Аннотация

""Hacı Murad"" – Lev Tolstoy tərəfindən 1896-1904-cü illərdə dram janrında yazılmış qısa romandır. İlk dəfə 1912-ci ildə, Tolstoyun ölümündən iki il sonra nəşr edilib, kitab şəklində isə 1917-ci ildə oxuculara təqdim olunub. Tolstoyun axırıncı romanıdır. Kitab baş qəhrəman avar Hacı Muradın şəxsi ədavətinə görə hər zaman döyüşdüyü ruslarla əlbirlik etməyindən bəhs edir. Qardaşı Serqeyə yazdığı məktublardan aydın olur ki, Tolstoy ilk dəfə Hacı Murad haqqında Qafqazda xidmət edərkən eşidib. Romanın əvvəlində təsvir olunan qanqal əslində Tolstoyun qaldığı yerin yanında yetişir və Tolstoy bunu görərkən Hacı Muradı xatırlayır və onun haqqında yazmağı fikirləşir. Romanı yazarkən Tolstoyun yaşlı illəri olduğundan sağlığı xeyli zəifləmişdi. Məktublarında da bunu qeyd edirdi. Roman üzərində işləyərkən isə bir qədər özünü canlı hiss etdiyini vurğulayırdı və sadəcə onu tamamlamaq haqqında düşünürdü, nəşr etdirmək fikri isə yox idi. Tolstoyun romanı 19-cu əsrin ortalarında Qafqazı əhatə edir. İmperiyanın işğalı zamanında Çeçen və Rus militantları arasında qarşıdurmalar baş verir. Rus qüvvələrinin ən böyük məqsədi o idir ki, imperiyalarının ərazisini böyütsünlər. Hacı Murad haqqında yazdığı romanda Tolstoy əsgərlikdə olan vaxtında gördüklərini təsvir edir, hətta 1851-ci ildə qardaşına yazdığı məktubda deyirdi: «„Əgər xəbərlərlə lovğalanmaq istəyirsənsə, o zaman bil ki, Hacı Murad bir neçə gün öncə Rusiya Hökumətinə təslim oldu. Onda əsl şeytan cəsarəti var və o, bütün çeçenlərin qəhrəmanıdır, lakin pis əməlləri eləməyə məcbur edilmişdir.“» Romanın hadisələrin baş verməsindən təxminən əlli il sonra yazılmasına baxmayaraq, Tolstoy Rusiya sivilizasiyasnını həmin dönəmlərini təsvir edir və tənəzzülə uğrayan bürokratiya ilə sağlam bir dağlının həyatını göstərir.

Аннотация

Şəhər darvazasının ağzında bir aslan heykəli var idi.Bu, Həmədanınhimayəçisidir.Bunun üzərinə oturub, şəhərin saraylarına, atəşgədələrinə, qüllələrinə, bağ-bağçalarına son dəfə olaraq tamaşa etməyə başladım.Bu əsnada aslanın arxa tərəfində gözümə bir xoruz dəydi. Ağ və gözəl xoruz idi. Bu xoruzu tanıyıb heyrət etdim, Jinduqtun idi, üç gün əvvəl itmişdi. Xoruza yanaşdım, heç də ürkməyərək qucağıma atıldı. Bağrıma basdım, bərabərcə yola düşdük…

