Аннотация

Əsərdə Qurbanəli bəyin rus vəzifə adamlarına necə yaltaqlanmağı, onlara qul kimi boyun əyməsi əks etdirilir. Xəbər çıxdı ki, bu gün naçalnik gəlir kəndə və sonra məlum oldu ki, pristavın arvadının ad qoyulan günüdür. Kənddə şuriş düşdü. Kənd əhlindən bu gün çöl işinə gedən olmadı. Camaatın yarısı çıxmışdı kəndin kənarına və təpələrə dırmaşıb boylanırdılar ki, görsünlər gəlirmi naçalnik. Camaatın yarısı pristavın mənzilini əhatə edib durmuşdular. Qıraq kəndlərdən də camaat baxəbər olub yavaş-yavaş gəlirdilər. Pristavın həyətinə adam əlindən girmək mümkün deyildi və katda, yasovul və qlava mirzələrindən savayı həyətə girmək heç kəsə izn verilmirdi. Pristavın həyətində it yiyəsini tanımırdı. Səsdən və qiylü-qaldan qulaq tutulurdu: bir yanda quzular mələyirdi, bir yanda qıçları bağlı cücə və toyuqlar bağırırdılar, bir yanda qlavaların atları kişnəyirdilər. Bir tərəfdən pristavın qulaqları uzun tulaları gah qlavanm üstünə atılıb ""haff' eləyirdilər, gah katdanm üstünə tullanıb ""haff' eləyirdilər. Hərdən bir pristavın arvadı balkona çıxıb nazik səslə çığırırdı: «„tişe“»; yəni «„yavaş“». Və sonra genə girirdi içəri. Pristavın aşpazları, bellərində ağ önlük hərdənbir həyətə çıxıb qlavanın birinə deyirdi: – Tez yarım girvənkə zəfəran tap. Qlava «„baş üstə“» deyib, əvvəl bir başını salırdı aşağı, sonra mirzəsinə üzünü tutub buyururdu: – Ada, Mirzə Həsən, durma tez şəhərə adam göndər, yarım girvənkə zəfəran gətirsin. Bir az keçirdi, bir ayrı aşpaz əlində katlet bıçağı qlavanın birinə üzünü tutub buyururdu: – Qlava, dörd-beş yüz yumurta lazımdır. Qlava sevincək əlini uzadırdı həyətdəki səbətlərə və cavab verirdi: – Nə danışırsan? Burada mindən artıq yumurta var. Birdən qaçaqaç düşdü; dedilər «„naçalnik gəlir“». Qlavalar çıxdılar qapıya, xanım çıxdı balkona, tulalar hücum çəkdilər adamların üstünə və bir qədər keçdi guya qurbağanın gölünə daş atdılar; çünki bu gələn naçalnik deyilmiş, özgə mahalın pristavı imiş. Pristav atdan yenib girdi həyətə və balkona çıxıb xanıma rusca bir neçə söz deyib özü də güldü və xanımı da güldürdü. Və sonra hər ikisi girdi içəri.

Аннотация

Şeyx Şəbanı siz tanıyırsınızmı? – Xeyr! – Heyf, sədd heyf. Mən haman о Şeyx Şəbanı deyirəm кi, yоlun qırağındaкı məhəllə məscidinin qabağında əyləşib pinəçiliк edirdi. Yağış yağanda sel gətirən кöhnə başmaqları, çustları, çəкmələri, çarıqları yığıb, qalıba vurub, yamayıb ucuz qiymətlə: cütünü bir abbasıdan, altı şahıdan satardı.

