ТОП просматриваемых книг сайта:
Аудиокитаб ООО
Все книги издательства Аудиокитаб ОООАннотация
“Sirli ada” qasırğa nəticəsində qəzaya uğrayıb Sakit okeanın kimsəsiz bir adasına düşən 5 nəfərin yaşamaq uğrunda mübarizəsindən bəhs edir. Yazıçının kolonistlər adlandırdığı bu insanlar adadakı həyatlarından razıdırlar. Bu azad insanlar (azad yaşamağa layiq insanlar) Riçmondda quldarların əhatəsində qalmaqdansa adada yaşamağı üstün tuturlar. Bu isə Amerikada vətandaş müharibəsinin böyük dəhşətlərindən xəbər verirdi.Həmin namuslu insanlar vəhşi təbiəti ram edib, adanı sivil ölkələrin kəndlərindən birinə çevirirlər. Təsadüfən Herbertin cibindən tapılan bir buğda dənəsindən yüz kiloqramlarla taxıl yetişdirirlər. Adada xariqələr yarada-yarada vətənə qayıtmaq ümidlərini bir an olsa belə itirmirlər. Lakin həyat həmişə uğur gətirmir, nə vaxtsa verdiklərini geri alır. Piratların adaya gəlişi onları məyus edir, amma ruhdan sala bilmir. Min əziyyətlə abad etdikləri adanı onların əlindən almağa çalışan piratlara qarşı mübarizə aparırlar. Çox işdə olduğu kimi, bu işdə də adanın sirli hamisi onların köməyinə gəlir, piratları məhv edir…
Аннотация
XX əsr fransız filosofu Jan-Pol Sartr ekzistensialist ədəbi-fəlsəfi cərəyanın yaradıcılarından biridir. “Zəmanəmizə mühüm təsir göstərən zəngin, azadlıq ruhu və yaradıcılıq həqiqəti axtarışları ilə aşılanmış əsərlərinə görə” Nobel mükafatına layiq görülmüşdür. Yazıçının “Seçilmiş əsərləri”nə “Sözlər”, “Sahibin uşaqlığı” povestləri və müxtəlif hekayələri – “Diva”, “Herostrad”, “Otaq”, “İntim”, “Madrid markası” daxil edilmişdir. Jan-Pol Sartr tarixdə insan azadlığı problemini kəskin və geniş şəkildə qoymuş və onun elmi şərhini verməyə çalışmışdır. Müasir dünya ədəbiyyatı seriyasına daxil olan bu kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Аннотация
Əsərdə Azərbaycan xalqının milli oyanış dövrü hadisələri təsvir edilir və milli tarixi roman janrı nümunələrindən sayılır. Bununla belə, ailə-məişət məsələləri də geniş təsvir olunmuşdur. Yazıçı əsəri qələmə almağa 1957-ci ildə, ilk romanı olan «„Ayrılan yollar“» əsərinin nəşr olunmasının ardından başlamış və onu 1967-ci ildə tamamlamışdır. Hadisələr kiçik bir Azərbaycan kəndi olan Göytəpədə cərəyan edir. Roman kəndin ağası və nüfuzlu bir mülkədar olan Cahandar ağanın Allahyar adlı bir şəxsin həyat yoldaşı Mələyi götürüb qaçması ilə başlayır. Daha sonra hadisələr yüksələn xətlə inkişaf edir. Cahandar ağanın birinci həyat yoldaşı Zərnigar xanım olanlara narazılığına bildirərək Mələyi evdən qovmağa cəhd edir. Cahandar ağanın böyük oğlu Şamxal anasını haqlı sayaraq atası ilə toqquşur və evi tərk edir, kiçik oğlu Əşrəf isə atasının etirazlarına baxmayaraq, Qori Müəllimlər Seminariyasına oxumaq üçün gizlincə yola düşür. Cahandar ağa sonda kazakların əlinə keçməmək üçün Kürdə boğulmağa razı olur.
Аннотация
"Köhnə Bakı" əsəri XIX əsrin sonu-XX əsrin əvvəllərinin Bakısına həsr olunmuşdur. Bu əsərin hansı məqsədlə yazıldığını müəllif özü belə izah edir: "…Mən yarım əsrlik həyatımda bir çox hadisələrin şahidi olmuşam. İstər ata-babalarımızın adət və ənənələrində, istərsə də mənim müşahidələrimdə bir çox xarakterik cəhətlr vardır ki, həmin cəhətlər bugünkü gəncliyimiz üçün maraqsız deyildir… Buna görə də «Köhnə Bakı» adlandırdığım bu əsərdə keçmiş Bakının adətlərini, məşğələ və oyunlarını, tiplərini, «qəhrəmanlarını» yazıçı qələmi olmayan qələmimlə təsvir etməyə çalışmışam”. Heç şübhəsiz ki, sovet dövrünün ideoloji təsirləri əsərdə, xüsusilə də son abzaslarda özünü büruzə verir. Əsərin 1938-ci ildə, yəni Stalin repressyalarının tüğyan etdiyi bir dövrdə yazıldığını nəzərə alsaq, bu tamamilə təbiidir. Bu nöqsanlara baxmayaraq, bütövlükdə «Köhnə Bakı» xalqımızın zəngin etnoqrafiyasını öyrənmək baxımından çox qiymətli bir mənbədir.
