəsizliyə aid olan bir çox digər mövzularda son dünya tendensiyaları müzakirə olunur. İki saatdan sonra “Hyulett – Pakard” kompaniyasının təşkil etdiyi səhər yeməyi simpoziumu başlayacaqdı. Həmin vaxt Çjan onda olan məlumatları orada ötürəcəkdi. Onunla əlaqə yaradacaq adamın kimliyi indiyə qədər naməlum olaraq qalırdı. Foksvudsda keçirilən əməliyyatın əsas məqsədlərindən biri məhz həmin adamı müəyyən etməkdi. Yeni nəslin silahları haqqında tam məxfi məlumatların ötürülməsinin qarşısını almaq azdır, həmçinin hərbi sirr və texnologiyaların ticarəti ilə məşğul olan kölgə şəbəkəsinin Amerika təmsilçisinə də çıxışı təmin etmək lazımdır. Əməliyyat heç bir halda uğursuzluqla bitməməlidir.

      Peynter üç nəfərdən ibarət qrupu izləyirdi. DARPA rəhbərliyi onun xarici nəzarətlərdə olan təcrübəsini, kompüter texnologiyalarında olan biliyini və hər şeydən öncə Foksvudsda itə bilmək bacarığını nəzərə alaraq bu tapşırığı yerinə yetirmək üçün şəxsən onu seçmişdi.

      Peynter yarımcins olaraq peko tayfasının hindlisinə xarakterik olan atasının zahiri görünüşünü irsən almışdı. Yalnız solyaridə bir qədər qaralmaq və anasından qalmış mavi gözlərini gizlətmək üçün qəhvəyi rəngli kontakt linzalar taxmağı tələb olunurdu. İndi Peynter çiyinlərinə qədər quyruq kimi yığılmış göyümtül-qara saçları ilə öz atasının surətini əks etdirirdi. O, bu bənzərliyin tamamlanması üçün kazino əməkdaşının döş cibində peko tayfasına məxsus açıq səma fonundakı təpə üstündə ağac emblemi tikilmiş xüsusi formalı smokinq geyinmişdi.

      Peynter uzaqdan Çjanı ehtiyatla izləməyə davam edirdi. Onun nəzərləri bir dəfə də olsun çinli xaker və onun mühafizəçilərindən ayrılmırdı. Peynter üç kişini təbii maskalanmadan maksimum istifadə edərək periferik nəzərlərlə müşahidə edirdi. O, öz qənimətini yanıb-sönən oyun avtomatlarının çəpərləri və geniş çəmənlikdə yerləşən yaşıl məxməri stolların arasından güdürdü. Peynter məsafə saxlayaraq, hər dəfə sürətini və hərəkət istiqamətini dəyişirdi.

      Onun qulağında çin danışığı – Çjanın güclü mikrofonla qeydə alınan səsi vızıldadı. Çjan öz lyuks nömrəsinə gedirdi.

      Peynter larinqofonu boğazına sıxaraq səssizcə sözləri artikulyasiya etməyə başladı.

      – Sançes, sən siqnalı necə qəbul edirsən?

      Ucadan və aydın, kommander.

      Onun həmkarı Kassandra Sançes Çjanın lyuks nömrəsinin qarşısında yerləşən nömrədə gizlənib girişi müşahidə edirdi.

      – Dərialtı necə işləyir? – Peynter soruşdu.

      – Bizim tanışımız tezliklə öz kompüterinin arxasında oturmalıdır. “Dinləmə qurğusunun” yanacağı qurtarır.

      Peynter qaşqabağını salladı. Dinləmə qurğusu dünən massaj seansı zamanı çinlinin bədəninə bərkidilmişdi. Latın Amerika simalı Sançes hindliyə bənzəməsi üçün kifayət qədər qarabəniz idi. Dünən axşam Kassandra Çjanı massaj edərkən mikroötürücünü onun bədəninə implantasiya etmişdi. Gənc qadının bacarıqlı barmaqlarının gücləndirilmiş işi nəticəsində ani olaraq vurulan iynə nəzərə çarpmamışdı. Sançes kiçik yaranı cərrah yapışqanı və ağrıkəsici vasitəsilə suvayıb tutdu. Massaj bitdikdən sonra, yapışqan yaranı sağaldaraq qurudu. Rəqəmsal mikroötürücünün işləmə müddəti cəmi on iki saat idi.

      – Nə qədər vaxt qalıb?

      – Ən optimist rəqəm – on səkkiz dəqiqə.

      – Lənət şeytana!

      Peynter yenidən diqqətini öz qənimətinin səsinə cəmlədi.

      Çjan elə sakit danışırdı ki, onu yalnız mühafizəçilər eşidə bilsinlər. Çin dilinin Pekin ləhcəsini mükəmməl bilən Peynter dinləyirdi. O, ümid edirdi ki, Çjan heç olmasa bir sözlə də olsa plazma silahına aid məlumatlar olan faylı nə vaxt götürəcəyini ağzından qaçıracaq. Lakin, onu məyusluq gözləyirdi.

      – Qızı hazırlayın – çinli xaker göztəriş verdi. – Mən onunla duş qəbul edəndən sonra məşğul olacam.

      Peynter yumruğunu sıxdı. Qızın cəmi on üç yaşı vardı. Şimali Koreyadan gətirilən bu qız faktiki olaraq qul vəziyyətində idi. “Bu mənim qız övladımdır”, – Çjan sual vermək arzusunda olanlara bu cür izah edirdi. Əgər Peynterin şübhələri əsaslandırılmış olsa, o zaman Çjanın ittiham olunduğu uzun cinayətlər siyahısına daha

Скачать книгу