Скачать книгу

elə buna görə məni vağzalda çox gözlətdi? Axı, Betti şorgöz kişilərin əlindən zara gəldiyini, onları necə çətinliklə başından etdiyini mənə tez-tez danışırdı… bəlkə indi də, belədir…”

      KƏND MÜƏLLİMİ (NƏHƏNG KÖSTƏBƏK)

      Ən adi, balaca bir köstəbəkdən iyrənənlər, – o cümlədən mən də, – bir neçə il əvvəl kiçik bir kəndin yaxınlığında görünən və bununla həmin kəndə ötəri şöhrət qazandıran nəhəng köstəbəklə qarşılaşsaydılar, yəqin ki, ikrah hissindən ölərdilər. İndi bu kənd yaddaşlardan silinib və şübhəsiz, heç kəs tərəfindən diqqətlə araşdırılmadığı üçün müəmmalı qalan bu qəribə hadisə onu öyrənməyə borclu olan, amma özlərini zəhmətə salmayaraq, əhəmiyyətsiz şeylərin üstündə baş sındıran şəxslərin ağlasığmaz səhlənkarlığı üzündən unudulub getdi. Kəndin dəmiryolundan uzaqda yerləşməsi buna heç cür haqq qazandıra bilməz. O vaxt maraq üzündən nə qədər insan uzaq yerlərdən gəldi, hətta başqa ölkələrdən də gələnlər vardı, amma sadəcə maraqlanmaqla kifayətlənməyib, vəziyyəti araşdırmalı olanlar ortalıqda görünmədi. Üstəlik, nəfəslərini dərmədən gündəlik işləri ilə məşğul olan sadə insanlar heç bir mənfəət güdməyib, fədakarlıqla bu işə qarışmasaydılar, bu qeyri-adi hadisə haqqında şayiə kənddən kənara çıxmazdı. Etiraf etmək lazımdır ki, başqa vaxtlar qarşısını almaq mümkün olmayan şayiənin özü də bu dəfə olduqca tənbəllik etdi; bir az məzəli desək, onu arxadan itələməsəydilər, ümumiyyətlə yayılmayacaqdı. Əlbəttə, baş verən hadisəni araşdırmamaq üçün bunu kafi səbəb saymaq olmazdı; əksinə, həm bunu, həm də şayiənin öz təbiətinə xilaf çıxıb yayılmaqda tənbəllik göstərməsini də araşdırmaq lazım idi. Bunun əvəzinə hadisə haqqında yeganə yazılı sənədin hazırlanması qoca kənd müəlliminə tapşırılmışdı; düzdür, müəllim öz peşəsini əla bilirdi, gözəl pedaqoq idi, amma öz müşahidələrini izah edə bilməməsi bir yana qalsın, onların dolğun elmi təsvirini verə bilməsi üçün nə xüsusi hazırlığı, nə də anadangəlmə istedadı vardı. Onun hazırladğı broşür çap olunmuşdu; o vaxtlar kəndə gələnlər bunu həvəslə alırdılar, hətta bəziləri bunu tərifləməkdən yorulmurdu, amma ağıllı bir adam olan müəllim yaxşı anlayırdı ki, onun heç kim tərəfindən dəstəklənməyən təkbaşına səyləri əslində heç bir dəyər daşımır. Bununla belə, onun geri addım atmaması və bu qəribə hadisənin üstünü açmağı, – hərçənd buna ümidi ilbəil azalsa da, – həyatının ən mühüm məsələsi hesab etməsi, bir tərəfdən bu qəribə hadisənin təsir gücünü, digər tərəfdən heç kəsin əhəmiyyət vermədiyi qoca bir kənd müəlliminin nə qədər inadkar və inamlı olduğunu göstərir. Lakin broşürün çıxmasından bir neçə il sonra, çoxlarının bu hadisəni artıq unutmağa başladığı vaxtlarda müəllimin sözardı kimi çap etdirdyi əlavədən aydın görünür ki, o nüfuzlu şəxslərin məsələyə biganə qalmasından çox əzab çəkirmiş. Bu əlavədə gözləmədiyi bir halda qarşılaşdığı anlaşılmazlıq və laqeydlikdən şikayətlənən müəllim öz narazılığını səlis dillə olmasa da, səmimi şəkildə ifadə edir. Bu insanlar haqqında yerinə düşən sözlər söyləyir: “Mən yox, onlar qoca kənd müəllimi kimi düşünürlər”. Və məşğul olduğu məsələ haqqında söhbətləşmək üçün baş çəkdiyi bir alimin sözlərindən də sitat gətirir. Yazıda alimin adı çəkilməsə də, bəzi eyhamlardan onun kim olduğunu anlamaq mümkündür. Çox çətinliklərdən sonra müəllim, nəhayət, alimin qəbuluna girə bilmişdi, lakin elə ilk sözlərdən anlamışdı ki, alim bu məsələyə qərəzlə yanaşır və onun fikrini dəyişdirmək mümkün deyil. Müəllimin öz yazdığı broşürə əsaslanaraq təqdim etdim uzun hesabatı alimin necə bir diqqətsizliklə dinləməsini onun guya düşünüb-daşınaraq söylədiyi bu sözlər açıq-aşkar göstərir:

      – Sizin yerlərin torpağı qara və münbitdir. Buna görə də köstəbəklər yağlı qidalarla bəslənir və çox böyük olur.