Аннотация

Bakı 1501 – Əzizə Cəfərzadənin Şah İsmayıl Səfəvi və onun Bakıya yürüşu tarixinə həsr olunmuş ilk dəfə 1981-ci ildə nəşr edilmiş roman. Əzizə Cəfərzadənin “Bakı-1501” romanı Şah İsmayıl mövzusunda yazılmış ilk tarixi romandır. Bundan sonra Fərman Kərimzadə “Xudafərin körpüsü” (1987), Əlisa Nicatın “Qızılbaşlar” romanları (1982) Səfəvilərin hakimiyyəti və o dövrdə baş verən tarix hadisələr eləcə də Şah İsmayıl Xətai şəxsiyyəti sərkərdəliyi ön plana çıxıb. Əzizə Cəfərzadə “Bakı-1501” romanı Şah İsmayılın bütün həyatı deyil, əsasən, 1501-ci ilə qədər olan tarixi hadisələr izlənir. Əslində, Şah İsmayıl Xətai mövzusuna dönüşün əsasını Əzizə Cəfərzadə bu əsəri ilə qoyduğunu demək olar. Yazıçı bu əsərində Şah İsmayılın Şirvanşah Fərrux Yassar ilə apardığı mübarizə və Bakını ələ keçirməsihadisəsi üzərində dayanır. Bu tarixi roman çoxfəsilli olmamış cəmi üç fəsildə (Bakı-1501, Qanlı-qadalı illər,hökmdarın şair ürəyi) verilmişdir. Romanın baş qəhrəmanının Şah İsmayıl Xətai olması yazıçıya həmin dövrün hadisələrinə nəzər salmağa imkan verir. Romanda Şah İsmayıl həm bir şah, həm şair, həm də bir səyyah kimi təsvir edilir. Yazıçı Şah İsmayıl obrazını, həm vətəninin mövcud vəziyətini təsvir edir, həm də onu xalqının, vətəninin gələcəyini düşünən sərkərdə və bir şah olaraq təsvir edir. Burada Şah İsmayılın uşaqlığı, taxta çıxması, şair kimi fəaliyyəti təsvir olunmuşdur. Bu romanda Əzizə Cəfərzadə birtərəflilik göstərmir, obrazı təsvir edərkən onun üstün xüsusiyyətləri ilə yanaşı qüsurlarını da göstərir. Həmçinin Şah İsmayılın milli şüurunu, vətənpərvərlik duyğularını da göstərmişdir. Romanda Şah İsmayıl Azərbaycan hökmdarı, Azərbaycan dövlətinin yaradıcısı kimi səciyələndirilir. Romana nəzər saldıqda görürük ki, burada Şah İsmayılın uşaqlığı xatırlanır və uşaqlıq dövründə belə Şah İsmayıl təmkinli, geniş dünyagörüşlü,açıq fikirli, gözüaçıq bir uşaqdır. Uşaqlığından o hökmdar kimi yetişdirilmiş və ona hökmdar şeyx kimi münasibərt göstərilmişdir. Onun yaçı ona olan münasibətə zərrə qədər də təsir göstərə bilmir. Şah İsmayıl səfərə çıxması və Kürü necə mərdliklə keçməsi, qoşunu öz arxası ilə aparması şeirlərinin qoşunda ruh yüksəkliyi yaratması romanda geniş əksini tapmışdır. Romanda Şah İsmayıl obrazı ilə yanaşı hakim Mirzəli, Bəhram qazi, Bibixanım-Sultanım, Aytəkin, Rəhim bəy, İbrahim və başqa surətlər də yaradılmışdır. Əsərdə yazıçı oxucuya belə müraciət