ТОП просматриваемых книг сайта:
Sızanaq. Zuleyxa NaEl
Читать онлайн.İşıqları yandırdı, fotoaparata yaxınlaşıb qızın şəkillərini çəkməyə başladı.
Elmira müayinə üçün klinikaya gəlib həkimin otağına girdi.
– Salam, Sevda xanım.
– Salam. Buyurun, keçin əyləşin, – müayinə əlcəyini geyinə-geyinə soruşdu: – Şikayətiniz nədir?
– Sağ döşümdə kəskin ağrılar var.
– Çoxdan ağrıyırsız?
– Hə, neçə aydı. Əvvəllər çox cüzi ağrılar olurdu, onu da menstruasiyayla əlaqələndirirdim. Amma indi ağrılara dözmək olmur, son vaxtlar döş dərisinin rəngində də dəyişiklik var.
– Hmm, bəs niyə belə səhlənkarlıq eliyirsiz? Açın, baxım.
Həkim ehtiyatla Elmiranın döşünə əl vurdu.
– Hmm, burda ələ gələn kütlə var.
– Bu çox qorxuludur?
– Analizlərin cavabını almadan heç nə deyə bilmərəm. Dəridə də rəng dəyişikliyi var. Uşağınız var?
– Bəli.
– Neçə yaşı var?
– Altı.
– Maşallah, böyükdü. Süd vermisiz ona?
– Hə, vermişəm. Bir yaşına qədər əmizdirmişəm.
Həkim telefonun dəstəyini götürüb düyməni basdı.
– Zəhmət olmasa, professor Qaraya deyin kabinetimə gəlsin, məsləhətinə ehtiyacım var.
Çox çəkmədi ki, professor otağa daxil oldu.
– Doktor, nə üçün məsləhət istəmişdiz? – professor eynəyini taxdı.
– Professor, zəhmət olmasa, buna baxın, – Sevda professora Elmiranın döşünü göstərdi. – Nə deyə bilərsiz?
– Həə… Hmm… Analizsiz heç nə. Məncə, qərar üçün tələsmək lazım deyil.
– Düşünürəm ki, həm mammoqrafiya, həm də biopsiyaya göndərim, siz necə bilirsiz?
– Hə, ancaq ondan sonra qərar vermək olar. Yaxşı, gedə bilərəm?
– Çox sağ olun, professor, buyurun. Sadəcə belə işlərdə tək qərar vermək çox çətindi… – Sevda professoru qapıyadək yola saldı. Onlar uzaqlaşdıqca nə danışdıqları eşidilmirdi. Elmira həkimin asta-asta professora nə isə dediyini və əlləri ilə izah etdiyini görürdü.
Elmira ilk dəfə idi ki, “biopsiya” sözünü eşidirdi. Mavi gözlərini iri açıb həkimə diqqətlə baxırdı. Həkim professor yola salıb, qayıtdı və işarə edib:
– Geyinə bilərsiz. – dedi.
Elmira yaxasını düymələyərək:
– Sevda xanım, bu biopsiya dediyiniz nədir?
– Biopsiya – süd vəzisi toxumasından nümunə alınıb uyğun şəraitdə dodurmaq, kəsilib boyandıqdan sonra mikroskop altında incələnmədir. Bu yolla əldə edilən diaqnoz histopatoloji diaqnozdur və süd vəzisi xərçənginin dəqiq diqnozunun tək yoludur.
– Onda, deməli, məndə döş xərçəngidi?
– Dəqiq deyə bilmərəm, analizlər alınmalı, cavablar gəlməlidir, daha sonra biləcəyik ki, dərdiniz nədir.
– Bəs bu necə olur? Biopsiya?
– Biopsiya iki yolla alına bilər: iynə biopsiyası və cərrahi biopsiya. İynə biopsiyası şübhəli sahə və ya kütlədən iynə köməyliyi ilə toxuma nümunəsinin alınmasıdır. Cərrahi biopsiya isə əməliyyatla şübhəli sahə və ya kütlənin tamamilə çıxarılmasıdır.
– Məndə hansını tətbiq edəcəksiz?