      – Amma bu qədər də yox! – müəllim əsəbiləşərək səsini ucaltmış və qalxıb divarda iki metrlik yer ölçüb göstərmişdi.

      – Niyə də olmasın, – alim açıq-aşkar məzələnərək cavab vermişdi.

      Beləcə, müəllim arxasını dönüb əliboş evə qayıtmışdı. Axşamüstü qarlı havada arvadının və altı uşağının yolda dayanıb onu necə gözlədiyini, necə bütün ümidlərinin puça çıxdığını onlara etiraf etmək məcburiyyətində qaldığını da əlavə yazıda qələmə almışdı.

      Alimin müəllimi necə qəbul etməsi və onunla necə davranması haqqında oxuduğum zaman müəllimin qələmə aldığı əsas broşürdən hələ xəbərim yox idi. Amma bu məsələyə dair əldə edə biləcəyim bütün məlumatları dərhal toplayıb araşdırmağı qərara aldım. Alimin qarşısında aciz olduğumu bildiyim üçün, yazacağım yazı ilə heç olmasa müəllimə, daha doğrusu, müəllimə yox, vicdanlı, amma köməksiz bir adamın xoş niyyətinə dəstək verəcəyimə ümid edirdim. Etiraf edim ki, bu qərarıma sonradan çox peşman oldum; çünki çox keçmədən hiss etdim ki, bu işə qarışmağım məni axmaq vəziyyətə salacaq. Bir tərəfdən, o qədər böyük nüfuz sahibi deyildim ki, alimi və ictimai rəyi müəllimə tərəfdar çıxmağa məcbur edə bilim; digər tərəfdən, müəllim dərhal anlayacaq ki, onun əsl niyyətini, yəni nəhəng köstəbəyin həqiqətən mövcud olduğunu sübut etmək istəyini dəstəkləməkdən çox, onun vicdanlı bir adam olduğunu müdafiə etmək mənim üçün daha mühümdür, – halbuki, müəllim öz davranışını təbii sayır və bunu müdafiə etməyə ehtiyac görmürdü. İş o yerə gəlib çatacaqdı ki, müəllimə havadarlıq etmək cəhdlərim onun tərəfindən anlayışla qarşılanmayacaq, ona kömək istəyərkən, özüm kömək axtarmağa başlayacaqdım; belə bir adamınsa ortaya çıxacağına ümid etmək olmazdı. Hər şeydən əlavə, bu qərarı verməklə çiyinlərimə ağır bir yük götürmüşdüm. İstəyirdim ki, yazdıqlarıma inansınlar, ona görə də müəllimə istinad edə bilməzdim, çünki müəllim heç kəsi inandıra bilməmişdi. Onun broşürü məni çaşdıra və yanlış istiqamətə yönəldə bilərdi, bu səbəbdən öz məqaləmi yazıb qurtarana qədər onu oxumamağı qərara aldım. Müəllimlə hətta görüşüb ünsiyyət qurmağa da çalışmadım. Əlbəttə, o bəzi adamlar vasitəsi ilə mənim araşdırmalarımdan xəbər tutmuşdu, amma hansı istiqamətdə, – onun xeyrinə, yoxsa əleyhinə, – işlədiyimi bilmirdi. Hətta sonralar bunu inkar etmək istəsə də, məncə, ikinci ehtimala daha çox üstünlük verirdi, çünki dəfələrlə mənə mane olmağa çalışmışdı, əlimdə buna dair sübutlar var. Bunu etmək onun üçün asan idi, çünki çoxdan apardığı araşdırmaların yolundan getməyə məcburd idim, odur ki, istənilən halda məni qabaqlaya bilirdi. Bu da mənim metodikamın yeganə və qaçılmaz qüsuru idi ki, buna görə mənə tutulan iradları haqlı saymaq olardı, amma öz fikirlərimi mülayim tərzdə və ehtiyatla ifadə etməklə bu iradların təsirini əhəmiyyətli dərəcədə azalda bilirdim. Ümumən mənim yazım müəllimin təsirindən tamamilə azad idi; bəlkə də, bu məsələdə həddən artıq vasvasılıq edirdim, halbuki mənə qədər heç kəs bu hadisəni araşdırmamış, şahidləri dindirməmiş, ifadələri sistemləşdirməmiş, nəticələr çıxarmamışdı. Sonradan müəllimin broşürünü oxuduqda, – yazının görkəmli başlığı vardı: “Bu böyüklükdə köstəbəyi

Скачать книгу