Аннотация
Yazıçı Eyvaz Zeynalov yaşadığı 65 ildə nadir rast gəlinən macəralı həyat yaşayıb, həyatdakı missiyasını yaradıcılıqda, yazaçılıq sənətində görməsinə baxmayaraq, talenin tərs oyunları onu keşməkeşli yollardan keçirib, yaşamaq, ayağa durmaq, ləyaqətini qorumaq uğrunda hər zaman mübarizə aparıb. Gənc yaşlarında arzu etdiyi əsərləri yazmaq fürsəti olmasa da, əvəzində onlarca romana bəs edəcək zəngin həyat təcrübəsi qazanıb. Oxuculara təqdim olunan “Alın Yazısı” romanı əsla bir fantaziya məhsulu olmayıb, müəllifin şəxsən iştirakçısı olduğu hadisələrin xronikasıdır. “Alın yazısı”nın baş qəhrəmanı olan Edik yazıçı olmaq istəyir, amma həyat onu Rusiyanın, Ukraynanın müxtəlif şəhərlərinə aparıb çıxarır, düşdüyü mühit onu az qala, qadın düşkününə çevirir. Dörd dəftərdən ibarət olan bu əlyazma təyyarə qəzasında həlak olmuş bir gənc tərəfindən yazılıb və Fövqəladə Hallar Nazirliyinin bir zabiti onları qəzaya uğramış təyyarənin sərnişinlərinin əşyaları arasından tapıb. Bu naməlum gənc qısa ömründə elə yazıçının özü kimi, nadir rast gəlinən macəra dolu keşməkeşli bir həyat yaşayıb. İlk baxışda inanılmaz görünən əhvalatlar inandırıcı şəkildə qələmə alınıb. Ali təhsil alsa da uzaq ölkələrdə fəhləlik edən Edik zəngin həyat təcrübəsi qazanır. Həyatındakı saysız-hesabsız qızlardan birini ölümdən xilas edir və az sonra qürbətdəki işini atıb öz doğma rayonuna qayıdır. Həmin qız isə uzun axtarışlardan sonra Azərbaycana gəlib Ediki tapır. Bundan sonrakı hadisələrdən bizim xəbərimiz olmur. Çünki əlyazmanın son səhifələri yanıb. Yazıçı əsərin sonluğunu tamamlamağı oxucunun ixtiyarına buraxır. Romanda çoxlu intim səhnələr yer alır, amma bu intim səhnələrin hər biri həyatın özü qədər təbiidir.
Аннотация
Qafqaz günləri romanında XX əsrin əvvəllərinə aid olan Azərbaycan tarixi təqdim olunur, o zamanki adət-ənənələr, həyat tərzi, mədəniyyət haqda ətraflı məlumat verilir. Fransız dilində yazılmış roman avtobioqrafik faktlar üzərində qurulmuşdur. Məzmun Baninin şəxsi bioqrafiyası üzərində qurulub. Romanda Bakının bir çox zəngin ailələri, onlar arasında olan münasibət, bayram və yas mərasimləri, milli adət-ənənələr, zamanın əhval ruhiyyəsi müəllif tərəfindən dəqiqliklə və ustalıqla qələmə alınmışdır. Romanda gənc qəhrəmanın onu əhatə edən insanlara və mühitə münasibəti, müasirlərinin əhval-ruhiyyəsi onların baş verən hadisələrə münasibəti öz əksini tapmışdır. Öz evinin və Mərdəkandakı bağ evinin təsvirindən müəllif onun və yaxınlarının həyatına güclü təsir edən hadisələrin təsvirinə keçir. Bu əsərə erməni-azərbaycan qarşıdurması, Bakıda azərbaycanlılara qarşı törədilmiş qırğınlar, demokratik respublikanın qurulması və süqutu, nəhayət qırmızı ordunun Azərbaycanı işğalı və Bakıya daxil olması hadisələri daxildir. Banin babasının vəsiyyətinə əsasən onun və üç bacısının birdən-birə milyonçuya çevrilməsi, lakin onların «milyonçuluğunun» çox çəkməməsi, Azərbaycan qırmızı ordu tərəfindən işğal edildikdən sonra ailəsinin başına gələn faciələr haqda ətraflı yazır.Yazıçı ADR-in hökumətində nazir olmuş atası Mirzə Əsədullayevi, ata nənəsini alman dayə fröylen Annanı ən kiçik detalları belə nəzərdən qaçırmadan təsvir edir. Banin Novruz və Ramazan bayramının qeyd olunmasını çox maraqlı bir tərzdə təsvir edir.
