Скачать книгу

lamalardan yola çıxaraq başladı. Buna baxmayaraq tədqiqatımız davam etdikcə onun vurğusu get-gedə yavaşladı. Biz başa düşdük ki, antisemitizmi yaxud başqa bir milli azlığa qarşı qərəzli1 düşüncələri öz özlüyündə sosio-psixoloji bir anlayış kimi yox, daha çox, azlıqlara qarşı qərəzli düşüncənin daha geniş ideologiyasını və şəxsi keyfiyyət modelləri ilə əlaqəsini araşdırmaq başlıca vəzifə olmalıdır. Beləliklə, antisemitizmin əsas mövzusu kimi antisemitizm gedərək tamamilə aradan çıxdı və görüş proqramımızın əhatə eləməli olduğu bir çox mövzudan sadəcə biri kimi görünməyə başladı.

      Araşdırmamıza paralel olaraq, İctimai Araşdırmalar İnstitutunun qismən eyni heyəti tərəfindən həyata keçirilən bir başqa araşdırma, yəni işçi, fəhlə sinfi içərisindəki antisemitizm barədə bir araşdırma2, antisemitizm sualı üstündə işləyib və eyni vaxtda bu cilddə təqdim olunan mövzulara yaxın sosiopsixoloji mövzularla da maraqlanırdı. Bu fəsildə müzakirə ediləcək materialın böyük hissəsi Berkli danışıqlarının qərəzlə bağlı seqmentindən alınıb və biz çalışdıq ki, işçi sinfi haqda sözügedən tədqiqatın bəzi nəticələrini yeni tədqiqat üçün hipotezlər kimi istifadə edək. Söhbət Los Ancelesdə aparılan tədqiqatın bir hissəsindən gedir. Biz C. F. Braun və F. Palokla birgə işləyərək yəhudilərlə əlaqəli əlavə və xüsusi müsahibə proqramı hazırladıq. Biz bu sualları müsahibə götürdüyümüz insanlara verəndə onların xəbər tutub daxili fikirlərini gizlətməmələri üçün guya əsas mövzu işçi sinfi haqda incələmələr imiş kimi qələmə verdik. Bu görüş proqramın əsas məqsədi qərəzin ümumi strukturu içərində müəyyən fərqliləşmiş modellər yaradılıb yaradılmadığını təyin etmək idi.

      Bu müsahibələrdə subyektlərimizə verdiyimiz sualların siyahısı aşağıda təqdim olunur. Bu sualların hamısının hər bir subyektə verilmədiyini və hər sualın bütün subyektlərə eyni formada verilmədiyini qeyd etmək lazımdır. Ancaq sualların aid olduğu mövzu hər bir halda yaxşı əhatə olunurdu.

      Yəhudilər haqda sualların siyahısı:

      – Yəhudi probleminin mövcud olduğunu hesab edirsiniz? Əgər cavab müsbətdirsə, nə mənada mövcuddur? Bu haqda fikirləşmisinizmi?

      – Sizin yəhudilərlə əlaqələriniz olub? Hansı formada? Bu əlaqə ilə bağlı hər hansı bir adam yadınızdadırmı? Əgər cavab mənfidirsə, onda baxışlarınız nəyə əsaslanır?

      – Yəhudilərlə əlaqədə olanda mənfi xüsusiyyətlərə malik təcrübəniz olub (yaxud bu barədə eşitmisinizmi)? Əgər belədirsə, hazırki şərait sizin fikrinizi dəyişə bilərdimi? Əgər cavab xeyrdirsə, onda nə üçün?

      – Digər insanların arasından yəhudini seçə bilərsinizmi? Necə?

      – Yəhudilərin dini haqda nə bilirsiniz?

      – Yəhudilər qədər pis olan xristianlar varmı? Onların sayı pis yəhudilərin sayından faiz olaraq çoxdur?

      – Yəhudilərin ağır zəhmətə münasibətləri necədir? Bədnam yəhudi işgüzarlığı barədə nə bilirsiniz?

