ТОП просматриваемых книг сайта:
Dahi. Теодор Драйзер
Читать онлайн.Название Dahi
Год выпуска 0
isbn 978-9952-8245-8-1
Автор произведения Теодор Драйзер
Издательство JekaPrint
– Nə olmuşdur? – deyə soruşdu.
– Yucin gedir.
– Bu xeyir iş nə vaxtdır? – deyə ata istehza ilə soruşdu.
– Bu gün. O deyir ki, bu saat gedir.
Təəccüblənmiş Vitla:
– Ümid edirəm ki, bu ciddi deyildir? – dedi. O öz qulaqlarına inanmırdı. – Nə olub, birdən belə, havalanmısan? Belə bir addımı yaxşıca düşünmək lazımdır! Sən orada hansı vəsaitlə yaşayacaqsan?
Yucin:
– Birtəhər dolanaram, – dedi. – Mən gedirəm. Aleksandriyada qaldığım bəsdir. Mən buradan qurtulmaq istəyirəm.
Təşəbbüsə inanan ata:
– Sən deyən olsun, – dedi. Görünür o, bu vaxta qədər oğlunu tanımamışdı.
– Çamadanını yığmısanmı?
– Yox, qoy anam şeylərimi mənə göndərsin.
– Bu gün getmə, – deyə miss Vitla xahiş etməyə başladı. – Heç olmasa, nəğd bir şey olana qədər gözlə.
– Mən bu gün gedirəm, ana. – O bir əli ilə anasını qucaqladı. – Ana can!..
O indi artıq anasından hündür idi və hələ də boy atmaqda davam edirdi.
Ana yavaşdan:
– Yaxşı, Yucin, – dedi. – Lakin sən nahaq yerə gedirsən.
Oğlu onu tərk edirdi – ananın ürəyindən qara qanlar axırdı.
– Mən həmişə qayıda bilərəm. Axı, oradan bura cəmi yüz millik yoldur.
Özünü sakit tutmağa cəhd edən ana, nəhayət:
– Nə deyim, get, – dedi, – mən sənin çamadanını yığaram.
– Mən artıq hamısını yığmışam.
Ana yoxlamağa getdi.
Yucinin hələ tərəddüd edəcəyini düşünən Vitla:
– Qoy sən deyən olsun, – dedi, – yola düşməyə az qalıb. Çox təəssüf. Yəqin ki, bu sənin xeyrinə olacaqdır. Hər ehtimala qarşı sən bilirsən ki, sənin buraya qayıtmağına həmişə şad olarıq.
Yucin:
– Bilirəm, – dedi.
Onlar hamısı – Yucin, ata, Mirtl – bir yerdə avtovağzala yollandılar. Ana onlarla getmədi. O ağlamaq üçün evdə qaldı.
Vağzala gedərkən onlar Silviyaya dəydilər.
– Nə edirsən,Yucin? – deyə o səslədi. – Bu nə əcaib fantaziyadır! Getmə!
Vitla:
– O artıq qərar vermişdir, – dedi.
Nəhayət, Yucin azadlığa çıxdı. Məhəbbət, ailə, bütün qohum və tanışlar, valideynləri onu möhkəm sürətdə öz ağuşunda saxlayırdı və onun indi atdığı hər addım sanki bu halqaları qırırdı. Ata oğlunun əlini mehribanlıqla və möhkəm sıxaraq:
– Qoçaq ol! – dedi və titrəyərək udqundu.
Mirtl qardaşını öpdü.
– Sən nə qəribəsən, Yucin! Mənə məktub yaz.
– Yaxşı…
O vaqona qalxdı. Zəng çalındı və qatar yola düşdü. Yucin tanış yerlərə baxdı, ağrı, əsl bir ağrı onun ürəyini sıxdı. Stella, atası, anası, Mirtl, onların sevimli evləri… bütün bunlar onun həyatından çıxıb gedirdi.
O udqunaraq az qala inildədi.
– Hmm! Lənət şeytana!
O skamyanın arxasına söykəndi və heç bir şey haqqında düşünməməyə çalışdı. O özünə yol açmalıdır. Dünya bunun üçün yaranmışdır. Onun özü də bunun üçün yaranmışdır. O istədiyini əldə edəcəkdir.