Аннотация

Аннотация

Nurəddin Babayevin yaradıcılığı olduqca çoxşaxəli xarakter daşıyır. Bir sıra əsərləri rus, alman, ingilis, fransız, ispan, polyak, bolqar, macar və s. dillərə tərcümə olunmuşdur. Ədəbi fəaliyyətə 1939-cu ildə başlamış, bundan sonra məqalə, oçerk və hekayələri tez-tez müxtəlif qəzetlərdə dərc edilirdi. Onun ədəbi yaradıcılığında gənclərin təlim-tərbiyəsinə həsr edilmiş əsərləri xüsusilə diqqətə layiq olub, çox qiymətlidir. Nurəddin Babayevin bu kitabları gənclər üçün stolüstü kitab olmaqla yanaşı hər bir zaman, hər bir gənc üçün tərbiyəvi, əxlaqi nəsihətlərlə, vacib və əvəz olunmaz əsl həyat təcrübəsi ilə zəngin xəzinələrdir. Bu əsərlərdən «Oğluma məktublar», «Qızlar söz istəyir», «Qızlar,sözüm sizədir», «İşıq və məhəbbət», «Ürəklər bir olanda» xüsusi diqqətə layiq olub gənc nəsil üçün çox dəyərlidir. Nurəddin Babayevin bu qəbildən əsərləri böyük məna ilə dolğun olub və saf milli tərbiyəvi ruhda yazılmışdır. Bu əsərlərdə ağır həyat anlarında insanın layiqli qərarlar vermək, başını uca tutmaq, vətənə, ailəyə sadiq olmaq kimi məsələlərə toxunulur.

Аннотация

Aqata Kristi əsərlərinin klassik qəhrəmanı Puaro «Şərq ekspresi»ndə səfərə çıxır və həmişəki kimi baş gicəlləndirən hadisəylə üz-üzə qalır. Səhər tezdən birinci dərəcəli kupedə kişi meyiti aşkarlanır. Elə bu zaman qatar yolda qalaqlanmış nəhəng qar topası səbəbindən dayanmalı olur və hərəkət edə bilmir. Puaro bu qətl hadisəsini araşdırmaq məcburiyyətində qalır. İşin çətin yanı isə odur ki, qatardakı hər bir möhtərəm sərnişinin, texniki heyət üzvünün qatil çıxmaq ehtimalı var. Yalnız Puaro kimi mahir detektiv, öz parlaq istedadı və iti məntiqi sayəsində belə bir dolaşıq qətl hadisəsini açmağa yardım etmək iqtidarındadır. Dünya detektiv əsərlərinin şedevrlərindən sayılan «Şərq ekspresində qətl» romanı müəllifin o biri əsərləri kimi çox həvəslə oxunur və oxucunun bütün diqqətini özünə çəkə bilir.

Аннотация

O – peşəsi ölümlə həssas oynamaq qabiliyyətinə malik olan insandır. Qələbə qazananadək oynamaq! O – Rusiya xarici kəşfiyyatının super agentlərindən biridir. O – həlledilməz olanları həll etmək bacarığına malikdir. İndi o, yeni bir tapşırıq alıb. Təhlükəli tapşırıqdır. Amma o, təhlükəni bir çox illərdir ki, gündəlik adi işlərindən biri kimi qəbul edir. Üstəlik, bu tapşırıq həm də qəribədir. Həm də qeyri-adidir. Həm də, sadəcə, olaraq vacib yox – demək olar ki, həyatının ən vacib tapşırığıdır…

Аннотация

Norveçli alim Tur Heyerdalın 1947-ci ildə 5 yoldaşı ilə birlikdə balsa ağaclarından hazırlanmış sal üzərində Cənubi Amerika sahillərindən yola çıxaraq 8000 km məsafədə yerləşən Polineziya adalarına varması elm adına yapılmış qeyri-adi qəhrəmanlıq nümunəsidir. 20 illik bir aradan sonra Tur Heyerdal yeni bir qəhrəmanlığa imza atmağa qərara alır. O, 7 nəfərdən ibarət uluslararası bir komanda ilə papirusdan hazırlanmış “Ra” adlı gəmidə Atlantik okeanında 5000 km məsafə qət edərək Kolumbdan çox-çox öncələr də qədim insanların Amerika sahillərinə gəlmiş olduqlarını sübuta yetirdi. Papirus qayıqla gerçəkləşdirilmiş bu cəsarətli səfər Tur Heyerdalın elm sahəsindəki böyük qələbəsi idi.