      – Yəhudilərin kinomatoqrafiya, radio, ədəbiyyat və universitetlərdə nəzərə çarpan nüfuza malik olmaları doğrudurmu? Əgər belədirsə, burda pis nə var? Buna qarşı nə tədbir görmək lazımdır?

      – Yəhudilərin ticarətə, siyasətə, həmkarlar ittifaqına və s. böyük təsir göstərmələri doğrudurmu? Əgər belədirsə, bu necə bir təsirdir? Bu təsiri zəiflətmək üçün hər hansı tədbir görmək lazımdırmı?

      – Nasistlər alman yəhudilərin başına necə müsibətlər gətirib? Bu haqda nə fikirləşirsiniz? Amerikada belə bir problem varmı? Onu həll etmək üçün nə edərdiniz? Onlarda nə kimi günah görürsünüz?

      – Yəhudilər aqressivdirlər? Pis vərdişləri var?

      – Yəhudilər bankları əllərində saxlayırlar? Qara bazarda ticarətlə məşğuldurlar? Dələduzluq edirlər? Onlar İsa Peyğəmbərin qatilləridirlərmi?

      – Öz aralarında möhkəm əlaqə saxlayırlar? Onlar komunistdirlər? Rüşvətə aldanandırlar? Pintidirlər? Saxtakarlıqla məşğuldurlar? İstismarçıdırlar? Öz mənşələrini gizlədirlər? Həddən artıq ağıllıdırlar? Beynəlmiləlçidirlər? Bəzi sənətlərin qarşısında bənd çəkiblər (özünküləşdiriblər)? Tənbəldirlər? Film sənayesini öz əllərində cəmləşdiriblər? Tamahkardırlar? Hay-küylüdürlər? Uyğunlaşmağı bacarırlar? Özlərinə güvənəndirlər? Həddən artıq seksualdırlar? İmtiyaz axtarışındadırlar? İntriqaçıdırlar? Ölkəmizi öz əllərində saxlayırlar? Həddən artıq kəskindirlər? Qonşularla əlaqələri pozurlar? Dükanları həddən artıq çoxdur? Nizam-intizama riayət etmirlər? Yəhudi olmayanlara qarşı əxlaqsız davranırlar? Aşağı təbəqəyə aiddirlər? Fiziki əməkdən qaçırlar?

      – Siz sosial diskriminasiya yaxud xüsusi qanunvericiliyin tərəfindəsiniz? Yəhudiyə xüsusi qrupun üzvü kimi yanaşmaq lazımdır? Təklifləriniz konstitusiya hüquqlarına nə dərəcədə uyğundur?

      – Ayrı-ayrı yəhudilərlə şəxsi əlaqələrin əleyhinəsinizmi? Siz yəhudilərə ən çox xoşagəlməzlik yaxud təhlükə simvolu kimi baxırsınız? Təsəvvür edə bilərsinizmi ki, yəhudiyə ərə gedirsiniz (yaxud evlənərsiniz)? Yəhudi problemin haqda müzakirələr etmək xoşunuza gəlir? Yəhudi olsaydınız, nə edərdiniz? Yəhudi nə vaxtsa həqiqi amerikalı ola bilərmi?

