ТОП просматриваемых книг сайта:
Аудиокитаб ООО
Все книги издательства Аудиокитаб ОООАннотация
Qumarbaz (rus. Игрок) – Fyodor Dostoyevskinin gənclik illərini, dramatik eşq və qumar ehtirasını ən çılpaq halı ilə qələmə aldığı əsərlərindən biri. İlk böyük romanı olan və geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanan «Cinayət və cəza»dan sonra nəşriyyat ilə imzaladığı müqaviləyə əsasən yazıçı bu romanı vaxtında yazıb bitirə bilmək üçün stenoqraf tutmaq məcburiyyətində qalmışdır («Qumarbaz» romanını 25 gün içərisində təhvil verməyəcəyi təqdirdə o, sonra yazacağı romanlara görə hər hansısa qonorar tələb edə bilməyəcəkdi). Sonralar F.Dostoyevski özündən xeyli gənc olan bu stenoqraf xanımla – Anna Qriqoryevna ilə evlənmişdir. Roman 25 gündə tamamlanmışdır.
Аннотация
Vaqif – Səməd Vurğunun Molla Pənah Vaqifə həsr edərək 1937-ci ildə yazdığı mənzum dramdır. Bu əsər S.Vurğunun yaradıcılığının zirvəsidir. Dram heca vəznində yazılmışdır və tarixi mövzudadır. «„Vaqif“» ədəbiyyatımızda əsası ilk dəfə Cəfər Cabbarlı tərəfindən qoyulmuş tarixi qəhrəmanlıq dramıdır. «„Vaqif“» 1937-ci ildə yazılıb və 1938-ci ilin 5 oktyabrında tamaşaya qoyulub. «„Vaqif“» dramını 3-4 həftə ərzində, heyrətləndirici bir sürətlə tamamlayan S.Vurğun əsərdə Molla Pənah Vaqifin faciəli həyatını, şair böyüklüyünü, insanlıq kamilliyini ustalıqla, məhəbbətlə əks etdirmişdir. Pyes S.Vurğunun yazdığı ilk səhnə əsəridir. «„Vaqif“» dramına görə Səməd Vurğun 1941-ci ildə «„Stalin mükafatı“»na layiq görülmüşdür. Əsərin əsas mövzusu görkəmli şair M.P.Vaqifin həyatı və Azərbaycan xalqının XVIII əsrin sonlarında xarici hücumlara qarşı mübarizəsidir. Əsərin əsas konfiliktini Ağa Məhəmməd Şah Qacarla ona qarşı duran Azərbaycan qüvvələrinin müstəqillik uğrundakı mübarizəsi təşkil edir.Süjetin mərkəzində qüvvətli şəxsiyyətin durmasına baxmayaraq, hadisələr miqyaslı xalq dramı və sosial dram məcrasında cərəyan edir. Pyes boyu sanki güclü yeraltı təkanın uğultusu kəsilmir, uzun-uzun illər feodal hakimlərin zülm etdiyi məzlum təbəqələrin səbr kasasının daşacağı anı tamaşaçı intizarla gözləyir. Lakin «„Vaqif“» – həm də şair və onun taleyi barədə dramdır. Pyesdə «„şairin taleyi“»– elin taleyinə qaynayıb qarışır. Vurğun Vaqifi xalqa, elə arxalanır, onun qəhrəman, zəhmətkeş və sənətkar oğullarına qarşı təşkil edilən və planlı şəkildə idarə olunan hakim zorakılıqla barışmır, təkcə öz mövcudluğu ilə hər cür fiziki və mənəvi müstəbidliyə müqavimət göstərir. Müstəbid və ziyalı problemi həm Vaqif- İbrahim xan, həm də Vaqif Qacar xətlərində qoşa davam etdirilir.