Аннотация

“Kuma-Manıç çökəkliyi” – romanı ilə müəllifin bundan əvvəlki iki roman arasında müəyyən məzmun və süjet “qohumluğu” olsa da, bu yeni əsər hadisələrə nüfuz etmək, klassik romançılıqla modern roman məktəbinin sintezini verə bilmək baxımından daha maraqlıdır. “İtirilmiş nəsil” olan 80-90-cı illər gəncliyinin taleyindən və həm də itkin torpaqlarımızdan bəhs edən romanda hadisələr Qarabağ müharibəsinin fonunda cərəyan etsə də, döyüş səhnələri yox kimidir. Simvolik Lalar kəndi kimi bu döyüş səhnələrinin yoxluğu da əslində bir çox yoxluqlardan oxucunu hali edir. Yox ola-ola hara getdiyimizi anlatmağa çalışır.

Аннотация

Fərhad Yalquzaq müəllifi olduğu əsərlə əlaqədar aşağıdakıları qeyd edib: ""Keçən ilin avqus ayında şəhəri tərk edib, dağlara yollandım. Məqsədim vəhşi təbiətdə yaşayaraq, kitab yazmaq idi. 8 ay dağda yaşadım. Bu müddətdə «„Orman Adamı“» adlı kitabı yazmağa qərara gəldim. Kitab böyük olduğu üçün dörd cild olacaq. Əvvəlcə bir cild etməyi düşünürdüm. Amma qalın bir kitab alındığından, hər cildi ayrıca kitab şəklinə salmaq qərarına gəldim. Hər cildin də ayrıca adı olacaq. Birinci kitabın adı «„Buzbulaq“»dı. Yazıçı deyir ki, kitabın mövzusu şəhər mühitində böyümüş bir insanın, vəhşi təbiətdə yaşamasından bəhs edir: «„Bundan başqa, vəhşi təbiətdə yaşayan insan, sivil dönəmdəki həyat xatirələri ilə paralellər aparır. Ordakı fikr aydınlığı, təmiz hava, qida, insan düşüncələrinə fərqli təsir göstərir. Şəhər mühitində informasiya bolluğundan, insanın beyni yeni düşüncələrə gəlmək də əziyyət çəkir. Təbiətdə isə, özünə qapılıb tamamilə unutduğun şeyləri xatırlaya bilirsən. Şəhərdə ağıla gəlməyəcək şeylər, orada ağıla gəlir. İnsanın zehni, beyni açılır“». Yazıçı kitabın ön qabığında yer almış, +18 loqosuna da aydınlıq gətirib. O bildirib ki, kitabda həm arqo deyimləri, həm də sevişmə səhnələri olduğuna görə, bunu edib.

Аннотация

Fərhad Yalquzaq müəllifi olduğu əsərlə əlaqədar aşağıdakıları qeyd edib: ""Keçən ilin avqus ayında şəhəri tərk edib, dağlara yollandım. Məqsədim vəhşi təbiətdə yaşayaraq, kitab yazmaq idi. 8 ay dağda yaşadım. Bu müddətdə «„Orman Adamı“» adlı kitabı yazmağa qərara gəldim. Kitab böyük olduğu üçün dörd cild olacaq. Əvvəlcə bir cild etməyi düşünürdüm. Amma qalın bir kitab alındığından, hər cildi ayrıca kitab şəklinə salmaq qərarına gəldim. Hər cildin də ayrıca adı olacaq. Birinci kitabın adı «„Buzbulaq“»dı. Yazıçı deyir ki, kitabın mövzusu şəhər mühitində böyümüş bir insanın, vəhşi təbiətdə yaşamasından bəhs edir: «„Bundan başqa, vəhşi təbiətdə yaşayan insan, sivil dönəmdəki həyat xatirələri ilə paralellər aparır. Ordakı fikr aydınlığı, təmiz hava, qida, insan düşüncələrinə fərqli təsir göstərir. Şəhər mühitində informasiya bolluğundan, insanın beyni yeni düşüncələrə gəlmək də əziyyət çəkir. Təbiətdə isə, özünə qapılıb tamamilə unutduğun şeyləri xatırlaya bilirsən. Şəhərdə ağıla gəlməyəcək şeylər, orada ağıla gəlir. İnsanın zehni, beyni açılır“». Yazıçı kitabın ön qabığında yer almış, +18 loqosuna da aydınlıq gətirib. O bildirib ki, kitabda həm arqo deyimləri, həm də sevişmə səhnələri olduğuna görə, bunu edib.