edir: “Əziz oxucu, bu böyük mübarizə meydanında sən Bibixanım Sultanım, Aytəkin, İbrahim və o vaxtlar şeyx oğlu şah kimi tanınan Şah İsmayıl Xətai ilə görüşürsən. Bu görüşdə Bibixanım-Sultanım, Aytəkin və İbrahim hərəsi öz anlayışınca şiəlik təriqətinin başçısı,on dörd ildə on dörd əyalət fəth etmiş sərkərdə, hökmdar və ən incə məhəbbət qəzəlləri qoşmuş, “Dəhnamə” müəllifi şair Xətaini dərk etməyə çalışacaq”. Romanın epiloqunda Şah İsmayıl şəxsiyyətinin və mübarizəsinin simvolu kimi dil, qeyrət, və vətən sevgisi göstərilmişdir. Roman bu cümlə ilə bitir. Sizə üç əmanət qoyub ərən babalar: dilimiz, qeyrətimiz, vətənimiz-can sizin can onlar əmanəti. Onu da qeyd edək ki, Şah İsmayılın dilindən deyilən bu sözlər Əzizə Cəfərzadənin məzar daşına da yazılmışdır “Sizə vəsiyyətim: dilimizi, qeyrətimizi, Vətənimizi qoruyun”.[1] Fərman Kərimzadə “Xudafərin körpüsü” romanını yazarkən ilk dəfə idi ki, belə bir mövzu haqqında düşünürdü. Burada Şah İsmayılın uşaqlılq illərini, hakimiyyət başına keçməzdən əvvəlki dövrü təsvir etməklə onun mühitinə nəzər salır. Mövcud ictimai-siyasi mühiti canlandırmağa çalışır. Yazıçı buna nail olur.Burada Şah İsmayıl obrazı tarixi həqiqətə uyöun olaraq işlənib. O bir sərkərdə dövlət adamı olmaqla yanaşı. Həm də bir xalq, el adamıdır.O düşüncə, arzu və istəklərilə yalnız özünü deyil, bütün Azərbaycan xalqını təmsil edir.Ona görə də yazıçı onu daim xalqla birgə təsvir edir. Şah İsmayılın apardığı mübarizə şəxsi mübarizə deyil, xalqın mübarizəsidir. Əlisa Nicatın “Qızılbaşlar” romanında isə Şah İsmayılın ayrı-ayrı döyüş səhnələrindən danışılır və onun vətən, xalq yolunda atdığı addımlardan bəhs edilir.Onun əsas qayəsi Azərbaycanda ağalıq edən yadları burdan çıxarmaq, Azərbaycan torpağında hökmdarın bir azərbaycanlı olmasını təmin etməkdən ibarət olmuşdur. Yazıçı Şah İsmayılı xalqın məhəbbətini, rəğbətini qazanan Azərbaycanın vahidliyini düşünən və bunu həyata keçirən bir qəhrəman sərkərdədir. Bəzən onun vətən haqqında düşüncələri roman qəhrəmanlığından çıxaraq, dramaturgiya qəhrəmanlığına çevrilir (Vətən! Vətən! Vətən, sən nə qədər əziz və gözəlsən. And içirəm nə qədər ki, sağam sənin qızıl torpaqların tapdaq altında qalmayacaq…) Şah İsmayıl obrazı bir neçə yazıçı tərəfindən yaradılmasına baxmayaraq onun mükəmməl obrazının yaradılmasını demək çətindir. Dövr ziddiyyətli və çətin olduğu kimi ona yanaşmalarda müxtəlif və ziddiyyətlidir.