Аннотация
"Yeni" ilə «köhnə» – yəni çadranı atmaq və ya çadranı örtmək C.Cabbarlının «Sevil» əsərində ictimai ziddiyyət kimi qarşılaşdırıldığı üçün C.Cabbarlı «Sevil» əsərində bu problemdən çox gözəl istifadə etmişdir. C.Cabbarlı cəmiyyətin əsası olan ailədə bu qarşılaşmanı çox bariz şəkildə verdiyi üçün «Sevil» əsəri bir növ həyatın özü, zamanın səsi idi. C.Cabbarlı hökumətin tədbirlərindən yararlanaraq Azərbaycan qadınının inkişaf perspektivlərini göstərməyə çalışırdı. "Sevil" pyesində əsas dramaturji konkflikt zahirən Balaşla Sevil arasında ziddiyyət kimi görünür. Əslində Balaşla Sevil arasındakı ziddiyyət ər-arvad arasında bütün zamanlarda, bütün xalqlarda özünü göstərən şəxsiyyət, xarakter müxtəlifliyindən doğan ailə konflikti deyil, əsrin öz konfliktidir. Cabbarlı Sevilin simasında Azərbaycan qadınının mübarizəsində onun təkamül prosesini göstərməyə çalışdı. Belə ki, əsərin əvvəllərində gördüyümüz Sevil sonrakı şəkillərdəki Sevil deyil. O, artıq günün, əsrin qadınıdır. O, indi eyhamlarla, qəhqəhələrlə danışır. Bu qəhqəhələri, bu eyhamları ilə Balaşdan intiqam alır. Bu intiqamın özü də bir şəxsin bir şəxs üzərindəki qələbəsi, intiqamı deyil, öz haqqını axtarıb tapan qadının qələbəsi və intiqamıdır. Beləliklə, C.Cabbarlı böyük bir dramaturji ustalıqla əsrlər boyu yaranmış təzadları, onun inkişaf yollarını təsvir etməyə çalışmışdır. Bu mənada «Sevil» pyesi həm əxlaqi-tərbiyəvi xüsusiyyətləri, həm də qəhrəmanların tipikləşdirilməsi baxımından əsl sənət nümunəsi oldu. C.Cabbarlı Sevili ideallaşdırır, onu sevdirməyə, onun hər addımını təqdir etməyə çalışırdı. C.Cabbarlının əsərlərinə, bu əsərlərindəki personaclara rəmzi adlar verildiyi bir həqiqətdir. Almaz, Yaşar, Oqtay Eloğlu, Gülüş, Dönüş kimi. Bu, ədəbiyyatda bir yenilik idi. Bu adlar gəlişi gözəl bir mənada deyil, hər personajın və əsərin xarakterinə uyğun olaraq seçilirdi. «Sevil» əsərinin qəhrəmanı Sevil də bu mənada bir rəmz idi. C.Cabbarlıya görə hüququ və azadlığı müəmmalı olan hər bir qadın özünü yetişdirməyi, dəyişməyi, döyüşməyi bacarmalı və bacarığına görə də sevilməli, təqdir olunmalıdır. Əsərin əvvəllərində hüquqsuz, itaətkar, müti, avam bir qadın olan Sevil yavaş-yavaş öz hərəkəti, davranışı, biliyi ilə ətalətdən çıxır, dəyişir, dəyiə-dəyişə də hamı tərəfindən sevilməyə başlayır. Demək, C.Cabbarlı Sevil adını məqsədli yaratmış və əsər boyu öz qəhrəmanını bu məqsədlə inkişafda vermiş, onun sevilməsinin bütün atributlarını verə bilmiş, Sevil adını bir məqsədlə yaratdığını ifadə edə bilmişdir. Sevil daxili-mənəvi bir inkişafla böyüyür, dəyişir və bu müsbət dəyişiklik onu sevdirir. O, sevilməyə, təqdir olunmağa başlayır. Ta şifahi xalq ədəbiyyatından başlamış XX əsrin əvvəllərinə qədər Azərbaycan yazıçı və ictimai xadimlərinin qadın azadlığı haqqında mülahzələri, qadın azadlığı ətrafında XX əsrin əvvəllərində Azərbaycan mətbuatında gedən mübahisələr işığında C.Cabbarlı «Sevil»də qadın azadlığına öz münasibətini şərh etdi. «Sevil» pyesi Azərbaycan qadınının azadlıq tarixinin bir epoxada bədii əksi oldu. Göründüyü kimi, C.Cabbarlını «Sevil» ə gətirən köklər, böyük tarixə malik olan ədəbiyyatımızın öz ənənəsindən gəlib çıxırdı. C.Cabbarlı böyük tərbiyəçi olan sələflərinin əsərlərində dilə gətirdikləri qadına münasibət məsələləsini yeni əsrdə yaranan şəraitə uyğun olaraq bədii əsərə gətirdi, onun reallığının bədii dərkini ifadə edə bildi. "Sevil" XXI əsrin astanasında da öz həyatını yaşayır. Bir tərəfdən çadralılar artmağa başlayır, digər tərəfdən açıq-saçıq geyinmiş yarıçılpaqlar. "Sevil" in birinci pərdəsində belə bir epizod var. Açıq-saçıq geyinmiş Dilbər (Edilya) bir otaqdan, çadraya bürünmüş Sevil isə başqa otaqdan çıxıb üz-üzə gəlirlər və hər ikisi qışqıraraq geri dönürlər. Bu vahimənin səbəbi odur ki, Dilbər Sevili çadrada görəndə guya vahimələnib qışqırır, Sevil isə Dilbəri açıq-saçıq geyinmiş görərkən heyrətdən və xəcalətdən qışqırır. "Sevil" də qaldırılan məsələ bu gün üçün keçilmiş etap kimi görüsə də, bütövlükdə əsər öz aktuallığını itirməmiş, qadına köhnə münasibətin qalıqlarına qarşı bu günlə səsləşir. Qadındakı təkamül, inkişaf, dünyaya baxış, hüququnu və haqqını dərk məsələsini cəmiyyətin mövqeyindən həll etmək baxışından «Sevil» dramı bu gün də ədəbiyyatımızda öz üstün mövqeyini mühafizə etməkdədir. Bu gün də bəşəriyyətin qarşısında duran ən nəcib və şərəfli vəzifələrdən biri qadın, onun cəmiyyətdəki rolu ideyasının tənzimlənməsidir.