– Düşünürəm ki, birincini, ikinciyə bizim hələ ehtiyacımız yoxdur, ümid edirəm ki, heç olmayacaq da. Bəlkə də bu sadəcə kistadır. Hormonların yaratdığı fəsadlar çox vaxt ilk baxışdan bizi qorxudur, amma analizlər gəldikdən sonra görürük ki, vəziyyət bizim düşündüyümüz kimi qorxulu deyil, sadəcə bir yaramaz kista bizi əməlli başlı qorxudubmuş. Siz vaxtı çox uzatmayın, elə lap indi analizdən keçin.
– Ağrılıdı?
– Bu iş üçün xüsusi iynələr var, mütəxəssislərimiz pasientə heç bir ağrı vemədən asanlıqla biopsiyanı həyata keçirirlər. Narahat olmayın, heç nədən də qorxmayın.
– Bəs cavabları nə vaxt çıxar?
– Üç günlə bir həftə arası. Daha dəqiq bir həftəyə.
– Onda mən sabah gələrəm, bu gün hazır deyiləm.
– Yaxşı, amma çox uzatmayın, sabah səhər burda olun.
– Yaxşı, sağ olun.
– Sağ olun.
Elmiranın rəngi payız yarpağı kimi sap-sarı olmuşdı. Ayaqları ona o qədər ağır gəlirdi ki, sanki ayaq sümüklərinin içinə bürünc əridilib tökmüşdülər. Klinikanın dəhlizi ilə ağır-ağır addımılayırdı. Evə getmək istəmirdi, işə getməyə isə həvəsi qalmamışdı.
Klinikadan çıxdı, maşını elə klinikanın həyətində unudub piyada, heç özü də bilmədən harasa gedirdi. Fikri hava kimi çiskinli idi. Plaşına bürünmüş halda qollarını çarpazlayıb ayaqlarının onu apardığı səmtə gedirdi. Xəstəliyinin nə dərəcədə təhlükəli olduğunu düşünürdü: “Bəlkə xərçəngdi? Yəqin həkimlər məni qorxutmaq istəmirlər. Xalidə necə deyəcəm, yazıq dəli olar. Mənə bir şey olsa, Laləm necə olacaq? Offf.... Allah, bu nədi belə? Məni belə sınama”.
Gözləri doldu. Göz yaşları ağ bənizində çillərini yuya-yuya üzü aşağı axırdı. Narın-narın yağış yağırdı. Yol kənarında xan çinarların xəzan olmuş yarpaqlarından xalça sərilmişdi sanki. Yağışda islanmış yarpaqların rəngində belə bir həyat eşqi vardı. Onun getməyə taqəti qalmamışdı. O, qoca çinara yaxınlaşıb ağacın gövdəsinə söykəndi. Sanki ağacdan güc alırmış kimi əlləri ilə ağacın gövdəsini tumarladı. Ağacın gövdəsində məskən salmış mamır onun əllərini yaşıla boyadı. Bir xeyli belə qaldı. Yağış get-gedə güclənirdi. Deyəsən, az da olsa, Elmira özünə gəlmişdi. Ətrafına göz gəzdirdi, harda olduğunu bilmirdi. Əllərini mamırdan təmizləyib əlinin arxası ilə gözlərini sildi. Klinikaya qayıtmaq lazım idi. Amma hardan və necə qayıtmalı olduğunu bilmirdi. Elmira sanki tamamilə yad bir şəhərdə, ona tanış olmayan küçələrlə addımlayırdı. Birdən hardansa bir qadın peyda oldu. Qaraçı idi. O, düz Elmiranın üstünə gəlirdi. Küçədə onlardan savayı kimsə gözə dəymirdi. Qaraçı ona yaxınlaşıb rusça:
– Gəl falına baxım, ay qız.
– İstəmirəm, sağ ol.
– Görürəm pis xəbər eşitmisən. İstəsən deyərəm nələr olacaq?!
– Yox, isəmirəm, get burdan.
Amma ürəyində “bəlkə soruşum?” deyə düşündü.
– Soruş, soruş, hamısın düz deyəcəm. Bax, istəyirsən deyim ki, sənin bir qızın var, ərini sevirsən, o da səni sevir, amma ərin