Аннотация

İngilis yazıçısı və alimi Herbert Corc Uells uşaq yaşlarından elmə və ədəbiyyata böyük maraq göstərmişdir. 17 yaşında ikən Kral Elmi Cəmiyyətinin kollecində təhsil alan Herbert 25 il sonra bu cəmiyyətin prezidenti seçilmişdir. Biologiya və fiziologiya doktoru Herbert Uells yazdığı bədii əsərlərdə öz elmi biliklərindən məharətlə istifadə etmişdir. Onun qələmə aldığı «„Görünməz adam“», dünya elmi-fantastik ədəbiyyatının şah əsərlərindən sayılır. “Görünməz adam” 1897-ci ildə Həftəlik Pirsonunda ardıcıllıq şəklinə salındı və həmin ildə roman kimi nəşr edildi. Əsərdə alim görünməz olmaq üçün öz üzərində təcrübə aparır və bu prosesi müvəffəqiyyətlə yerinə yetirir, ancaq hadisələrin gedişində müvəffəqiyyətsizliyə uğrayır. İngilis kəndinin yaxınlığındakı mehmanxanada hər zaman uzunqollu paltoda və əlcəklərdə naməlum adam yaşayır. O həddindən artıq tərki-dünyadır, tündməzacdır və qaraqabaqdır. O bir sıra kimyəvi preparatlar ilə işləyir və onun otağında müxtəlif aparatlar var. Qrifon adlanan bu adamın pulu tükənmişdir və o pansiona borcunu ödəmək üçün yollar axtarırdı. Kənddə sirli oğurluq hadisəsi baş verir. Pansionun sahibəsi pul tələb edəndə, o onun hesabını ödəyir və binanı tərk edir, o ona düşmənçiliyin baş qaldırılmasında onun Naməlumu qabaqcadan hiss etmək üçün cəhd alt-üst edilir, nə vaxt o onun görünməzliyindən öz xeyrinə istifadə etmək (aldatmaq) üçün, onun iddialı kaperlərini qaytarmaq üçün soyunur və təpələrə qaçır. Görünməz adamın görünməzliyindəki kiçik fəqət həqiqətə zidd ən önəmli nöqtə gözləridir. Görünməz adam görülməməlidir, amma o ətrafını görməlidir. Baxdığı şeyi görməsi, təsvirin gözünün retinası üzərində meydana gələ bilməsi üçün işığın göz təbəqələrindən sınaraq da olsa keçməsi, retinaya çatması vacibdir. Onda da görünməz adamın, gələn işığın bir qismini udan, bir qismini isə əks etdirən gözləri görünər. Meşədə qaranlıqda gizlənən və görülməsi mümkün olmayan bir heyvanı da elə parıldayan gözləri ələ verər. Tam bir görünməzliyin olması üçün gözlər olmamalıdır.

Аннотация

Roman avtobioqrafik sayılır. Yazıçı birinci Dünya Müharibəsində italyan cəbhəsində Qızıl Xaçın könüllüsü kimi iştirak edib. Milanda yaralanıb hospitala düşən Heminquey tibb bacısına aşiq olub. «„Əlvida, silah!“» üslub gözəlliyi və ifadəliliyi baхımından Heminqueyin ən yaхşı əsəri sayılır. Romanın adlarına gəlincə, yazıçı onu əvvəlcə «Savaşda eşq», «Gözoxşayan», «Vaxt da yetər, sülh də», «„Silahlara əlvida“» adlandırmaq istəyib. Ən sonda, «Əlvida, silah!» (1929) adının üstündə dayanıb.

Аннотация

Bir sıra maraqlı tarixi-bioqrafik əsərlər müəllif, tanınmış Amerika yazıçısı İrvinq Stounun “Yaşamaq yanğısı” sənədli povesti milliyyətcə flamand (hollandiyalı) olan dahi fransız rəssamı Vinsent Van Qoqun keşməkeşli həyatına, bənzərsiz yaradıcılığına həsr olunmuşdur. Yazıçının böyük ürək yanğısı ilə canlandırdığı Van Qoq obrazı bütöv bir şəxsiyyət olmaqla inandırıcı və parlaqdır. Müəllifin özünəməxsus təhkiyəsi ilə əsərin bir sıra personajları da tarixi və psixoloji səciyyə daşıyır.