Аннотация
Hüseyn Cavid 1935-ci ildə yenə Şərq klassik poeziyasının dahilərindən birinə müraciət edib. Bu dəfə o, mütəfəkkir fars şairi Ömər Xəyyamın həyatına müraciət edərək “Xəyyam” adlı dramını yazıb. Dram 1935-ci ildə keçirilən pyeslər müsabiqəsində üçüncü mükafata layiq görülüb. Filosof mütəfəkkir Xəyyamın yaradıcılığı və keşməkeşli həyatı Hüseyn Cavidi gənc yaşlarından maraqlandırıb. Dramaturq rübai ustasının on altı müxtəlif poetik nümunəsini farscadan əruzun müxtəlif bəhrlərində dilimizə çevirərək öz əsərinə daxil edib. Əsərdə müəllif ideyanın mahiyyətinə uyğun olaraq, müxtəlif psixoloji hadisələrin təsvirində Xəyyamın poetik nümunələrindən iğtibaslar edib. Həmin iğtibaslar Xəyyamın həyat, insanlıq, məhəbbət, xeyirxahlıq fəlsəfi düşüncələri ilə səsləşir, dramatizjmi gücləndirir. İlk dəfə 1963-cü ildə çap edilmiş dramda Xəyyamla yanaşı, dövrünün böyük diplomatı Xacə Nizam (Nizamülmülk Əbu Əli Həsən ibn Əli), ismaililər hakimiyyətinin banisi Həsən Sabbah, İran Səlcuqlar sülaləsinin ikinci hökmdarı Alp Arslan, Alp Arslanın oğlu, səlcuqların üçüncü hakimi Məlikşah Cəlaləddin, Abbasiyə xilafətinin iyirmi yeddinci xəlifəsi Müqtədbillahın (Abdulla ibn Əhməd) maraqlı bədii surətlərini yaradıb. Eyni zamanda bədii təfəkkürün məhsulu olan Sevdanın (Xəyyamın sevgilisi) canlı xarakterini qələmə alıb.
Аннотация
Azərbaycanın müsəlman şərqində nail olduğu bir çox ilklər, o cümlədən ilk konstitusiya Nəriman Nərimanovun adıyla bağlıdır. Nərimanov hakimiyyəti dövründə Azərbaycan xalqının adət və ənənələrinə dərin hörmət verilmiş, bütün dini və ənənəvi bayramlar rəsmi olaraq qeyri-iş günü hesab olunmuşdur. O, siyasətçidən əlavə bir maarifpərvər və dramaturq-yazıçı kimi Azərbaycan tarixində mühüm rol oynamış, ilk qiraətxananı açmışdır. Ədəbiyyatçı kimi Azərbaycan milli romanının («Bahadır və Sona») və ilk tarixi faciənin («Nadir şah») banisi kimi qalır. Onun hakimiyyəti dövründə bütün qonşu respublikalarla dostluq münasibəti saxlanılmışdır. Məsələn Türkiyədəki Qurtuluş Savaşına böyük dəstək vermiş və nəticədə Türkiyənin xəritədən silinməsinə qarşı verilən mücadələdə onlara böyük dəstək vermişdir. Daha sonralar Atatürk ona bu köməkliklərinin əvəzini verməyi təklif etdiyində isə N.Nərimanov ona «Paşam, Türk millətində bir ənənə vardır, qardaş qardaşa borc verməz, qardaş hər durumda qardaşının əlindən tutar.» deyə cavab göndərmişdir.