Аннотация
"Əcəl zəngi" (ingiliscə «For Whom the Bell Tolls») – Ernest Heminqueyin 1940-cı ildə nəşr olunmuş əsəridir. Romanda cavan amerikan, ispan dili müəllimi, İnternasional briqadalarının döyüşçüsü olan Robert Cordanın İspaniya vətəndaş müharibəsində partizan dəstələrinə kömək etməsindən danışılır. Partladıcı-ekspert kimi ona körpünü partlatmaq tapşırılır. Bu çətin tapşırıqda ona kömək edənlər də olacaq, mane olanlar da. Burda o sevgisini tapacaq da, itirəcək də. Heminquey romandakı Mariyanı təsvir edərkən İnqrid Berqmanı təsəvvür etdiyini deyirmiş. Üç ildən sonra İnqrid Berqman eyniadlı filmdə Mariya obrazını canlandırmışdı. Romanın adı əsərin əvvəlində epiqraf kimi verilmiş XVII əsr keşişi, ingilis şairi Con Donnun moizəsindən götürülüb.
Аннотация
Onlar axsaya-axsaya çaya tərəf endilər. Qabaqda gedənin ayağı çay qırağına səpələnmiş daşlara dəyib büdrədi və o səndələdi. Hər ikisi bərk yorulmuş və taqətdən düşmüşdülər. Üzlərindəki ifadədən hiss olunurdu ki, uzun müddət çətinliklərlə üzləşmiş, hər cür mərhumiyyətlərə məruz qalmışdılar. Çiyinlərindəki qayış kəmərlə çəkilib asılmış , maral dərisindən olan kisədəki yüklər onlara əziyyət verirdi. İkisinin də tüfəngi var idi. Hər ikisi başlarını aşağı sallayıb belləri bükülmüş halda hərəkət edirdi. – Eh… O gizlətdiyimiz patronlardan ikicəciyi burda olsaydı, yaman olardı – deyə onlardan biri cılız səsi ilə dilləndi. Onun səsi əlini hər şeydən üzmüş adamın səsini xatırladırdı. Daşların üzərindən köpüklənə-köpüklənə axan, sanki südə oxşayan çaya yenicə girmiş yoldaşı ona cavab vermədi. İknci yolçu da çaya girdi.İkisi də ayaqqabılarını çıxarmamışdı.Su buz kimi soyuq idi. Suyun soyuqluğundan ikisinin də ayaqları, ayaq barmaqları keyimişdi. Çayın bəzi yerlərində su dizə qədər qalxırdı və onlar müvazinətlərini saxlaya bilməyib səndələdilər.
Аннотация
"Od gəlini" tragediyasını yazmaq fikri ilk dəfə Cabbarlıda 1924-cü ildə oyanmışdır. «Od gəlini» əsas etibarı ilə IX əsrdə baş vermiş tipik tarixi hadisələrə və bu hadisələrin başında duran xalq sərkərdəsi Babəkin ərəb işğalçılarına qarşı mübarizəsinə həsr edilmişdir. Əsərin ilk variantı 1925-ci ilin ortalarında hazır olduğu halda, Cabbarlı onun üzərində tam üç il də işləmiş, təkmilləşdirmiş və ancaq bundan sonra teatra vermişdir. 1928-ci ildə dramaturq «Od gəlini» pyesi ilə tarixi mənşəyinə görə problematik, zamanına görə aktual bir mövzuya müraciət etmişdi. Əsər ilk variantında 38 şəkildən ibarət pyes kimi qələmə alınmış, tamaşaya hazırlıq prosesində isə 18 şəklə endirilmişdir. Sovet tənqidinin «ateist ruhlu», dinə qarşı mübarizədə çox təsirli əsər kimi qiymətləndirdiyi faciədə konkret olaraq islam və onun ziyanlı cəhətlərinin təsviri yoxdur, lakin ərəblərin Azərbaycanda işğalçılığını, soyğunçuluğunu, xalqın adətlərinə, dininə, heysiyyatına təcavüzünü əks etdirən səhnələr bir-birini əvəz edir