Аннотация

""Sirlər Xəzinəsi"" (fars مخزنالاسرار Məxzənül-əsrar) – Nizami Gəncəvinin ilk iri həcmli əsəridir. Yaxın və Orta Şərq ədəbiyyatında didaktik poema janrının ən qiymətli nümunəsi olan[1] bu əsər şairin yaradıcılığında epik şeir sahəsində ilk qələm təcrübəsi idi. Əsər hicri tarixilə 570-ci ildə yazılmışdır ki, miladi təqvimilə 1174-1175-ci illərə uyğun gəlir. «„Sirlər Xəzinəsi“» zahirən Nizamiyə qədər Yaxın və Orta Şərq ədəbiyyatında geniş yayılan didaktik əsərlər silsiləsinə daxildir. Mövzuca, məqsədcə müəyyən dərəcədə «„Kəlilə və Dimnə“», «„Qutadqu bilik“», «„Hədiqətül-həqiqə“», «„Siyasətnamə“», «„Qabusnamə“», «„Cəhar məqalə“» və sair kimi əsərlərə yaxın olan «„Sirlər Xəzinəsi“» həm də onlardan fərqlənir. Nizami sanki özünəqədərki didaktik ədəbiyyatı yekunlaşdırıb ona daha yüksək humanist[2] və demokratik[2] istiqamət vermişdir. Poema müxtəlif məsələlərə həsr edilmiş müqəddimə, məqalətlər və bu məqalətləri epik lövhələrlə əks etdirən kiçik hekayələrdən ibarətdir. Kitabın tamamlanması haqqında kiçik bəhslə poemaya yekun vurulur. Başlanğıcda şair tovhid, minacat, nət adlı başlıqlar altında Allahdan, peyğəmbərdən söhbət açır, islam dini ehkamları çərçivəsində onları tərifləyir. Zamanın tələbinə uyğun hərəkət edən şair bu bəhslərin özündə belə ənənəvi dini ifadələrlə olsa da, çox ciddi ictimai problemlərə toxunur. Nizaminin sənətkar mövqeyi bu hadisələrə münasibətdə də açıq-aydın diqqəti cəlb edir; şair oxucunu həyəcanlandırır, şairin əfvali-ruhiyyəsi, ürək təlatümləri oxucuya da sirayət edir. Məlum olur ki, bütün bu təriflər, müraciətlər əsil mətləbə keçmək üçün bir bəhanədir. Zəmanəsindən son dərəcə narazı olan şair Allaha və peyğəmbərə də böyük ideallar naminə müraciət edir, qədim düzlük və doğruluq, təmizlik dövrünün, islamın ilk illərinin həyatını qaytarmağa çağırır. Nizaminin ədalətli insan cəmiyyəti haqqında siyasi-ictimai-əxlaqi fikir və düşüncələri, Şerin epik-lirik janrda ilk qələm təcrübəsi olan «„Sirlər Xəzinəsi“»ndə hər biri ayrı-ayrılıqda bitkin bir sənət əsəri olan iyirmi məqalə və müqəddimədə pərakəndə halda, dağınıq verilmişdir. Bu pərakəndəliyə baxmayaraq iyirmi əsas məqalə və bədii müqəddimədə qoyulmuş mövzu və ideyalar məntiqi surətdə bir-biri ilə bağlanıb əsərin vahid mövzu və ideyasını ifadə edir. İctimai əmək, yüksək və aşağı təbəqə üzvlərinin əxlaqi keyfiyyətləri, cəmiyyətin qurulmasında şer və şairin rolu kimi mövzu və ideyalar bütünlükdə baş mövzunun, ədalətli insan cəmiyyəti haqqında fikir və düşüncələrin işıqlandırılmasına xidmətdədir. H. Araslı “Sirlər Xəzinəsi”nin əsas ideya və mövzusunun ədalət və əmək mövzusu olduğunu, ümumiyyətlə bu mövzuda dövrün mühüm ictimai-siyasi və əxlaqi məsəllərinin öz əksini tapdığını qeyd edir.[3] Y. E. Bertels “Sirlər Xəzinəsi”nin mövzusundan danışdıqda əsərin əsasında şairin ədalət və əmək haqqında fikirləri, verilən sözün üstündə durmaq, rəhmli olmaq, qızıla nifrət, həqiqi dostluq kimi əxlaqi məsələlərin durduğunu göstərmişdir.[4] F. Qasımzadə “Sirlər Xəzinəsi”nin ayrı-ayrı məqalələrində qoyulmuş mövzu və ideyaları əsasən ədalət, əmək və əxlaq kimi üç istiqamətdə qruplaşdırıb təhlil etməyin mümkün olduğunu qeyd edir.