Аннотация
Əgər sən yaxın olmağa hazırsansa, qarşındakının da yaxın olmasına yol aça bilərsən. Sənin açıqlığın onun açıq olmağını asanlaşdırar. Sənin təbiiliyin, onun təbiiliyinə, məsumluğuna, güvəninə, sevgisinə, açıqlığına izn verir. Sən olmasan, bu bəşəriyyətin şeirində, gözəlliyində bir şey əskik qalar. Bir musiqi, bir not əskik qalar, bir boşluq olar; heç kim bunu sənə söyləmədi Kitabın adı oxucunu çaşdıra bilər. Ancaq bu, yalnız qadınlar üçün nəzərdə tutulan kitab deyil. İstənilən oxucu əsərdə özünü, dünyasını, onu maraqlandıran sualların cavabını tapa bilər. Bu kitab böyük hind filosofu Oshonun mühazirələri əsasında hazırlanıb. Cinslərarası münasibətlərin – məişətdən siyasətə qədər, bütün çalarlarını fundamental şəkildə izah edərək problemdən çıxış yollarını göstərib. Osho çap olunan kitablarının heç birini özü yazmayıb. O, yalnız sağlığında yüzlərlə insanın axışıb gəldiyi təlimlərində çıxışlar edib və bu çıxışlar toplanaraq zaman-zaman müxtəlif mövzularda Oshonun zəngin və maraqlı fikirlərindən, verdiyi örnəklərdən, elmi və mədəni biliklərindən ibarət, tamamilə yeni bir fəlsəfi kitabların üzə çıxmasına səbəb olub. “Qadınların kitabı” insanlar və cinslərarası münasibətləri dünya siyasəti səviyyəsində çözür və elmi uğurların üstünlüyünü insanlığı aparıb çıxardığı böhrana qədər təhlil edərək, bu mövzuda detallı şəkildə oxucuya informasiya və düşünmək üçün imkanlar verir.
Аннотация
Calal Bərgüşadın «Sıyrılmış qılınc» tarixi romanı məşhur xalq sərkərdəsi Babək Xürrəminin ölməz həyatına həsr edilmişdir. Romanda Babəkin azadlıq və istiqlaliyyət uğrunda xilafətə qarşı apardığı bir sıra şanlı döyüşlər, o dövrün tarixi xronologiyası təsvir olunur.
Аннотация
Romanda gənc, cürətli və sədaqətli şotlandiyalı Kventin Dorvardın qazanc və dolanışıq dalınca Fransaya səfər edərkən başına gələn macəralardan danışılır. Kventin istəmədiyi halda, məcburən öz vətənini tərk etməli olur. Çünki o dövrdə Avropa ölkələrinin hər birində tez-tez qanlı ara müharibələri baş verirdi. Belə müharibələrdən birində onun bütün ailəsi həlak olmuşdur. Kventinin özü də ölümdən təsadüfən qurtula bilmişdir. Anası düşmənlərə yalvara-yalvara, onu ağır yaralanmış halda, bu şərtlə xilas edə bilmişdir ki, Kventin ömrünü monastırda başa vuracaqdır. Düşmənlər Kventinin cismani oldürməmişlər. Lakin düşmənləri Dorvardlar nəslinin davam etməməsi üçün Kventini monastırda yerləşdirib ömürlük rahibliyə məhkum etmişlər. Lakin rahiblik həyatı bu gənc oğlanın ürəyincə olmadığından o, Şotlandiyadan qaçır. Kventinin öz qüvvəsinə inamından və sədaqətlə özünə bir parça çörək qazanmaq arzusundan başqa heç nəyi yoxdur. Lakin o, zadəgandır, o zamankı zadəgan adət və inamlarına görə, onun üçün sənətkarlıq və ya kəndli kimi dinc zəhmətlə yaşamaq mümkün deyildir. Ara müharibələri və yoxsulluq ucbatından öz ana yurdlarından qovulmuş olan bir çox gənc şotlandiyalılar kimi, Kventin də fransız kralı XI Lüdovikin Şotlandiya qvardiyasının muzdlu əsgəri olur. Onun dayısı qoca cəngavər də çoxdan vətənini tərk edib həmin bu qvardiyada xidmət edir…