      Müsahibənin əlavə materiallarının köməyi ilə aşkar antisemitizmin üstünlük təşkil edən formaları haqda onun daxili dinamikasından çox şey öyrənəcəyik. Ətraflı tərtib olunmuş suallar hər bir halda psixoloji konfliktin xurafatları ilə bağlı məsələləri anlamaq üçün faydalı olub. Növbəti vacib müşahidə subyektlərimizə yəhudilərin pis xüsusiyyətlərinin sadalamaq təklifinə olan reaksiyalarına aiddir. Cavabların çoxunda müsahibədə iştirak edənlər siyahını tam olaraq təsdiqləyiblər, yəni fikir müxtəlifliyi azlıq təşkil edib. Xurafat (ön mühakimə) hissi çox olan şəxslər, yəhudilərə qarşı hər hansı bir qınağı qəbul etməyə meylidirlər. Bunu fərqli olaraq, ya antisemit ideologiyasının “daxili ardıcıllığı” simptomu kimi, yaxud metoddan və cavabları əvvəlcədən verilmiş sualların qoyuluşunun avtomatik reaksiyaya sövq edəcəyi faktından asılı olmayaraq, müsahibədə istifadə olunan çoxlu sayda balların dini cəhətdən neytrallığı kimi izah etmək mümkündür. Hətta əgər anketlərin özlərində yuxarı bal yığanlarda3 antisemit ideologiyası hiss olunurdusa da, buna siyahıdakı səhvlərin səbəb olduğunu demək olmaz. Görünür, bu məsələdə antisemitizmdən söhbət gedir, lakin əvvəlcə qaranlıq qalır, yaxud bu bizim sorğunun çatışmamazlıqları ilə bağlıdır. Zənnimizcə, ən qəti antisemit mülahizələr təhqir kimi deyil, məntiqi cəhətdən izah etsək, öz daxili mənliyini sakitləşdirən və müsahibə verənin reaksiyası daha az ifrat dərəcəli olanda özünü təqlidlə stimullaşdıran padzəhər kimi qəbul olunur. Bu mülahizə alman xalqının bütünlüklə radikal antisemit metodlarını qəbul etməsi fenomeni ilə izah edilə bilər, ancaq, güman ki, onlardan hər biri bizim sorğuda iştirak edənlərdən çox da antisemit deyildilər.

      Bizim hipotezadan belə bir praqmatik nəticə çıxarmaq olar ki, antisemitizm haqda saxta rasional müzakirələrdən hər vasitə ilə qaçmaq lazımdır. Faktlara əsaslanan antisemit mülahizələri ya təkzib etmək, ya da antisemitizmin formalaşması ilə bağlı psixodinamikanı izah etmək lazımdır.

      Lakin “yəhudi problemində” dayanmaq lazım deyil. İndiki dövrdə, insanlar Avropada xalqların məhv edilməsindən sonra “yəhudi problemindən” danışırsa, (yumşaq formada olsa belə) bu nasional-sosialistlərin törətdiklərinə dəstək vermək sayılır.

      Qeyd etmək lazımdır ki, birinci olaraq plana subyektiv nöqteyi-nəzər çıxır. Nümunələrimizin seçimi “obyektin” bizim məsələmizdə yəhudilərin xurafatların formalaşmasında oynadığı rolların tədqiqini istisna edib. Biz heç bir halda həmin rolun “obyektə” məxsus olduğunu inkar etmirik, buna baxmayaraq, marağımız yəhudilərə qarşı yönəlmiş reaksiyaların səbəblərinə deyil, hər şeydən qabaq bu reaksiyalara cəmlənib. Bizim antisemit xurafatların yəhudilərin ayaqlarına yazılan xüsusiyyətlərlə az əlaqəli olmaları barədə ilkin fərziyyəmizin əsasında diqqətimizi dindirilənlərin dəqiq

Скачать книгу


<p>1</p>

Kitabda “qərəz”, “ön mühakimə”, “xurafat” terminləri müxtəlif yerlərdə eyni mənanı (“prejudiced”) verir -sübutsuz inanc. “Qərəzli insan”, “xurafata inanan”, “ön mühakiməli” sözləri bir insana və ya qrupa haqsız və əsassız yerə (və məntiqsiz olaraq) nifrət edən yaxud sevən insanı bildirir (tərc.)

<p>2</p>

Institute of Social Research: Anti-Semitism within American Labor: A Report to the Jewish Labor Committee (4 cild, May 1945).

<p>3</p>

Anket suallarına verdikləri cavablara görə qiymətləndiriləndə yuxarı bal yığanlar qərəzli, xurafata inanan və hegemon tipli insanlar olur (tərc.)