Аннотация

Yeddi gözəl (fars هفت پیکر – Həft Peykər) – Nizami Gəncəvinin «„Xəmsə“» toplusuna daxil olan dördüncü poemadır. Əsər 1197-ci ildə, fars dilində yazılmışdır. Nizami bu poemanı Ağsunqurlar sülaləsindən olan Marağa hakimi Əlaəddin Körpə Arslana həsr etmişdir. Poemanın adını hərfi şəkildə həm “Yeddi Portret”, həm də “Yeddi Gözəl” kimi tərcümə etmək olar. Əsərin adında metaforizm vardır. Nizami bilərəkdən söz oyunu edərək, əsərə bu cür iki anlamlı ad vermişdir. Poema həm də “Yeddi Gümbəz”, Baburnamədə «„Həft Elahah“» (azərb. Yeddi İlahə) adı ilə tanınır. Əsərin süjetinin əsasında Sasani şahı Bəhram Gur (420-439) haqqında əfsanə durur. Poemanın demək olar ki, yarısı, qədim mifologiyaya uyğun olaraq hərəsi bir planetə və ya həftənin gününə uyğun rəngli saraylarda yaşayan yeddi gözəlin hekayələrindən ibarətdir. Yeddi gözəl poeması erotik ədəbiyyatın şah əsərlərindən biri olsa da, ciddi mənəvi anlama malikdir.

Аннотация

Hindistandan Kanadaya gedən yük gəmisi içindəki bütün canlılarla birlikdə batır. Bir xilasetmə qayığı ucsuz-bucaqsız Sakit Okeanın ortasında yalnız qalır. Gəmidən sağ qalanlar bir kaftar, bir zebra, bir oranqutan, Riçard Parker adlı 300 kiloqramlıq bir Benqal pələngi və Pi adlı 16 yaşlı bir uşaq olur. Pi`nin heyvanxana idarə edən ailəsi isə gəmi ilə birlikdə suda batır. Pi yanındakı heyvanlarla birlikdə həyat uğrunda mübarizə aparmağa başlayır. Qayıqda pələnglə tək qaldıqda onunla razılaşmağın və dil tapmağın yollarını axtarmağa başlayır. Qeyri-adi səfər zamanı Pi möcüzəli bir ada ilə də qarşılaşır…

Аннотация

Əgər təbiətin sərt üzü görünərək dəryanı təlatümə gətirərsə, Qocanın taleyi əbədi sularda qərq olar. Bununla da, solğun çıraqların şölələri altında mürgü vuran qəsəbəsi üçün bir neçə yoxsul xatirələr saxlamış olar. Əslində həyatın görünməyən əsrarı da Qocanın bu mühakimə və mülahizələrindədir. Özüylə filosofsayağı ünsiyyət qurması onu göstərir ki, biz bu uzaq səyahəti təkcə Qocanın yaşamaq haqqına bağlamalı deyilik. Təsvirə sığmayan davranışlar və mühakimələr hadisələrin məzmununa dinamiklik və dolğunluq gətirir. Doğrudur, burada yoxsulluq və təbiilik, ülviyyət və yaşamaq əlacsızlığı üz-üzə dayanır. Yaşamaq, mövcud olmaq istəyi insanı əlacsızlaşdırır. O, ali səviyyələrə qalxmaq istəyir, ancaq yaşamaq, yəni cismani həyat onun ayağından tutub dala çəkir. İnsan öz həyati istəklərinin dalınca qoşduqda ülviyyətdən uzaq düşür. əlacsızlıq ucbatından ali duyğularından keçməli olur. Bunu biz balıqçının öz dilindən də eşidirik: «Balıqçı olmağım bir yandan öldürmək üçündürsə, o biri yandan çörək ağacımdır». (Həmin əsərdən).