DÖRDÜNCÜ FƏSİL
Çikaqo – onu kim təsvir edə bilər? Göl sahilinin çürümüş bataqlığında sehrli əsanın hərəkəti ilə boy atmış kimi görünən bu nəhəng qarışqa yuvasını təsvir etməyə kimin qüvvəsi çatar! Bir çox millər boyu miskin balaca evlər, ağac döşəməsi, qaz fanarları, su kəmərləri, çox keçmədən əhalinin çaxnaşacağı taxta səkiləri olan küçələr uzanır. Daşyonanların əllərindəki yüz minlərlə çəkicin danqıltısı, iskənə zərbələrinin ahəngdar səsi! Uzaqlarda birləşən teleqraf ağaclarının uzanan cərgələri; növbətçi kimi duran minlərlə pərakəndə evlər, zavodlar, göyə ucalan fabrik bacaları, onların arasında çılpaq səhrəda sancılanmış tənha, görkəmsiz, zəlil kilsə! Günəş altında otlarının rəngi solmuş bakir düzlər. On, on beş, iyirmi, otuz cərgəli polad relslərin keçdiyi geniş dəmir yol sahəsi, muncuq kimi bu yollarda düzülən minlərlə çirkli vaqonlar. Guruldayan paravozlar, qaçan qatarlar, keçidlərdə duran adamlar – piyadalar, arabaçılar, sürücülər, pivə arabaları, kömür, kərpic, daş, qum daşıyan platformalar – yeni, təbii, qarşısıalınmaz həyatın mənzərəsi!
Çikaqoya yaxınlaşdıqca Yucin böyük şəhərin məna və əhəmiyyətini daha artıq anlamağa başlayırdı. Bu parlaq, mənalı, gözəl həyatla müqayisədə zəif qəzet səsləri indi ona nə qədər anlaşılmaz görünürdü. Onun qarşısında yeni aləmin – əzəmətli, cazibədar, tamamilə başqa bir aləmin mahiyyəti açılırdı. Qatar şəhərə yaxınlaşarkən, gözəl şəhərətrafı stansiya gəncin nəzərini cəlb etdi. O hələ belə stansiya görməmişdi. O heç bir zaman bu qədər əcnəbi fəhlələr yığını da görməmişdi – bir yığın litvalılar, polyaklar, çexlər şəhərkənarı qatarı gözləyirdilər. O, ömründə əsl böyük zavod da görməmişdi, burada isə onlar Yucinin qarşısında bir-birinin ardınca yüksəlirdi – poladəridən, çini qab qayıran, sabun hazırlayan, çuğunəridən zavodlar qaralan səmanın qəmgin və əlçatmaz fonunda yüksəlirdi. Bazar günü olduğuna baxmayaraq, bu küçələrin havasında nə isə gənclik, canlanma və qaynar bir qüvvə hiss olunurdu. Yucinin nəzərini sərnişin gözləyən konkalar cəlb etdi. Bir yerdə çaydan kəndirlə bərə aparılırdı; bu, çirkli iyrənc çay idi, lakin onun səthində çoxlu gəmilər toplanmışdı, hər iki sahildə isə nəhəng anbarlar, taxıl dəyirmanları, kömür anbarları – böyük şəhərin zəruri ehtiyaclarına xidmət edən binalar uzanırdı. Yucinin təxəyyülü canlandı. Bu lövhəni qara tonda vermək necə yaxşı olardı, ancaq körpülərdə və gəmilərdə olan işığı qırmızı yaxud yaşıl rəngdə vermək lazımdır. Bəzi rəssamlar belə şeyləri jurnallar üçün çəkirlər, lakin bu onlarda kifayət qədər şairanə çıxmır.
Yucini gətirən qatar, başqa uzun qatarların arasından keçərək, nəhəng qabarıq damın altına gəldi, burada şüşə və poladdan olan iyirmiyə qədər qövs fənərləri işıldayırdı. İnsan izdihamı irəliyə-geriyə gedir, paravozlar fısıldayır, zəng səsləri ətrafa yayılırdı.
Yucinin bu şəhərdə nə qohumları, nə tanışları, müraciət edəsi heç kəsi yox idi, lakin o, tənhalıq hiss etmirdi. Yeni, görünməmiş həyat mənzərəsi onu valeh etmişdi. O vaqondan çıxdı, haraya getmək haqqında fikirləşərək, ağır addımlarla çıxışa doğru yönəldi. Küncdə yandırılmış fənər işığında, onun